Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
gundem / sosial
Oxunub: 371 501
25 фев 2025 | 22:02
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...


Vilayət Vəliyev qadınlara qarşı xüsusi tərbiyəsizliyi ilə tanınır. Bir xanıma deyib ki, səni “iti qovan kimi qovacağam unversitetdən”. Qızı da unversitetdə təkbaşına 3 vəzifə aparır...

Bu iddialar Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin fəaliyyəti ilə bağlı Yenixeber.org-a daxil olmuş növbəti yazıda yer alır. Təəssüf ki, səslənən iddialarla bağlı bu təhsil ocağından cavab almaq mümükünsüz olub(?)

Aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarla yazını dərc edirik:

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev dələduzluq, moşenniklik və müxtəlif şirnikləndirici vədlərlə Unversitetə çağırıb gətirdiyi ziyalılara kiçik işlərdən başlamaqla unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırır və bildirir ki, nə xərc çəkəcəksən qaytarılacaq. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, “işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, ziyalılara nə pulu qaytarır, onları həm də işdən azad edir. Əməkdaşların vəsaitlərini mənimsədiyinə görə onlarda “Atam mənə kor deyib, hər gələni vur deyib” məsəlini dəyişib “Mən rektoram oğruyam, Mən həmişə doğruyam” kimi səsləndirirlər. İnsanların “işə” cəlb olunmasında isə hətta prorektorlar, “seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı “moşenniklik” sxemi qurulmuşdur. Təzyiq vasitəsi kimi, müxtəlif "oyunlar“ qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, “oyunbazlıqla” məşğuldur.

İşdən çıxarma yöntəmlərini də “təkmilləşdirir”. Əvvəlcə guya yaxşı işləyirsən deyə bir başqa iş adıyla digər işə keçirir, sonra qısa müddətə bağlanmış müqavilənin müddətini uzatmır (Bu üsul o qədər “effekt” verib ki, indidə tədris köməkçi heyətə tətbiq edir). Beləliklə aldadılmış onlarla ziyalını çöldə qoymuşdur. Bu fırıldaqlar baş tutmayanda, vəzifəni guya vakant kimi müsabiqəyə çıxarır və sonra da çirkin oyunlarla, yüz xahişlə unversitetə gətirdiyi, vəsaitlərini mənimsədiyi ziyalını müxtəlif yollarla çöldə qoyur. Türklərin dedikləri kimi onun “mənfur bizans oyunları” bitmir ki, bitmir. Aldatdığı ziyalıları işdən uzaqlaşdırmaq üçün hər dəfə bir “komissiya” yaradır. Harda unversitetdə adı mənfi işlərdə hallananlar var, yığır “komissiyaya”. Unversitetdə tam bir əks fazaya doğru irəliləyiş gedir, vaxtilə düşdüyü bataqlığa doğru yenidən sürüklənir.

Elə kafedralar var ki, 10-a qədər 1,5 ştat müəllim var, bəzilərinə isə heç birinidə icazə vermir. Soruşanda da şər, böhtanla qabaqdan gəlmişlik edib özünü borclu çıxarır.

Qadınlara qarşı xüsusi tərbiyəsizliyi ilə tanınır. Bir xanıma deyib ki, səni “iti qovan kimi qovacağam unversitetdən”. Xanım da tərbiyəsinə sığınıb ərizəsini yazıb. Axı bu kəlmə xalqımızın dilində ermənilərə qarşı brendə çevrilmişdi. Vilayət Vəliyev isə xalqın məsul nümayəndəsinə, özü də bir azərbaycanlı xanıma qarşı o ifadəni işlədir. Vilayət Vəliyevin qızı da unversitetdə təkbaşına 3 vəzifə aparır, ona qarşı bu ifadəni işlətsələr hansı hissləri keçirər? Çıxışlarında utanmadan bildirir ki, işdən uzaqlaşdırdığı insanlar bir daha yaxşı iş tapa bilmir. Ona deyən lazımdı, əlbəttə tapa bilməyəcəklər, çirkin oyunlarınla insanları işindən-gücündən edib, unversitetə gətirirsən, sonra da min oyunla yola salırsan. Bu oyunlarına elə don geyindirir ki, həmişə vəziyyətdən çıxmağı bacarır.

***

Onun çirkin oyunları son vaxtlar mətbuatda işıqlandırıldıqdan sonra faktlardan ancaq birinə reaksiya verdi . Guya AzTU-dan qovulanların siyahısında qeyri dəqiqlik vardır. Böyük ehtimalla sonradan hansısa düzəlişlər edilib, necə ki, eyni məsələ üçün gündə bir “komissiya” yaradır. Bir də o faktlardan ancaq birinin doğru olmadığını bildirdi, onda belə çıxır ki, qalan faktlar düzdür.

Bütün işləri kompleksləşdirmişdir və Unversitetə götürdüyü kadrların təhsildən xəbəri yoxdur. Onları zorla pedaqoq eləməyə çalışır, hansı ki, o adamlar adi sillabus hazırlaya bilmir, bir saat auditoriya təcrübələri yoxdur.

Vilayət Vəliyev AzTU-ya özünə kimdənsə qalmış mirası kimi baxır və bəzi yandaşlarıda bunu dönə-dönə xatırladır. Yaxşı elə idisə nə üçün ermənilərə qarşı bütün Vətən oğulları Ali Baş Komandanın başçılığı altında vuruşanda Vilayət Vəliyev öz oğlunu gizlətdi. Bunlar ermənilər üzərində vətən oğullarının qazandığı qələbənin qürur hissini nə onda yaşaya bildi, nə də indi. Bunların vətən müharibəsi iştirakçılarına və onların yaxınlarına qarşı xain münasibətinin əsl səbəbi onların qürur hissindən kəsad qalmasıdır. Xalq artisti Fəxrəddin Manafov şəhidlərimiz, qazilərimiz və veteranlarımız haqqında gözəl demişdir: “Müharibədən qayıtmırlar, müharibədən qayıtmaq mümkün deyil, yəni fiziki olaraq əlbəttəki şükür Allaha, qayıdanlar var, ama düşüncə ruhu ilə onlar ordadırlar hər zaman”. Görün iş nə yerə çatıb ki, Vilayət Vəliyev şəhid, veteran yaxınlarını üz-üzə qoymaq üçün min çirkin oyundan çıxır. Onların “stress” halından mənfurcasına məharətlə istifadə edir.

Ali Baş Komandanımız Möhtərəm İlham Əliyev, 1-ci Vitse president Mehriban xanım Əliyeva bu gün də müharibə atəşinin bürüdüyü şəhidlərimizdən, qazilərdən, veteranlardan danışanda kövrəlir. Nə üçün? Çünki, o odlu-alovlu günləri onlarda Vətən oğulları ilə, yaxınları ilə birgə yaşadı. Ancaq AzTU-nun yuxarıda adı keçən "moşenniklər"i bunu heç vaxt başa düşməyəcəklər. Qürur hissindən məhrum qalmaq belə şeydir. Ona görə günahlarını özlərində deyil vətən oğullarında görəcəklər.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Yenixeber.org
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...