İdarə rəisi və işçiləri saxlanıldı - Yenilənib
hadise
Oxunub: 88 061
5 мар 2025 | 11:14
İdarə rəisi və işçiləri saxlanıldı - Yenilənib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov və başqa bir neçə əməkdaşı saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam edən istintaqla cinayət məsuliyyətinə cəlb ediliblər.

İdarə rəisi və digərləri çağırışçılardan rüşvət almaqda ittiham edilirlər.

Prokurorluq saxlanılan idarə rəisi barəsində həbs, digərləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barəsində təqdimat verib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə R.Şükürov və digərləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Şöbə rəisi və digər əməkdaşlar məhkəmə zalından sərbəst buraxılıblar.

İş üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, il yarım əvvəl eyni idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılov həbs edilmişdilər.

***

Baş Prokurorluq ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, Xidmətin Xəzər Rayon İdarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Şükürov Ramin Aydın oğlu və Nəbiyev Emil Ramiz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Əzimov Xalid Valik oğluna isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Сегодня, 11:44
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Сегодня, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Сегодня, 10:50
Prokurorlar ağac əkdilər - Fotolar
Сегодня, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Сегодня, 10:00
Bu gün Qazaxıstanda milli matəm günüdür
Сегодня, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Сегодня, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Сегодня, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Сегодня, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Сегодня, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Вчера, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Вчера, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Вчера, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Вчера, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Вчера, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Вчера, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Вчера, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Вчера, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Вчера, 11:53
22 motosikletçi saxlanıldı
Вчера, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Вчера, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Вчера, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Вчера, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Вчера, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Вчера, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Вчера, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Вчера, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?