Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılı ABŞ-da həbs edilib.
Musavat.com xəbər verir ki, siyasətçi oğlunun və gəlininin Müsavat Partiyasına xas ənənəvi saxta sənəd taktikasından istifadə etməklə ABŞ-da məskunlaşmasına kömək göstərib.
Orxan və Yaqut Hacılı bütün cəhdlərə baxmayaraq, ABŞ-da oturum icazəsi ala bilməyiblər. Onlar ölkədən çıxmaq öhdəliyi götürsələr də, bu tələbə əməl etməyib və ABŞ ərazisində qeyri-qanuni qalmağa davam ediblər.
Hacılılar ABŞ-ın aidiyyəti qurumlarına saxta sənədlər təqdim edib, siyasi fəaliyyətləri barədə təhrif olunmuş məlumatlardan ibarət dosye hazırlamaqla oturum hüququ qazanmağa çalışıblar. ABŞ miqrasiya orqanlarının araşdırması zamanı təqdim edilən sənədlərlə real vəziyyət arasında ciddi ziddiyyətlər üzə çıxıb. Bundan sonra Orxan Hacılı və Yaqut Hacılı həbs edilib.
Mənbə bildirir ki, Arif Hacılı oğlunun və gəlininin həbsindən sonra xaricdəki havadarlarının imkanlarından yararlanmağa çalışıb. O, müxtəlif xarici təşkilatlara və ayrı-ayrı şəxslərə müraciət edib. Nəticədə külli miqdarda vəsait girov qoyulub və onların müvəqqəti azadlığa çıxmasına nail olunub.
Lakin girov müqabilində azadlığa buraxılmaları ittihamların aradan qalxması və ya işə xitam verilməsi demək deyil. Orxan və Yaqut Hacılı barədə məhkəmə prosesi davam edir. Onların ABŞ-dan deportasiya olunması ehtimalı da qüvvədə qalır.
ABŞ qanunvericiliyinə görə, miqrasiya qurumlarına saxta sənəd təqdim edilməsi, şəxsin siyasi fəaliyyəti və mümkün təqib təhlükəsi barədə bilərəkdən yalan məlumat verməsi sadəcə texniki qayda pozuntusu sayılmır. Belə hərəkətlər oturum və sığınacaq müraciətinin rəddinə, miqrasiya həbsinə, deportasiya prosesinə və ayrı-ayrı hallarda əlavə hüquqi məsuliyyətə gətirib çıxara bilər.
Məlumata görə, ABŞ-ın açıq məhkəmə və miqrasiya bazalarında bu işə dair ad-soyadla əldə edilən sənəd tapılmayıb. Bunun əsas səbəbi ABŞ immiqrasiya işlərinin açıq sistemdə adla yoxlanılmamasıdır. ABŞ Ədliyyə Nazirliyinin EOIR sistemi işin statusunu öyrənmək üçün "A-number” adlanan fərdi miqrasiya nömrəsini tələb edir. Girov iclasları barədə məlumat da açıq elektron sistemdə göstərilmir. Buna görə məlumatın açıq bazada görünməməsi belə bir prosesin olmadığı anlamına gəlmir.
Məsələnin digər mühüm tərəfi budur ki, Arif Hacılının adı saxta sənəd qalmaqalında ilk dəfə hallanmır. Onun 2014-cü ildən Müsavat Partiyasına başçılıq etdiyi dövrdə siyasi mühacirət, saxta partiya arayışları və Avropada oturum almaq üçün qurulan saxta dosyelərlə bağlı çoxsaylı ittihamlar gündəmə gəlib.
Almaniyada keçirilən məhkəmə proseslərində, Azərbaycan hüquq-mühafizə orqanlarının araşdırmalarında və Avropanın ayrı-ayrı ölkələrində aparılan yoxlamalarda Müsavat Partiyasının adından verilən sənədlər müzakirə mövzusu olub. Bir sıra şəxslər Avropada bu sxemin qurbanına çevrildiklərini bildiriblər. Jurnalist Elbəyi Həsənli də silsilə yazılarında saxta sənəd və siyasi mühacir biznesi ilə bağlı fakt və iddiaları ictimailəşdirib.
İddialara görə, Arif Hacılının partiyaya rəhbərlik etdiyi dövrdə siyasi fəaliyyətlə real əlaqəsi olmayan şəxslərə partiya üzvlüyü, təqib və siyasi fəallıq barədə sənədlərin hazırlanması kütləvi xarakter alıb. Xaricdə oturum almaq istəyən ayrı-ayrı şəxslər bu sənədlərdən istifadə edib, sonradan isə həm özləri, həm də onlara saxta dosye hazırlayan çevrələr hüquqi problemlərlə üzləşiblər.
İndi eyni metodun Arif Hacılının öz oğlu və gəlini üçün də işə salındığı barədə məlumat ortaya çıxıb. Bu dəfə saxta sənəd mexanizminin qurbanı kənar şəxs deyil, Arif Hacılının öz övladıdır.
İllər boyu siyasi rəqiblərini və hakimiyyəti saxtakarlıqda suçlayan Arif Hacılının özünün belə ağır iddiaların mərkəzinə düşməsi ciddi siyasi və mənəvi ziddiyyətdir. Başqalarından şəffaflıq və dürüstlük tələb edən siyasi xadim əvvəlcə həmin prinsipləri öz fəaliyyətində və ailəsinə münasibətdə qorumalıdır.
Siyasətçi üçün ailə üzvlərinin gələcəyini saxta sənədlər və təhrif olunmuş siyasi dosyelər üzərində qurmağa çalışmaq nə siyasi əxlaqa, nə də ictimai məsuliyyətə sığır. Arif Hacılının bu əməli qınanmalıdır. Saxtakarlıq üzərində qurulan yol sonda onun öz övladını ABŞ-da həbs və deportasiya təhlükəsi ilə üz-üzə qoyub.
Сегодня, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Сегодня, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Сегодня, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Сегодня, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Сегодня, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Сегодня, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Сегодня, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Сегодня, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Сегодня, 11:53
22 motosikletçi saxlanıldı
Сегодня, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Сегодня, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Сегодня, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Сегодня, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Сегодня, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Сегодня, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Сегодня, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Сегодня, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Сегодня, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Сегодня, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Сегодня, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Сегодня, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı