İcra başçısı rayonu “Xəzər”dən idarə edir
gundem / bolge
Oxunub: 125
12 мар 2025 | 09:16


Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov rayon sakinləri üçün əlçatmaz olub. Onu kabinetində tapmaq belə müşkül məsələyə çevrilib, sakinlərin icra başçısı ilə görüşmək Çin səddini aşmaqdan çətindir.

Bu barədə redaksiyamıza Şabran sakinlərindən məlumat daxil olub.

İddia olunur ki, A.Hüseynov hətta rayonda keçirilən dövlət səviyyəli tədbirlərdə görünməyə ərinir, İcra Hakimiyyətinin rəsmilərinin xeyli xahiş və minnətindən sonra tədbirlərə qatılır. Kabinet ona dar gəldiyindən vətəndaş qəbulunu müavinlərinə həvalə edib. Ancaq xüsusi görüş və qəbullarını rayonun Gəndob kəndində yerləşən “Xəzər” restoranında həyata keçirir. Elə çox vaxt naharını da orada edir və elə oradan da birbaşa paytaxta üz tutur. 3-4 gün ərzində o, İcra Hakimiyyətinin inzibati binasında 3-4 saat ya ola, ya olmaya. Həmin vaxtı da kənar şəxsləri qəbul etmir, ancaq öz işçilərindən hesabat alır. Hətta işçilərin əmək haqlarının verilməsi günlərlə yubanır. Ona görə ki, başçı işdə tapılmadığından lazımı sənədlərə möhür vurulmur.

A.Hüseynov gözdən pərdə asmaq üçün hərdən peyda olur, rayon kəndlərini gəzir, qəbul prosesi həyata keçirir, amma necə, vətəndaşdan çox ora məmurlar toplanır, ön sırada İcra Hakimiyyətinin, kənd nümayəndəliyi, bələdiyyə işçiləri əyləşirlər. Arxada 3-4 oturacaqda da vətəndaş. Bu da oldu onun kəndlərdə sakinlərlə görüşü. Bu görüşlərdən ancaq bol-bol fotolar çəkilir. Nə problem həll olunur, nə dəstək, nə qayğı…

Sakinlər iddia edirlər ki, A.Hüseynov özünü qanundan üstün tutur. Rayonun vəziyyətinə gəldikdə isə, bərbad. Heç bir inkişaf, tərəqqi, abadlaşma, quruculuqdan söz gedə bilməz. Şabran çirkabın içində boğulur. Başçı işinin başında olmadığından rayonun vəziyyəti ilə maraqlanmır. Altı ildir bu vəzifədədir, heç altı dəfə şəhərin küçələrində onu sakinlərlə görüşü olmayıb. Rayonda onu tanıyanları barmaqla saymaq olar, onlar da İcra Hakimiyyətinin işçiləridir, sadə şabranlıya onun üzünü görmək qismət olmur.

Söylənilən iddialarla bağlı Şabran rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlamaq mümkün olmadı.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.azreform.info

İcra başçısı rayonu “Xəzər”dən idarə edir


Şabran Rayon İcra Hakimiyyəti:

Bildiririk ki, ilin əvvəlində təsdiq olunmuş qrafikə əsasən vətəndaşlar hər həftənin çərşənbə günü saat 09:00-dan etibarən Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında qeydiyyatdan keçərək Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun qəbulunda iştirak edirlər. Qəbullar Şabran Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, eləcə də yerli idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə keçirilir. Vətəndaşlar fərdi şəkildə qəbul edilir, problemləri, istəkləri və şikayətləri dinlənilir, onların həlli istiqamətində aidiyyatı şəxslərə tapşırıqlar verilir və bu tapşırıqların icrası nəzarətə götürülür.
Əlavə olaraq qeyd edək ki, Şabran Rayon İcra Hakimiyyəti başçısının ayda 4 dəfədən az olmamaq şərti ilə yerlərdə səyyar qəbulları keçirilir. Hər ay üçün tərtib olunan qrafikə uyğun olaraq Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov rayonun bütün yaşayış məntəqələrində səyyar qəbullar həyata keçirir. Bu səyyar qəbullarda da aidiyyəti rəhbər vəzifəli şəxslər iştirak edir. Sosial şəbəkələrdə paylaşılan eyni məzmunda olan mətndə qeyd olunan digər məsələlər həqiqəti özündə əks etdirmir, əsassız olmaqla böhtan xarakteri daşıyır.
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Вчера, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Вчера, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Вчера, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Вчера, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Вчера, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Вчера, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Вчера, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Вчера, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Вчера, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Вчера, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Вчера, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Вчера, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Вчера, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Вчера, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Вчера, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Вчера, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Вчера, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
22-09-2026, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb