ETSN-nin küçədə İTİRİLMİŞ SƏNƏDİNƏ sahib çıxan olacaqmı? FOTOFAKT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları itirdikləri sənədlərə niyə sahib çıxmır?
Belə ki, redaksiyamıza təqdim olunan sənədlərdə Abşeron rayonu Xırdalan şəhər "Quşçuluq" yaşayış massivi, ev 1a-da yaşayan sakinlər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə 2 böyük Şərab zavodunun ətraf ərazisindən atmosferə atılan zərərli maddələrlə havanı çirkləndirməsi ilə bağlı şikayət xarakterli müraciət ünvanlanıb. Müraciətdən sonra bir müddət - 20 günə yaxın iy-qoxu olmayıb. Sonradan yenə də eyni vəziyyət davam edir, necə deyərlər "Köhnə hamam, köhnə tas".
4 saylı RETSİ-nə göndərilmiş müraciətlə əlaqədar "Xırdalan Şərab" zavodunun ətraf ərazisindən atmosfer havasına atılan zərərli maddəlırin və tullantı sularının tərkibində zərərli maddələrin miqdarının müəyyən olunması üçün XKEMİ-nin əməkdaşları tərəfindən 25.11.2024-cü il tarixdə monitorinq-ölçmə işlıri aparılmış və zərərli qazların miqdarının yol verilən həddən artıq olduğu müəyyən edilmişdir.
Araşdırma müddətində "A+CO" MMC tərəfindən idarəyə daxil olmuş arayışda müəssisədə elektrik sistemində baş vermiş qısa qapanma nəticəsində müəssisənin təmizləyici qurğularında qısa müddətli qəza baş verdiyi bildirilmişdir. Bununla bağlı 10.12.2024-cü il tarixdə 88739 nömrəli akt tərtib edilmiş və "A+CO" MMC-yə məxsus "Xırdalan Şərab" zavodunun təmizləyici qurğularında olan nasazlığın aradan qaldırılması ilə bağlı zavodun direktoru Xanoğlan Məsim oğlu Qasımova ekoloji tələb verilərək, şikayətçilərə cavab məktubu göndərilmiş və ərazinin nəzarətə götürüldüyü qeyd olunmuşdur.
Bütün bunlara baxmayaraq "A+CO" MMC şikayətçilərin şikayətinə məhəl qoymur və sanki 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən himayə olunur. Özbaşınalığın və saymamazlığın bu və ya digər səbəblərdən qaynaqlandığını düşünən sakinlər bildirdilər ki, yenidən atmosfer havasına atılan zəhərli maddələrin atılması davam edir. Hal hazırda zavoda yaxın ərazilərdə yaşadığımızdan havaya buraxılan, insan orqanizminə nə dərəcədə mənfi təsir göstərəcəyi bəlli olmayan zəhərli havanı udmağa məcburuq. Budurmu, millətinin qeydinə qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyi?
P.S. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Türkan Üzümçülük sovxozu, keçmiş Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazilərində keçirdiyi monitorinqdə aşkar olunan və məkan kodu ilə birgə göstərilən qanunsuz işlərin aparılması, mişar daşının istehsalı məqsədilə qazıntı işlərinin aparılması faktı aşkar edilib. Ancaq məlum olmayan səbəblərdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sorğusuna 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən verilən rəsmi cavabda inkar edərək bildirib ki, göstərilən ünvanda heç bir texnika aşkar edilmədi.
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi sənədlərin tapılması ilə bağlı məlumatlı olsalar belə, sahib çıxmırlar. Sadəcə heç bir şey olmamış kimi üzərimizə gələrək bildirilir ki, guya sənədlər kimsə tərəfindən oğurlanıb. Onu da vurğulamaq istəyirik ki, öz yerində olmayan bir nazirliyin sənədi oğurlana bilər, nazirliyin qənaətbəxş fəaliyyətinə kölgə salmayın. Ölkədə operativliyinə görə ən qabaqcıl nazirlikdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
Mənbə: Reportyor.tv
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Вчера, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Вчера, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Вчера, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Вчера, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Вчера, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Вчера, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Вчера, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Вчера, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Вчера, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Вчера, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Вчера, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Вчера, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Вчера, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Вчера, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Вчера, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Вчера, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Вчера, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
22-09-2026, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb