“Yeni Klinika“nın direktoru həkimlərə “şərəfsiz“ dedi, sərt cavablar aldı -“Səhiyyə makleri”

Son günlər səhiyyə sektorunda ciddi mübahisə yaranıb.
Yeni Klinikanın direktoru Barat Yusubov sosial şəbəkədə həmkarlarına qarşı sərt ifadələr işlədib.
Buna səbəb Bakupost.az saytında yayımlanan və səhiyyə sistemindəki bəzi problemləri gündəmə gətirən “Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları” adlı məqalə olub.
Sözügedən məqalə Bakı Medical Plazanın baş həkimi Elxan Bəşirov, Mediland Hospitalın direktoru Qulam Rüstəmzadə, invaziv kardioloq Vüqar Zamanov və digər tanınmış həkimlər tərəfindən paylaşılıb.
Bunun ardından Barat Yusubov öz Facebook hesabında buna sərt reaksiya verib.
Barat Yusubov: “Bir həkimin şər və böhtanı tirajlaması şərəfsizlikdir”
“Bir jurnalistin nə yazmağına heç vaxt əhəmiyyət verməmişəm. Onun işi yazmaqdır. Doğru yazarsa, mükafatını alacaq, yalan yazarsa – ya bu dünyada, ya da o dünyada cəzasını çəkəcək. Amma bir həkimin həqiqəti əks etdirməyən, yalnız ehtimallara əsaslanan şər və böhtanı tirajlaması – bu artıq şərəfsizlikdir.”
Barat Yusubovun bu açıqlamaları həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Onun reaksiyasını məqalədə ifşa olunması ilə əlaqələndirənlər olub.
İlk sərt cavab invaziv kardioloq Vüqar Zamanovdan gəlib.
O, Barat Yusifovu birbaşa ittiham edib:
“Ən böyük problem tutduğu postdan (oturduğu kreslodan) istifadə edərək kurasiyasında olan bəzi özəl xəstəxanalara məcburi göndərmələrdir. Bu birbaşa dövlətin milyonlarla manat ayırdığı sığorta sisteminə, digər özəl xəstəxanaların sağlam rəqabətinə xəyanətdir. Təsəvvür edin, 103 (təcili yardım xidməti) infarkt keçirən xəstəni xəstənin istədiyi yerə deyil, məcburi olaraq filankəsin kurasiyasında olan bir yerə aparır.Buna özüm şahidəm. Məncə, ən böyük ŞƏRƏFSİZLİK elə budur…”
Məsələyə Mediland Hospitalın direktoru Qulam Rüstəmzadə də münasibət bildirib və Barat Yusubovu “səhiyyə makleri” adlandıraraq sərt ittihamlar səsləndirib:
“Bir səhiyyə makleri bir həkimə şərəfdən danışırsa, demək ki, həddini aşıb. Klinikaların adlarının hallanması doğru sayılmaz, çünki hər bir klinikada sözün əsl mənasında “hoca” adlana bilən ixtisasçılar var.
“Amma bu mövzuda yaxın keçmişdə KOBİA təşkilatçılığı ilə İTS, Səhiyyə Nazirliyi, Antiinhisar Xidməti və digər dövlət qurumlarının iştirakı ilə dəyirmi masa keçirilibsə, demək ki, orada toplaşanlar boş-bekar adamlar imiş. Əgər bu gün sığorta tibbinin bütün prinsipləri kökündən təhrif olunursa, Mİ keçirmiş birisi (infarkt və ya insult keçirmiş xəstə) sənəd arxasınca şəhəri dolaşırsa, bu xəstənin “yönləndirilməsini” biznesə çevirənlər ən “şərəflilərdir”.
Müzakirələr davam edir...
Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər səhiyyədəki bu problemlərin ciddi araşdırılmalı olduğunu bildirir, digərləri isə qalmaqalın peşəkar müstəvidən kənara çıxdığını düşünür.
Hələ ki, Barat Yusubov bu sərt ittihamlara cavab verməyib. Mübahisənin rəsmi səviyyədə hansı nəticələr doğuracağı və səhiyyə qurumlarının bu məsələyə münasibətinin necə olacağı isə maraqla gözlənilir.
Eyni zamanda, məqaləni yayan saytın Barat Yusifovun açdığı təhqir yağışına cavabı da yəqin özünü çox gözlətməyəcək…
Bütün hallarda Barat barıtı bir az çox edib; haranın partlayacağını ehtimal etmək isə çətin deyil.(medicina.az)
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Вчера, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Вчера, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Вчера, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Вчера, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Вчера, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Вчера, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Вчера, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Вчера, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Вчера, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Вчера, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Вчера, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Вчера, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Вчера, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Вчера, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Вчера, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Вчера, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Вчера, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
22-09-2026, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb