Nizaminin icra başçısından “bayram fürsəti” -Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurulur”?
gundem / bolge
Oxunub: 217
30 мар 2025 | 10:38
Nizaminin icra başçısından “bayram fürsəti” -Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurulur”?


Azərbaycanda uzun illərdir bayram günlərində sanki oğurluq edilirmiş kimi, tez-tələsik qanunsuz tikintilərin aparılması təcrübəsindən geniş istifadə olunur...
“Bakının Nizami rayonunda əvvəllər məktəbin ərazisinə daxil olan ərazilər indi sahibkarlıq subyektlərinin istifadəsinə verilib. Belə ki, rayonun Qara Qarayev prospektində yerləşən 61 nömrəli orta məktəbin ərazisi avtoyuma və təmir məntəqələri tərəfindən özəlləşdirilib. Bayram tətilindən istifadə edən sahibkarlardan biri ərazini hasarlayıb və yeni avtoyuma məntəqəsi tikmək niyyətinə düşüb”.
Poliqon xəbər verir ki, “Avtosfer.az”da dərc edilən bu şikayətdə qanunsuz tikintinin məhz bayram tətili günlərində həyata keçirildiyi xüsusi qeyd olunur: “Martın 20-dən etibarən tikinti işləri gecə-gündüz davam etdirilir. Vətəndaşlar həm tikintinin qanunsuz olmasından, həm də gecə saatlarında gizli şəkildə aparılmasından və bu zaman səs-küy yaranmasından şikayət edir. Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, araşdırma aparılacaq və hansısa qanunazidd əməl aşkarlandıqda müvafiq tədbirlər görüləcək”.
Əlbəttə ki, heç bir araşdırma aparılmayacaq və heç bir qanuna müvafiq tədbir də görülməyəcək! Çünki böyük ehtimalla hər şey əvvəlcədən Nizami Rayon İcra Hakimiyyəti ilə “razılaşdırılıb və necə lazımdır həll olunub”.
Məsələ ondadır ki, Azərbaycanda uzun illərdir bayram günlərində sanki oğurluq edilirmiş kimi, tez-tələsik qanunsuz tikintilərin aparılması təcrübəsindən geniş istifadə olunur. Adətən İcra Hakimiyyəti ilə “qarşlıqlı razılaşma” əsasında sahibkara qanunsuz tikinti üçün qiyabi icazə verilir. Daha doğrusu, buna İcra Hakimiyyəti tərəfindən “göz yumulur”. Bu “proses” məhz bayram günlərinə o səbəbdən salınır ki, həmin günlərdə dövlət orqanları çalışmır və deməli, guya İcra Hakimiyyətinin də bu səbəbdən qanunsuz tikintidən xəbəri olmayıb. Rəsmi iş günləri başlayanda isə obyekt artıq tikilib hazır vəziyyətə gətirilmiş olur. Başqa vaxt daşı daş üstünə qoymağa imkan verməyən İcra Hakimiyyəti də ya deyir ki, artıq heç nə edə bilmərik, ya da bu halda olduğu kimi, “araşdırma aparılacağına” söz verir. Söz də elə söz olaraq qalır. Nəticədə, həmişəki kimi, pulunu verib icazə alan istədiyini zəbt edir, tikir, verməyən tikmir…
Qeyd edək ki, hazırda Nizami rayonunun icra başçısı 2022-ci ildə bu vəzifəyə təyin olunan Coşqun Cəbrayılovdur. O, həmin vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. Daha əvvəl isə Səbail rayonu və Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutub. Yəni, belə işlərdə kifayət qədər “təcrübəsi” var. Kimə nə vaxt, necə və neçəyə “göz yummaq” lazım olduğunu da yəqin ki, çox gözəl bilir. Odur ki, belə rayon rəhbərləri üçün xüsusilə də uzunmüddətli bayram tətilləri lap göydəndüşmə fürsət olur. Nəzərə alsaq ki, budəfəki bayram tətili 12 gün davam edəcək, rayon ərazisində nə qədər qanunsuz tikintiyə göz yumulduğunu təsəvvür etmək çətin olmaz.
Təbii ki, Nizami icra Hakimiyyəti bu və buna bənzər tikintilərdən xəbərsiz olduğunu, bunu görmədiyini deyə bilər. Görmürdüsə, indi görsün, buyurub araşdırma aparsın və qanunsuz tikintini dayandırsın. Ya da elan etsin ki, Nizami rayonunda qanunsuz tikililər üçün “bayram fürsəti davam edir!”.

Poliqon
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Вчера, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Вчера, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Вчера, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Вчера, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Вчера, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Вчера, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Вчера, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Вчера, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Вчера, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Вчера, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Вчера, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Вчера, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Вчера, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Вчера, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Вчера, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Вчера, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Вчера, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
22-09-2026, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb