Dr.cosmetolog Delya üzümdə qüsurlar yaratdı...Get hara istəyirsən şikayət et... 250 nağd, 200 manat isə kartına pul göndərmişəm.....
gundem / sosial
Oxunub: 115
3 апр 2025 | 11:01


(Dr.cosmetolog Delya) Dilrübə Sətyarlıdan pasiyent şikayət edir: Kosmetoloq isə: Get hara istəyirsən şikayət et……..

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

XALQ.AZ-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.



İddialara görə tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə özünü Dr.cosmetolog Delya adı ilə reklam edən Dilrubə Sətyarlıdır.

Göründüyü kimi əsl adını gizlədərək Delya adı ilə pasiyentləri aldadır.

Araşdırmalarımız nəticəsində özünü həkim kimi təqdim edən kosmetoloq (Dr.cosmetolog Delya) Dilrubə Sətyarlı Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur.Yəni o heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

İddialara görə özünü həkim kimi təqdim edən Dilrubə Sətyarlı tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

XALQ.AZ-a (Dr.Cosmetolog Delya) haqqında sikayət edən pasiyent K.Huseynzadə bildirib ki, İzmir klinikasında ötən il onun yanında oldum,450 manat ödəniş etdim 250 manat nagd, 200 manat isə yoldaşım kartına göndərdi qəbzlər var. Mənim üzümü pis hala saldı, mezo etmişdi, həmçinin çənə dolğusu. Lakin düzgün doğru etmədiyi üçün tekrar müraciət etdikdə məndən pul tələb etdi. Üzümdə qüsurlar yarandı ona inanmadığıma üçün, işi bərbad olduğuna görə başqa kosmetoloqa müraciət etdim və Delyanın üzümdə yaratdığı qüsürları digər kosmetoloq düzəltdi deyə şikayətçi bildirib.

Məlumata əsasən bildirir ki, Dr.Cosmetolog Delya müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.

Dr.Cosmetolog Delya necə sertifakisyadan keçmədən bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?

Bu məsələ ilə bağlı (Dr.Cosmetolog Delya) Dilrübə Sətyarlı ilə əməkdaşımız əlaqə saxladı. (Dr.Cosmetolog Delya) cavabında bildirib ki, men bilmirem o kimdir, getsin hara istəyir şikayət etsin deyə cavab verdi. Siz kimsiz şikayət araşdırırsız….. Tibbi təhsil və tibbi sertikatınız varmı sualına isə cavab verməkdən imtina edərək dəstəyi asdı.

Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayıb bir müddət gizli fəaliyyət göstərirlər deyə məlumatlar yayımlanır.XALQ.AZ-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir.

Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.


İddialarla bağlı (Dr.cosmetolog Delya) Dilrubə Sətyarlının fəaliyyəti ilə bağlı Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.

Araşdırmalarımız davam edir.
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...