Qobu qəsəbəsi ekoloji fəlakətin astanasında - "Dövlət qurumları niyə bu fəlakətə göz yumur?"
gundem / bolge
Oxunub: 144
4 апр 2025 | 12:15
Qobu qəsəbəsi ekoloji fəlakətin astanasında - "Dövlət qurumları niyə bu fəlakətə göz yumur?"


Abşeron rayonunun Qobu kəndində fəaliyyət göstərən “Qobu KZ” kərpic zavodu yerli əhalinin sağlamlığına və ekosistemə ciddi ziyan vurur. Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədiməliyevə məxsus olduğu iddia edilən bu zavodun fəaliyyəti illərdir kənd sakinlərinin narazılığına səbəb olur. Lakin bütün etirazlara baxmayaraq, ekoloji fəlakət davam edir.
Qobu kəndi əsasən dağlıq ərazidə yerləşir və özünün təbii gözəlliyi ilə seçilir. Lakin “Qobu KZ” zavodunun fəaliyyəti nəticəsində kəndin ekosistemi məhv edilir. Əməkdaşlarımızın apardığı araşdırmalar sübut edir ki, zavod xammal əldə etmək üçün kəndin ən hündür dağının alt hissəsini karyer kimi qazır. Bunun nəticəsində havaya yayılan toz və kimyəvi tullantılar kəndin havasını çirkləndirir, oksigen çatışmazlığı yaradır və sakinlərin sağlamlığını təhlükəyə atır.
Bundan əlavə, zavodun fəaliyyəti ekoloji balansı pozaraq bitki örtüyünün məhvinə səbəb olur. Ətraf mühitə vurulan ziyan milyonlarla manatla ölçülə bilər.
Qobu kənd sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edərək zavodun fəaliyyətinin dayandırılmasını tələb ediblər. Əvvəllər aparılan yoxlamalar nəticəsində müəssisənin fəaliyyətinə rəsmi qadağa qoyulsa da, zavod yenidən işə başlayıb.
03.03.2025-ci il tarixində əməkdaşlarımızın apardığı araşdırmalar zavodun hazırda tam gücü ilə işlədiyini ortaya çıxarıb. Əraziyə baş çəkdiyimiz zaman açıq şəkildə gördük ki, kəndin dağları karyer kimi istifadə olunur, toz buludları havaya yayılır və ətraf mühitə böyük ziyan vurulur. Nəfəs almaqda çətinlik yaranır, ətraf torpaq və bitki örtüyü isə görünməz dərəcədə tozla örtülmüş vəziyyətdədir.



Qobu sakinləri sual edir:

• Yusif Qədiməliyevin sərvəti insanların sağlamlığından və ekologiyadan daha önəmlidirmi?
• Dövlət qurumları niyə bu fəlakətə göz yumur?
• Bir dəfə qadağan edilən zavod niyə yenidən fəaliyyət göstərir?

Dövlət kapitalının əsasını insan resursları təşkil edir – Bəs niyə buna önəm verilmir?

İqtisadiyyatın fundamental prinsiplərinə görə, dövlətin əsas kapitalı və ən qiymətli sərvəti insan resurslarıdır. Sağlam və təhlükəsiz mühitdə yaşayan vətəndaşlar daha yüksək məhsuldarlığa malik olur, dövlət büdcəsinə daha çox töhfə verir və uzunmüddətli sosial-iqtisadi sabitliyin təminatçısıdır. Lakin Qobu kəndində baş verənlər göstərir ki, iqtisadi maraqlar insan sağlamlığı və ekoloji dəyərlərdən üstün tutulur.
Müasir dövrdə inkişaf etmiş ölkələr ekoloji tarazlığın qorunmasını prioritet istiqamət olaraq müəyyən edir və ekoloji standartlara cavab verməyən müəssisələrin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyur. Çünki qısamüddətli iqtisadi qazanc ekoloji fəlakətlərin uzunmüddətli nəticələrini aradan qaldıra bilmir. Azərbaycanda da ekoloji siyasət və sosial rifah prioritetlər arasında olmalıdır. Lakin Qobu kəndində yaşanan bu hadisələr göstərir ki, bəzi biznes qurumları ekoloji qaydalara əməl etmədən öz kommersiya maraqlarını ön plana çıxarır və dövlətin bu məsələdə nəzarəti yetərli deyil.
Dövlət siyasətinin əsas məqsədi vətəndaşın rifahını və ekoloji təhlükəsizliyini təmin etmək olmalıdır. Əks halda, ekoloji balansın pozulması nəticəsində baş verən xəstəliklər, torpaq eroziyası və ekosistemin çöküşü ölkənin iqtisadi gələcəyini təhlükə altına alacaq.
İndi sual yaranır: Dövlət iqtisadiyyatını qurmaq üçün vətəndaşa ehtiyac duyursa, bəs niyə vətəndaşın sağlamlığı və ekoloji rifahı arxa planda qalır?

/Bakunews.az
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Вчера, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Вчера, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Вчера, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Вчера, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Вчера, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Вчера, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Вчера, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Вчера, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Вчера, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Вчера, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Вчера, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Вчера, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Вчера, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Вчера, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Вчера, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Вчера, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Вчера, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
22-09-2026, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb