MTK özbaşınalığı davam edir - Nəsimi rayonunda “Maşınqayıran” MTK əmlakımı belə zəbt etdi-ŞİKAYƏT
Bir müddət öncə mediada vətəndaş Orxan Şirinzadənin “Maşınqayıran” MTK ilə bağlı şikayəti yayımlanıb.
TEREF Operativ Media-ya istinadən xəbər verir ki, vətəndaş ona məxsus obyektin qanunsuz olaraq başqasına satıldığını iddia edib. O, bildirib ki, “Maşınqayıran” MTK ona müraciət edərək obyektinin yerləşdiyi ərazidə tikinti işləri aparmaq barədə niyyətini bildirib. Orxan Şirinzadə MTK-ya inanaraq öz razılığını verib.
O.Şirinzadə qeyd edib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, ev 54 ünvanında yerləşən rəsmi çıxarışla 110.8 kvadrat metr, faktiki olaraq isə daha çox sahəsi olan tam təmirli obyekti olub. Obyekt 3.500 manat məbləğində icarə haqqı qarşılığında gəlinlik mağazası kimi fəaliyyət göstərib.
“Maşınqayıran” MTK ilə müqavilə bağlayan vətəndaş müəyyən şərtlər qarşılığında həmin ərazidə MTK-nın bina tikməsinə razılıq verib. Bu səbəbdən vətəndaş Orxan Şirinzadə ilə “Maşınqayıran” MTK ilə 13 may 2022-ci il tarixli 109 nömrəli “Əvəzləşdirmə” müqaviləsi bağlanılıb. Həmin müqavilənim bəndlərinə görə, O.Şirinzadə xüsusi mülkiyyətində olan obyektin sökülməsinə razılıq verib, MTK isə əvəzində bina inşa edilənə və ona obyekt verilənə qədər hər ay kompensasiya məbləği olaraq 3.500 AZN pul ödəyir və nəticədə 230 kv m qeyri-yaşayəş və 40 kv m qaraj verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, çıxarışla müqavilə arasında fərq olduqda, əlavə olaraq hər 1 kv m görə 15.000 AZN pul ödəyir. Lakin tikinti işləri yekunlaşdıqdan sonra MTK müqavilə şərtlərinə əməl etməyib. Belə ki, bu müddət ərzində O.Şirinzadəyə ödənilməli olan kirayə pulları ödənilməyib, tikinti başa çatdıqdan sonra öz obyekti deyil, dəyərindən 70-80 faiz aşağı sahə təklif olunub, öz obyekti isə başqa bir şəxsə satılıb.
O.Şirinzadə MTK-ya qarşı iddia qaldıraraq kirayə pulların ödənilməsi üçün məhkəməyə müraciət edib, tələbi haqlı və qanuni olduğu səbəbindən onun xeyrinə məhkəmə qətnaməsi çıxarılıb. Lakin MTK Azərbaycan Respublikasının adından çıxarılmış yekun məhkəmə aktını icra etməkdən boyun qaçırmaqla yanaşı, ona qarşı süni surətdə vaxtı uzatmaq məqsədilə məhkəmədə əsassız olaraq yeni iddialar verib.
Məsələni diqqətdə saxlayan e-huquq.az həmin iddiaların təmin olunmaması barədə məlumat əldə edib. Belə ki, məhkəmə O.Şirinzadənin xeyrinə qərar qəbul edib. Buna baxmayaraq, o, hüquqlarının bərpa olunmasına nail ola bilmir.
O.Şirinzadə deyib ki, əlində məhkəmə qərarı olmasına baxamaraq, MTK qanunsuz əməllərinə davam edir və onun mülkiyyət hüququnu pozur. Vətəndaş deyir ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara etdiyi müraciətlər də nəticəsiz qalıb. Çarəsiz qalan O.Şirinzadə hüquqlarının bərba olunması üçün ölkə başçısı cənab İlham Əliyevə müraciət edəcəyini bildirib.
“MTK-nın ayrı-ayrı vəzifəli şəxsləri məni aldadaraq əmlakımı əvəzsiz əldə edib, heç bir kirayə haqqı ödəmədən, əmlakımı sökərək yerində hündürmərtəbəli bina inşa ediblər, əvəzində isə həmin inşa edilmiş binada vəd verilmiş sahə üzrə obyekt verilməyib. Beləliklə, mənə qarşı aldatma yolu ilə əmlakım ələ keçirilib və xüsusilə külli miqdarda ziyan vurulub. Mənim istəyim odur ki, haqq-ədalət öz yerini tapsın. Mənə qarşı edilən bu qanunsuz əməllərə son qoyulsun, cavabdeh olan vəzifəli şəxslər məsuliyyətə cəlb olunsunlar”, – deyə şikayətçi bildirib.
Qeyd edək ki, MTK-lar tərəfindən vətəndaşların bu formada aldadılması hallarına tez-tez rast gəlinir. Bir müddət öncə tanınmış vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev də saytımıza açıqlamasında MTK-ların vətəndaşların mülkiyyət hüququnu pozmasından bəhs etmişdi. Bildirmişdi ki, MTK-lar vətəndaşların etibarından istifadə edərək onlarla müqavilə bağlayır və vətəndaşın razılığı ilə əmlakını sökür. Sonradan isə vətəndaşlara heç bir kompensasiya ödənilmir. Uzun çəkən məhkəmə proseslərindən sonra vətəndaşların xeyrinə qətnamə çıxarılsa da, MTK-lar həmin qətnamələri icra etmirlər. MTK tikinti işlərini yekunlaşdırdıqdan sonra fəaliyyətini dayandırır. İnşa edilmiş binada ayrı-ayrı mülkiyyətçilər yaranır. Həmin MTK-nın balansında nə pul vəsaiti, nə də əmlak olmur. İcra sənədi də icra olunmadan məhkəməyə geri qaytarılır. Beləliklə, vətəndaşlara külli miqdarda zərər dəyir.
Ş.Mirzəyev təklif edib ki, bütün bu hallarla bağlı Baş Prokurorluğun rəhbərliyi ilə xüsusi komissiya yaradılmalı və həmin komissiyanın tərkibində aidiyyəti qurumlar təmsil olunmalıdır. Komissiya həm əmlakını itirmiş şəxslərin şikayətlərini araşdırmalı, həm də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır.
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Вчера, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Вчера, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Вчера, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Вчера, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Вчера, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Вчера, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Вчера, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Вчера, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Вчера, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Вчера, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Вчера, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Вчера, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Вчера, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Вчера, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Вчера, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Вчера, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Вчера, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
22-09-2026, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb