"EVEREST-2022” MMC-nin BDU-nun rektoru ilə nə əlaqəsi var? -DETALLAR
gundem / sosial
Oxunub: 123
8 апр 2025 | 09:21


Ötən həftə Dövlət iqtisad Universiteti keçirdiyi tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, müxtəlif təyinatlı malların satınalmasını əhatə edən müsabiqənin qalibi "EVEREST-2022” MMC olub.
Qeyd edək ki, universitetlə şirkət arasında bağlanan satınalma müqaviləsinin dəyəri 774 min 388 manat təşkil edib.
"EVEREST-2022” MMC ilə bağlı apardığımız açıq mənbələr üzərindən araşdırma zamanı məlum oldu ki, bu şirkət Bakı rayonlarındakı bütün İcra Hakimiyyətlərinin "sevimlisi” sırasındadır. Belə ki, "EVEREST-2022” MMC ötən il 17 tenderin qalibi olub. Onlardan yalnız 4-ü Milli Arxiv İdarəsinə məxsus olub. Yerdə qalanlar isə İcra Hakimiyyətlərinin keçirdiyi tenderlərdir.
Şirkətin ən bahalı tenderi isə Bakı Dövlət Universitetinin keçirdiyi və İKT avadanlıqlarının satın alınması ilə bağlı olub. Həmin proses çərçivəsində "EVEREST-2022” MMC ilə 1 milyon 444 min 952 manat olub.
Bildirək ki, sözügedən şirkət 17 tender üzrə 3 milyon 624 min 205 manatlıq iş görüb. "EVEREST-2022” MMC-nin ən bahalı və sayca ən çox tender anlaşması isə Milli Arxiv İdarəsi ilə reallaşıb. Bir ildə 4 dəfə bu İdarənin tenderlərinin qalibi olan şirkət bunun müqabilində 657 min 822 manat pul alıb.
Bundan başqa, MMC Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin iki sifarişini 287 min 160 manata yerinə yetirib. Nərimanov MKTB üçün də iki sifariş yerinə yetirən "EVEREST-2022”, bunun müqabilində qarşı tərəfdən 35 min manat ödəniş alıb.
Səbayel rayon İcra Hakimiyyəti üçün eyni məzmunlu işlərin başa gəlmə xərci isə 42 min 200 manata bərabər olub.
"EVEREST-2022” MMC ilə Yasamal İcra Hakimiyyətinin də yolları çox kəsişib. Keçən il tərəflər 232 minlik müqavilə imzalayıblar.
Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.
Bəzi iddialara görə, "EVEREST-2022” MMC-nin rəhbəri Fuad Babayev BDU-nun rektoru Elçin Babayevin qohumudur. Lakin bu qohumluğun hansı səviyyədə yaxın və uzaq olması barədə məlumat yoxdur.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Tribunainfo.az
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...