Daha bir tibb cinayəti: Zaur Ramixanov xəstənin həyatını məhv etdi
Neyrocərrahın səhlənkarlığı daha bir həyatı məhv etdi – Zaur Ramixanovun “Tibbi Cinayətləri” davam edir
Ölkəmizdə tibbi məsuliyyətsizlik halları təəssüf ki, zaman-zaman insanların həyatına və sağlamlığına ağır zərbə vurur. XALQ.AZ-a müraciət edən Araz Musayev həyatının məhv olmasında,əlil qalmasında şikayətlənib.
Bu olay isə Mingəçevir Regional Hospitalında qeydə alınıb. Vətəndaş Musayev Araz Müşfiq oğlu 2023-cü ildə bu xəstəxanada neyrocərrah Zaur Ramixanov tərəfindən əməliyyat olunub. Əməliyyat öncəsi həkim tərəfindən 3000 manat məbləğində pul alınması ilə başlayan proses, vətəndaşın əlil arabasına məhkum edilməsi ilə nəticələnib. Əməliyyatı düzgün etmədiyi üçün pulu geri qaytardı ve dedi gedin hara istəyirsiz şikayət edin Araz Musayev bildirir.
Digər xəstəxanada aparılan təkrar müayinələr nəticəsində məlum olub ki, pasiyentin fəqərə sütununda köhnə sınıq qalığı saxlanılıb və bu, əməliyyatın düzgün aparılmadığını açıq şəkildə sübut edir. Mütəxəssislər bildirir ki, bu cür ciddi səhlənkarlıq yalnız pasiyentin həyat keyfiyyətini məhv etmir, həm də tibbi etikanı və insan hüquqlarını ayaqlar altına alır.
Ən dəhşətlisi odur ki, Zaur Ramixanovun adı daha əvvəl də bir neçə ciddi hadisədə hallanıb. 82 yaşlı Raya Əliyevanın “İstanbul NS” klinikasında ölümünə səbəb olan səhv diaqnoz və müdaxilə məhz bu həkimlə bağlı idi. Habelə “Yeni Gəncə” Tibb Mərkəzində baş vermiş əməliyyat zamanı Sevinc Kəriminin kor qalmasında da onun adı çəkilir. Hər iki hadisə müxtəlif yollarla ört-basdır edilsə də, ictimai yaddaş bu faciələri unutmayıb. Artıq cəmiyyət sual edir: Bu qədər şikayət və faciəli nəticələr fonunda Zaur Ramixanov hələ də necə həkim fəaliyyətini davam etdirə bilir? Onun fəaliyyətinə hüquqi qiymət vermək və bu cür halların qarşısını almaq üçün aidiyyəti qurumlar nəyi gözləyir?
Baş Prokurorluq və Səhiyyə Nazirliyi qarşısında bu məsələnin ciddi şəkildə araşdırılması və hüquqi qiymət verilməsi şikayətçi bildirir?
Hazırda Araz Musayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib və müvafiq qurumlardan bu olayın obyektiv şəkildə araşdırılmasını istəyir.
Şikayətçi bildirir ki, Zaur Ramixanov verilişlərə çıxır özünü reklam edir, mən sizin vasitənizlə bütün insanlara muraciət edirəm əlil qalmaq istəmirsinizsə bu cərraha müraciət etməyin.
Zaur Ramixanovla əlaqə saxlasaqda suallarımıza cavab verilmədi .
Mingəçevir Regional Hospitalıdanda bu məsələyə heç bir münasibət bildirmədilər.
Adları keçənlərin də mövqeyini dərc etməyə hazırıq.
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
8-08-2026, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
8-08-2026, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
8-08-2026, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
8-08-2026, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
8-08-2026, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
8-08-2026, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
8-08-2026, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
8-08-2026, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
8-08-2026, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
8-08-2026, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
8-08-2026, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...