Şou-biznesdəki təzə “Həci”: Emin Hüseynov kimdir? - İLGİNC FAKTLAR...

Azərbaycan şou-biznesinə yeni ”Həci” daxil olub.
Görünən odur ki, “Quseynoff” adlı şirkətin sahibi olduğunu deyən Emin Hüseynov iş dünyasındakı qaranlıq əməllərini düşük şou-biznes müğənniləri və Tik-Tok “fenomenləri” ilə olan macəraları ilə ört-basdır etmək istəyir. Yoxsa bir iş adamının belə avaraçılığa sərf etməyə boş vaxtı olmazdı.
Emin Hüseynov necə məşhurlaşdı?
Emin Hüseynov adlı bu şəxs ilk dəfə sosial mediada tiktoker Baboşa maşın bağışlaması, onun qapısına gəlməsi ilə məşhurlaşdı. Sosial mediada bu addımına görə tənqid olunan iş adamı daha sonra Baboşla olan səmimi münasibətlərini təkzib etmək üçün bir xanım müğənni ilə görüntülərini yaymağa başladı. Xüsusi məşhurluğu olmayan Canan adlı müğənni xanım “Tik-Tok”da bu “iş adamı” ilə olan görüntüləri sayəsində məşhurlaşdı.
Əlbəttə ki, məqsəd Canana cananlıq etmək, ya da onu məşhurlaşdırmaq deyildi, məqsəd “Baboş söhbətini” unutdurmaq idi. Amma, deyəsən Emin Hüseynov şou-biznes dünyasındakı gəzişmələrdən xoşhallanıb. Ona görə də son vaxtlar bütün qalmaqalların içində olmağı bacaran daha bir toy müğənnisi – Vəfa Şərifova “araya girdi”.
Şou biznesin bu təzə “Həci”si üstündə Canan və Vəfa davası başladı. Aradabir təzə “Həci” özü də açıqlamaları ilə qalmaqal tonqalını alovlandırır. Bu təzə “Həci” bir dəfə subay olduğunu deyir, daha sonra ailəli olduğunu açıqlayır, “Vəfa Şərifovanı həyat yoldaşının istəyi ilə məclislərinə dəvət etdiyini” bildirir.
Təzə “Həci” şou-biznesə bərk gəlib. Rəhmətlik İlhamə Quliyeva kimi ləqəblər paylamağa başlayıb və ilk ləqəbi də “qalmaqal kraliçası” Vəfa Şərifovaya bəxş edib.
Təzə “Həci” Vəfa Şərifovanı “ailə müğənnisi” elan edib. Allah o biri adlardan saxlasın…
Amma məsələ bu deyil. Bu təzə “Həci”nin, qalmaqalları ilə iyrəndirən Vəfanın, Cananın “Həci davası” öz işləridir. Onsuz da bu adamların səsi, sənəti yoxdur, olması da gözlənilən deyil. Çünki istedad ya olur, ya da olmur.
Uşaqlar, ailələr qurbana çevrilir…
Məsələ evlərimizin içinə dürtülən bu müğənnilərin davranışlarıdı. Bunlar efirlərdən ailə, insani münasibətlər, uşaq böyütməyin yolları barədə məsləhətlər verir, ekspertlik edirlər. Gənclərə özlərini nümunə göstərirlər. Məsələ budu!
Bu iyrənc qalmaqallarda artıq neçənci dəfədir ki, tərəflərin heç bir günahı olmayan ailə üzvləri linçə məruz qalır, ictimailəşdirilir, xüsusilə qalmaqal tərəfləri bir-birinin uşaqlarını şantaj mövzusuna çevirirlər. Bu, hüquqi məsuliyyət yaratmaqla bərabər, həm də mənəvi cəhətdən yaramaz hərəkətdir.
“Biznes adamları” niyə şouya qoşulurlar?
Son vaxtlar iş adamlarının özlərini şou-biznesin bir parçasına çevirib, ortalıqda şou- qalmaqallarla meydan sulamaları adiləşir.
Buna Şərurlu İsfəndiyar ləqəbli iş adamının son şouları və “təbliğat kampaniyalı” çıxışları, Vəfa Şərifovanın ad gününə (yenə Vəfa!) tort göndərməsi ilə yadda qalan “Balbadəm” şirkətinin rəhbəri Emin Hüseynovun əməlləri, gündəm olan təzə “Həci” Emin Hüseynovun sevgi qalmaqalları misaldır.
Biz, çox təəssüf ki, Azərbaycan sahibkarlarının böyük əksəriyyətinin maarifçi olmadıqlarını bilirik. Özünü maarifçi göstərmək istəyənlər də hansısa şeir yazanın cibinə 5 manat pul qoymağı “ziyalılıq” hesab edir.
Maarifpərvərlik də, koorporativ məsuliyyət də tamam başqa məsələdir. “Məscidi söküb yerində məktəb tikərəm” deməklə, maarifpərvər olmursan. Ya da trendə uyğun hansısa qaziyə ev vermək, bu təzə “Həci” kimi əsgərə bayram payı aparmaq maarifpərvərlik, vətənpərvərlik deyil. Maarifçilik missiyadı, bu, onsuz da özünü şou-biznes aparıcıları ilə oynamaqla xoşbəxt hiss edən, mənasız müğənnilərin qalmaqalının ortasında dayanıb, pulunu “üstündə dava düşən kişi” adı üçün xərcləyənlərin başa düşəcəyi məsələ deyil. Amma bu alverçiləri “iş dünyasında uğur hekayəsi” olan biznes adamları kimi cəmiyyətə sırımayın!
Belə “uğurluları” görən, ağlı başında olan adamlar üçün Sovet dövrünün alverçi streotipi sınmayacaq. Halbuki, biznes adamı, iş dünyasının sakini olmaq bu gün bütün inkişaf etmiş ölkələrdə uğurdu, prestijdi, qürurdu.
İndi bunu oxuyan hansısa arqumentbaz “Hacı Sabançı da nikahdankənar uşaq qalmaqalı ilə gündəmdədir” deyə, düşünəcək, ya da sosial şəbəkədə şərh yazacaq. Siz yazmamış, özüm yazım. Hacı Sabançı bu qalmaqalın ictimailəşməsinin əsas tərəfi deyil, danışan tərəfi də deyil. Və ən önəmlisi, iş dünyasındakı Sabançı adını Hacı Sabançı yaratmayıb, Hacı Ömər Sabançı yaradıb. Hacı Sabançı bu brendi daşıyan ailənin sadəcə bir üzvüdür.
Şərurlu İsfəndiyar, ya da təzə “Həci” Emin Hüseynov, ya da Vəfaya tort göndərən o biri Emin Hüseynov özləri məişət qalmaqalları ilə bezdiriblər. Dərd ondadı ki, bu adamlar heç bir marka, brend-filan da yaratmayıblar. Əllərinə düşən 5 manat pulla ortada var-gəl edirlər. Və məsələ nədir? Niyə indi var-gəl edirlər? Bu yaratmaq istədikləri “gündəmdə olmaq”, “məşhurluq” immuniteti altında hansı qara əməllərini ört-basdır eləmək istəyirlər? Bu adamların hansı əməllərə görə vəziyyətləri pisdir ki, bu cür media, tik-tok qapılarına düşüblər? Başlarının belə qarışıq olduğu görüntüsünü yaradırlar? Bax, suallar budur!
Bir qəribə həyat hekayəsi
Tik-Tok və instaqramda son ayın trend olan videoları təzə “Həci”nin anasına keçirdiyi dəbdəbəli ad günüdür. Emin Hüseynovun anası heç bir ictimai fəaliyyətlə məşğul deyil, sadə bir xanımdır. Hər bir övlad kimi Emin Hüseynovun da anasına ad günü keçirmək, hətta onu öz sosial şəbəkə səhifələrində yaymaq, hətta “himayəsində olan tik-toker”lərə, instaqram səhifələrinə reklamla yaydırmaq haqqı da var. Bu təbliğat onun nəyinə lazımdır, bu dəbdəbə ilə nə göstərmək istəyir, bu da öz işidir. Amma o görüntülərə baxanda mənim yadıma bir hekayət düşdü…
Bir vaxtlar Hüseyn Abdullayev (Quska) adında bir biznesmen vardı. Quska mahnılar bəstələyib, xeyli müğənniyə də sponsorluq edirdi. Quska anası Zeynəb xanıma dəbdəbəli ad günləri təşkil edirdi.
İllər keçdi, Quska həbs olundu. Anası Zeynəb xanım oğlu həbs həyatı yaşayan hər bir ana kimi iztirab çəkdi, xəstə oldu. Məhkəmələrə gəldi-getdi, məhkəmə qapılarında gözlədi. Amma əlini öpmək üçün sıraya düzülən müğənnilər yüksəlmək üçün başqa əllər öpürdülər…
Bu ibrətlik hadisə Emin Hüseynovun anasının ad günündə düşük şou biznes adamlarının onun başına fırlanıb, əlini öpüb video çəkəndə, Emin Hüseynovun da bu bayağı mənzərələri öz sosial media səhifələrində paylaşıb, hətta bəzi telekanalların bu mövzunu bir neçə gün efirdə ucuz-ucuz müzakirə etdiyi vaxt yadıma düşdü. Emin Hüseynovun oxuyub-yazması varsa, oxusun, ibrət alsın, Vəfa Şərifovalarına çox güvənməsin… Heç tik-tokda kirayələdiyi bir-iki “tik-toker jurnalist”ə də güvənməsin…
Telefon hər dəqiqə qarışında dayanıb video açıb, “açıqlamalar” vermək üçün deyil. Zəhləmizi tökməyin…
Gununsesi.info
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...