Nəsimi rayonunda “PİLOT-16” MMC vətəndaşın evini belə sökür- Video
gundem / bolge / video
Oxunub: 194
15 апр 2025 | 15:46
Nəsimi rayonunda “PİLOT-16” MMC vətəndaşın evini belə sökür- Video


Bakı şəhər sakini Quliyev Yusif Qulu oğlu “PİLOT-16” MMC-dən şikayətçidir.

Bu barədə Y. Quliyev iddia edir ki, şirkət Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və həyat yoldaşı Məhbubə Quliyeva Əli qızının adına olan evini söküb:



“Həmin fərdi yaşayış evinin 008011000691-10301 reyestr nömrəli, 17.03.2021-ci il tarixli çıxarışı var. Aramızda heç bir razılaşma olmadan, eləcə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.04.2023-cü il tarixli, 2(006)-972/2023 saylı qərarına əsasən, bizə məxsus torpaq sahəsinin ərazisində “PİLOT-16” MMC-nin qazıntı, söküntü və tikinti işləri aparmasının qadağan edilməsinə, həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.09.2023-cü il tarixli, 2-1(103)-271/2024 saylı qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının bizə məxsus fərdi yaşayış evinin yerləşdiyi 2,183 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılmasına baxmayaraq, 7 noyabr 2024-cü il tarixdə saat 13 radələrində evimiz ikinci dəfə (birinci dəfə 2023-cü il 18 mart) sökülərək məhv edilib.



Söküntü göstərişini “PİLOT-16” MMC-nin direktoru Quliyev Aslan Rafiq oğlu və “Haven Park” MMC-nin icraçı direktoru Həsənov İlqar Vidadi oğlu verib. Nəticədə bizə məxsus əmlaka 250 min manatdan çox zərər dəyib.

Söküntü ilə bağlı Bakı şəhəri, Nəsimi Rayon Prokurorluğunda toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.1 və 309.2-ci maddələri ilə cinayət işi başlansa da, 4 ay keçməsinə baxmayaraq, bizə dəymiş maddi ziyanın ödənilməsi və həmin əməli törətmiş Quliyev Aslan Rafiq oğlu, Həsənov İlqar Vidadi oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi təmin edilməyib.

Eyni zamanda 4 ay keçməsinə baxmayaraq, başlanmış cinayət işinin istintaqı tamamlanaraq, məhkəməyə verilməsi təmin edilmir.

Bunun nəticəsidir ki, həmin gündən sonra “PİLOT-16” MMC bizə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisində ağır texnika ilə tikilməsi nəzərdə tutulan hündürmərtəbəli binanın bütün bünövrə qazıntı işləri aparılıb və binanın bünövrəsinin qoyulması üçün beton tökülüb. Hazırda həmin işlər davam etdirilir”.




Şikayətçi bildirib ki, söküntüdən əvvəl şirkətlə vətəndaş arasında kompensasiya ilə bağlı hansısa razılıq olmayıb.

Vətəndaşın sözlərinə görə, söküntü zamanı ona 61 min ziyan dəyib. Şirkət həmin pulu ödəyib:

“Pulu depozitə qoydular, məhkəmənin sonunda götürəcəyəm”.

Məsələ ilə bağlıPİLOT-16” MMC-nin direktoru Aslan Quliyevlə əlaqə saxlayıb. O, şikayətə belə reaksiya verib:

“Həmin vətəndaş bizim sahədə işləyən ekskavatora “molotov kokteyli” ataraq yandırıb. Nəsimi Rayon Məhkəməsində bununla bağlı cinayət işi açılıb.

Şəxsin evi 98 kvadratmetrdir. Biz Yusif Quliyevlə görüşüb ona kompensasiya təklif etmişik. Söküntü zamanı evə vurduğumuz ziyana görə ona 70 min ödəmişik, hazırda depozitindədir. Kompensasiya kimi 600 min də nağd təklif etmişik. Ümumilikdə 670 min verməyə hazırıq, lakin o, razılaşmır, bizdən 1 milyon pul istəyir. Bunun müqabilində ekskavatora dəyən zərəri ödəmək istəmir.

Biz həmin evin yanında 20-yə yaxın ev almışdıq. 70 minlik zərər həmin evlərin söküntüsü zamanı bu evə dəymişdi.

“Haven Park” MMC layihəsi isə 5 il bundan öncə bitib. İlqar Həsənov “PİLOT-16” MMC-nin iş nəzarətçisidir”. \\Musavat.com


Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...