Əhmədovlar klanının “haqq davası” – ARZUMAN LOĞMANOĞLU YAZIR
“Hürriyyət”ə müraciətində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən “təhdiq və təhqir edildiyini” iddia edən rayon sakini Kərimova Həmidə Əli qızının fikirlərini arşdırmağa çalışdıq. İlk olaraq diqqət çəkən məqam bu oldu ki, bütün iddialar əssasız və heç bir dəlilə, sübuta söykənmədən dövlət məmurlarını qaralamaq, bununla da şəxsi marağını gerçəkləşdirməkdən ibarətdir.
Belə ki, şikayətçi 2018-ci ildə 2 ay sosial yardım aldığını, sonra isə əsassız olaraq bu yardımın kəsildiyini bildirərək, bunun qanunsuzluq olduğunu iddia edir. Həmidə Kərimova deyir ki, sosial yardımı kəsildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedərək, bunun səbəbi ilə maraqlanıb və ona adınının “Komxoz” idarəsində işçi kimi getdiyi bildirilib.
Özünün də dediyi kimi, bu hadisələr 2018-ci ildə baş verib. Əziz Əzizov isə ötən il, yəni 2024-cü ildə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Beləliklə də, 2018-ci ildə baş verən bir hadisənin ən azı 6 illik fasilədən sonra gündəmə gəlməsi heç də təsadüfi deyil.
Araşdırma zamanı əldə etdiyimiz məlumata görə, Həmidə Kərimova 2017-ci ilin 16 yanvar tarixində iş üçün DOST İş Mərkəzinə müraciət edir və işə qəbul olunir. Lakin “işinin öhdəsindən gəlmədiyi üçün” 3 aydan sonra işdən çıxarılır. Bundan sonra sosial yardım almaq niyyətinə düşür. Həmidə Kərimova 19.05.2021-ci ildə yenidən DOST İş Mərkəzinə müraciət edir və işə qəbul olunur. Burada təxminən üç il işlədikdən sonra 21.10.2024-cü ildə işdən çıxarılır.
Bütün bunlar öz yerində. Amma dövlətdən sosial yardım almaq üçün “haqq davası” aparan Həmidə Kərimovanın bu sosial yardıma o qədər ehtiyacı olmadığı ilə bağlı da kifayət qədər məlumatlar var. Belə ki, Həmidə Kərimovanın yaşadığı evin qarşısında iki böyük obyekti var; biri “yem mağazasi”, digəri isə “moyka” kimi fəaliyyət göstərir. Bu obyektlərdən başqa, Həmidə Kərimovanın anasının adına olan bazarın yaxınlığında 34 ha torpaq sahəsi və 500 baş xırdabuynuzlu heyvanı da var.
Onu da qeyd edim ki, Kərimovlar ailəsi bütün bunları Beyləqan rayonunun keçmiş icra başçısı Xasay Əhmədovun vaxtında əldə ediblər. Bu isə təsadüfi deyil. Xasay Əhmədov Həmidə Kərimovanın xalasının həyat yoldaşıdır. Xasay Əhmədov icra başçısı olduğu vaxt qohum-əqrabası Beyləqan rayonundakı əksər obyektləri özlərinin mülkiyyətinə çevirə biliblər. Bunun nəticəsi olaraq, bu gün Beyləqan mərkəzi bazarının müdiri olan Xasay Əhmədovun oğlu Xaqani Əhmədovun 1500 köşk və obyekt üzərində hakimiyyəti mövcuddur. Lakin bütün bunlar Əhmədovları və onların klanını qane etmir.
Mövqelərini qorumaq və yeni imkanlar qazanmağa çalışan Əhmədov klanın əsas “döyüş” üsullarından biri rayona rəhbərlik edən şəxslərə qarşı dava aparmaq və bu zaman “istedadlı” qadın qohumlarından istifadə etməkdir. Azərbaycan xalqının qadın məsələsi ilə bağlı həssaslığını yaxşı bilən Əhmədovlar klanı da rayon rəhbərliyinə qarşı bu fənddən istifadə edir.
Xaqani Əhmədov
Görünür, Əhmədovlar klanı Beyləqanı yenidən öz nəzarətlərinə keçirmək niyyətindədirlər. Çünki bu, onlara itirilmiş mövqelərini geri qaytarmağa imkan verməklə yanaşı, yeni imkanlar da qazandıracaq. Belə olarsa, bir zamanlar olduğu kimi, Bələdiyyə sədri yenə Əhmədovlar klanın təmsilçisi ola bilər. Necə ki, Xasay Əhmədovun kürəkəni Novruz Quliyev 12 il Bələdiyyə sədri olub. Bu, həmin Novruz Quliyevdir ki, mərkəzi magistral yoldakı bazarın qarşısında 20-dən çox obyekti var. Məsələn, “Soliton” mağazalar şəbəkəsinin yerləşdiyi binalar Quliyevə məxsusdur.
Ən əsası, həyat yoldaşının erməni əsilli olduğu iddia olunan Xasay Əhmədov 1995-2005-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi zaman qohum-əqrabasının əksər obyekt və müəssisələri, torpaq sahiblərini ələ keçirməsi ilə bağlı dərin araşdırmaya ehtiyac var. Digər tərəfdən, 2005-ci ildə prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad edilmiş Xasay Əhmədovun Azərbaycandakı “5-ci kolon”a bağlılığı haqda deyilənlər, o cümlədən 2005-ci ildən bu günə qədər Əhmədovlar klanın dövlət başçısının Beyləqana təyin etdiyi rəhbər şəxslərə qarşı apardığı “haqq davası” aidiyyatı orqanlar tərəfindən araşdırılmalıdır.
Arzuman LOĞMANOĞLU
P.S. Xüsusi olaraq “Hürriyyət” üçün.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...