31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT

Həbsdə olan iş adamı Emil Səməndərova məxsus torpaq sahəsi ələ keçirilib. Bununla iş adamına 500 min manatlıq ziyan vurulub.
Bu barədə iş adamının xanımı Vəfa Məcidovanın müraciətində deyilib.
Onun sözlərinə görə, 31 saylı notariat ofisinin kontoru işləmiş Ramiz Hümmətov, həyat yoldaşı Emil Səməndərovu aldadaraq qabaqcadan əlbir olduğu bir neçə şəxslə birlikdə dələduzluq yolu ilə onun 500 min manat pulunu ələ keçirib.
“Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət ünvanlamışam. Şikayətimizi araşdıran üç müstəntiqdəyişib. Hələ ki, şikayətin nəticəsi ilə bağlı məlumat əldə edə bilməmişik”,- deyə Vəfa Məcidova açıqlamasında qeyd edib.
Vəfa Məcidova mübahisəli məsələ ilə bağlı fikirlərini bölüşərkən həyat yoldaşının necə aldadıldığını danışıb:
“Ramiz Hümmətov Abşeron Rayonu, Xırdalan Şəhərində yerləşən 0.111 ha torpaq sahəsinin və Xırdalan şəhərində yerləşən köhnə notariat ofisini həyat yoldaşımın mülkiyyətinə keçirilməli idi. Torpaq sahəsinin həyat yoldaşımın mülkiyyətinə keçirilməsi üçün Ramiz Hümmətovun qızı Hümmətli Məmmədova Könül Ramiz qızı ilə həyat yoldaşım Emil Səməndərov arasında 01.03.2019-cu il tarixli beh müqaviləsi bağlanıb. Beh müqaviləsində də nəzərdə tutulduğu kimi 100 min manat pul vəsaiti Könül Hümmətovaya ödənilib. Könül Hümmətovaya 50 min manat da ödənilib.

Emil Səməndərov
Bundan əlavə 230 min manat da hissə-hissə Atabəy adlı şəxsə ödənilib.
Xırdalan şəhərində yerləşən köhnə notariat ofisinin həyat yoldaşımın mülkiyyətinə keçirilməsi qarşılığında 120 min manat da Ramiz Hümmətovun iştirakı ilə onun borclu olduğu Sadiq adlı şəxsə verilib. Ramiz Hümmətovun 500 yüz manatı ələ keçirməsi bizdə olan səs yazıları, beh müqaviləsi, notarius orqanı tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin həyat yoldaşıma məxsus olmasını təsdiq edən eskiz layihəsi və digər sənədlər də mövcuddur”.
Vəfa Məcidova qeyd edib ki, Ramiz Hümmətov yuxarıda qeyd olunan əraziləri həyat yoldaşının razılığı olmadan qeyri-rəsmi olaraq başqa şəxslərə də satıb.
“Həmin vaxtı həyat yoldaşım İstintaq Təcridxanasında olub. Göründüyü kimi Ramiz Hümmətov dövlətin ona verdiyi vəzifədən sui-istifadə edərək həyat yoldaşımı və digər vətəndaşları aldadıb. Bu yolla dələduzluq cinayətini törədib. Torpaq sahəsini Çingiz adlı şəxsə satıblar. Lakin həmin ərazidə tikintiyə icazə sənədləri yoldaşımın adına olduğu üçün heç nə edə bilmirlər. Həm yoldaşımı, həm də sonradan torpağı satdıqları şəxsi aldadıblar”- deyə V.Məcidova açıqlamasında qeyd edib.
Məsələ ilə bağlı Ramiz Hümmətovla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz oldu. İşdə adı keçən Ramiz Hümmətovun Atabəy adlı köməkçisi də zənglərimizə cavab vermədi.
Mövzu ilə bağlı rəsmi qurumlara da sorğu ünvanlamışıq.
Qeyd edək ki, “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov xüsusi ittiham qaydasında “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovu (Şərurlu İsfəndiyar) məhkəməyə verməsi ilə gündəmə gəlmişdi.
“Şərurlu İsfəndiyar” müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı.
Barəsində məhkəmə hökmü çıxmadığı halda onun barəsində böhtan xarakterli məlumat yaydığı üçün Emil Səməndərov “Şərurlu İsfəndiyar”ı məhkəməyə verib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Musavat.com
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
8-08-2026, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
8-08-2026, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
8-08-2026, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
8-08-2026, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
8-08-2026, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
8-08-2026, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
8-08-2026, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
8-08-2026, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
8-08-2026, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
8-08-2026, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
8-08-2026, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...