Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi
siyaset
Oxunub: 278
27 май 2025 | 16:15
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi



28 May – Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda göstərdiyi iradənin və əzminin parlaq təcəssümüdür. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə olsa da, demokratik dəyərlərə əsaslanan dövlətçilik ənənələrinin əsasını qoydu.
1991-ci ildə Azərbaycan öz istiqlaliyyətini bərpa etdi. Lakin bu müstəqilliyin qorunması və möhkəmləndirilməsi olduqca mürəkkəb və təhlükəli bir dövrə təsadüf edirdi. Ölkədə xaos, siyasi sabitsizlik və xarici təhdidlər Azərbaycan dövlətçiliyi üçün real təhlükə yaradırdı.
Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamağın daha çətin, məsuliyyətli olmasını zamanla baş verən siyasi proseslər bir daha sübut etdi. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Hər şeydən öncə ölkədə əmin-amanlığın inkişafı üçün geniş imkanlar yarandı. Qısa zamanda cinayətkarlığın qarşısı tam alındı, özbaşınalığa səbəb olan bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Dövlət rəhbərliyinin böyük zəhməti hesabına yaranan ictimai sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etməyə imkan verdi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Ən başlıcası isə odur ki, Ulu Öndərin siyasi təcrübəsi suverenliyimizin qorunub saxlanılmasında, müstəqil dövlət təsisatlarının yaranmasında və dövlət quruculuğu prosesində böyük rol oynadı. Müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ilk Konstitusiyası referendum, yəni, ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bir sözlə, yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu. Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu məhz onun uğurlu siyasətinin nəticəsidir. Bu gün Azərbaycan Bayrağının işğaldan azad olunmuş Qarabağımızda – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Ağdərə, Xocalıda, Xocavənddə, Xankəndidə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Cənab Prezidentimiz İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, cənab Prezidentimiz İlham Əliyevin tarixi qələbə qazandırdığı azad, müstəqil və bütöv Azərbaycan torpaqlarında yaşadığı üçün qürur duyur.
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk