ABŞ Qafqazda yenə Rusiya ilə savaşa başlayır: Azərbaycan hər iki nəhəngin məğlub olmasında maraqlıdır

Cənubi Qafqazda maraqları olan regiondan kənar qlobal güclərin, o cümlədən də, həm Rusiyanın, həm də ABŞ və Qərbin ilk növbədə Azərbaycanın mənafeyi ilə hesablaşması lazım gələcək... Rəsmi Bakının isə bu regionda hər hansı kənar qlobal gücə Azərbaycanın milli maraqlarına zidd hegemonluq imkanları tanıyacağı qətiyyən inandırıcı görünmür...
"Yeni Müsavat xəbər verir ki, Ukrayna savaşının dayandırılması prosesi üzrə kəskin ziddiyyətlər yaşayan ABŞ-Rusiya münasibətləri gərginləşməkdə davam edir. Hazırda Ağ Ev və Kreml arasında real qarşıdirma mühiti yaranmağa başlayıb. Xüsusilə də, son vaxtlar ABŞ Rusiyanın maksimalist mövqeyindən və Ukrayna böhranının nizamlanması prosesində qəbuledilməz şərtlər irəli sürməsindən ciddi şəkildə narahatdır. Və vasitəçilik missiyasından imtina edən ABŞ indi Rusiya ilə siyasi-diplomatik yaxınlaşma mərhələsindən tədricən hərbi-siyasi qarşıdurma dövrünə keçid etməyə başlayıb.
Ancaq Ukraynaya hərbi dəstək prosesini yenidən bərpa edən ABŞ-ın Rusiya ilə qarşıdurması bu məsələ ilə məhdudlaşmır. Belə ki, Ağ Evdə Rusiyanın gələcək planları ciddi şəkildə müzakirə mövzusudur. Xüsusilə də, Ukrayna savaşı ətrafında yaranmış situasiyanı nisbətən öz xeyrinə dəyişməyə nail olmuş Kremlin tədricən digər strateji regionlara doğru yönəlməyə başlaması hazırda ABŞ siyasi dairələrində ciddi əndişə doğurub. Və bu baxımdan, qlobal proseslərə daha çox iqtisadi-ticari “pəncərə”dən baxan Tramp administrasiyası belə, Rusiyanın sərhədyanı regionlarda hegemonluq planları qumasını ABŞ üçün gələcək təhlükə kimi dəyərləndirir.
Məsələ ondadır ki, ABŞ Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Agentliyinin (DIA) son hesabatına görə, Kreml postsovet məkanında, xüsusilə də Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın nüfuzunu yenidən gücləndirmək istiqamətində mühüm addımlar atmaq niyyətindədir. Üstəlik, belə geostrateji və geopolitik addımların atılmasına artıq başlanılıb. Ona görə də, Ağ Evin də gələcəyə yönəlik müəyyən planlar qurduğu bu iki regionla bağlı ABŞ-ın geopolitik maraqları ciddi təhlükə altına düşmüş hesab olunur. Və bu baxımdan, yaxın vaxtlarda həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada ABŞ-Rusiya qarşıdurmasının qaçılmaz ola biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Cənubi Qafqazda aktivləşməsi ABŞ-ın da hərəkətə gəlməsi ilə müşayiət olunur. Belə ki, Ağ Evin Cənubi Qafqazda sülh prosesini ABŞ-ın geopolitik müdaxilə mexanizminə çevirmək cəhdləri açıq-aşkar nəzərə çarpır. Halbuki, son vaxtlara qədər Ağ Ev bu regiona o qədər də ciddi maraq göstərmirdi. Ancaq Rusiyanın Ermənistan üzərindən manupilyativ manevrlər etmək cəhdləri ABŞ-da tez-tələsik preventiv addımlar atmaq məcburiyyəti yaradıb.
Maraqlıdır ki, hələlik ABŞ-la müqayisədə Rusiyanın təşəbbüsü almağa daha yaxın olduğu müşahidə edilir. Belə ki, Kremlin separatçı bölgələr olan Abxaziya və Cənubi Osetiya üzərindən Gürcüstana təzyiq göstərmək imkanları mövcuddur. Üstəlik, ABŞ və Qərbin son vaxtlara qədər rəsmi Tiflisə qarşı təzyiq kampaniyası aparması da Gürcüstanı Rusiya qarşısında kənar müdaxiləyə davamsız vəziyyətə gətirib. Və bu baxımdan, Kremlin hələ də Qərbə inteqrasiya ümidlərini tam itirməmiş Gürcüstanı Qərbdən böyük ölçüdə uzaqlaşdırmaq şansı cəlbedici görünür.
Digər tərəfdən, indiki mərhələdə Ermənistan da Rusiyanın qarşısında müqavimət immunitetindən məhrum durumdadır. Çünki Paşinyan hakimiyyəti nə qədər Qərbə inteqrasiya siyasəti yürütməyə çalışsa da, Ermənistan həm iqtisadi-ticari, həm də hərbi təhlükəsizlik sahələri üzrə Rusiyadan tamamilə asılıdır. Üstəlik, Rusiyadan enerji sahəsində asılılıq da rəsmi İrəvanı Kremlin qarşısında aciz vəziyyətə salır. Və Qərbdən vəd edilən maliyyə-iqtisadi dəstəyi ala bilməyən Paşinyan hakimiyyəti də Kreml qarşısında tezliklə “ağ bayraq qaldırmağa” hazır görünür.
Belə anlaşılır ki, Kreml Ermənistan və Gürcüstanda öz təsir gücünü artırmaqla, Cənubi Qafqazda Qərb üzərində üstünlük qazanmağa çalışır. Yəni, Rusiya Ukraynada “savaş bataqlığı”na düşdükdən sonra bu regionda itirdiyi mövqeləri yenidən bərpa etməyə can atır. Halbuki, Kremlin bu geopolitik hədəflərinin Rusiyaya Cənubi Qafqazda yenidən hegemonluq etmək üçün geniş imkanlar aça biləcəyi o qədər də inandırıcı görünmür. Və bu baxımdan, Rusiyanın planları qarşısında daha ciddi əngəllər olmamış deyil.
Məsələ ondadır ki, Ermənistan və Gürcüstana nəzarət olunması Rusiyaya Cənubi Qafqazda hegemon mövqeləri geri qaytarmaq təminatı vermir. Çünki bu regionda Azərbaycan şəriksiz geopolitik iradə sahibidir. Rəsmi Bakı Cənubi Qafqazda geopolitik, geostrateji və geoiqtisadi proseslərin inkişaf istiqamətlərini təkbaşına müəyyən etmək imkanlarına malikdir. Yəni, rəsmi Bakının razılıq vermədiyi heç bir plan və yaxud geopolitik ssenari bu regionda uğur qazana bilməz. Azərbaycan isə tam müstəqil siyasətlə, regionda liderlik statusunu öz əlində saxlamaqda israrlıdır.
Onu da qeyd etmək lazımdır ki, Kremlin rəsmi Bakıya təsir mexanizmləri demək olar ki, qalmayıb. Azərbaycan ərazisində Rusiyanın hərbi bazaları mövcud deyil. Rəsmi Bakı ölkənin maliyyə-iqtisadi və enerji təhlükəsizliyini təmin edib. Azərbaycanın Rusiya da daxil olmaqla, hər hansı ölkədən hərbi-siyasi, maliyyə-iqtisadi asılığı da yoxdur. Üstəlik, NATO-nun avanqard ölkəsi olan Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqidir. Və belə şərtlər daxilində Rusiyanın Azərbaycana təsir göstərməsi, rəsmi Bakının Cənubi Qafqazda müəyyən etdiyi geopolitik status-kvonu dəyişməsi qətiyyən inandırıcı görünmür.
Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazda maraqları olan regiondan kənar qlobal güclərin, o cümlədən də, həm Rusiyanın, həm də ABŞ və Qərbin ilk növbədə Azərbaycanın mənafeyi ilə hesablaşması lazım gələcək. Yəni, həm ABŞ və Qərb, həm də Rusiya istənilən halda, rəsmi Bakının geopolitik iradəsi ilə qarşılaşmağa məcburdur. Rəsmi Bakının isə Cənubi Qafqazda hər hansı kənar qlobal gücə Azərbaycanın milli maraqlarına zidd hegemonluq imkanları tanıyacağı qətiyyən inandırıcı deyil. Və bu baxımdan, Cənubi Qafqaz uğrunda ABŞ-Rusiya qarşıdurmasının indiki şərtlər daxilində yeganə qalibi yalnız Azərbaycan ola bilər.
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk