Pezeşkian türk diplomatı Bakıya göndərir
İran Azərbaycana yeni səfir təyin etdi - gözlənti
İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Bəqai deyib ki, İranın Azərbaycandakı səfiri seçilib və təqdim olunub.
“Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələr bizim üçün çox önəmlidir. İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb, arzu olunan şəxs seçilib və bununla bağlı müvafiq proses davam edir. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli diplomatdır”, - İran XİN rəsmisi qeyd edib. Onun sözlərinə görə, inzibati proses başa çatdıqdan sonra səfirin adı açıqlanacaq.
İran tərəfindən verilən bu açıqlama Azərbaycana səfir təyinatı məsələsində iki ölkə arasında aylarla davam edən danışıqların, nəhayət, müsbət nəticələnməsi hesab edilir.
İran İslam Respublikasının Azərbaycandakı son səfiri Seyid Abbas Musəvi 2020-ci ildən İranın Bakıdakı diplomatik korpusuna rəhbərlik edirdi. Onun diplomatik missiyası hələ 2023-cü ilin yayında başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ötən ilin martında İranın dövlət xəbər agentliyi “Tasnim” ölkənin Azərbaycandakı səfiri Abbas Musəvini Baku TV-yə verdiyi müsahibədən sonra istefaya çağırmışdı. Agentlik bu çağırışı edərkən, jurnalistin diplomatik nümayəndəlikdə “uyğun olmayan geyim”lə göründüyünü əsas gətirmişdi.
“Tasnim” xanım jurnalistin hicabsız geyimini “İran İslam Respublikasının rəsmi mövqeyinə təhqir” adlandırmış və səfir Abbas Musəvini istefa verməyə çağırmışdı. Artıq bir neçə aydır ki, səfir Bakını tərk edib, amma yeni təyinat yubanırdı.
İranın “ISCA News” agentliyi bu yaxınlarda iddia etmişdi ki, yeni səfirin göndərilməməsi ətrafında problem Azərbaycan hökumətinin İranın təklif etdiyi namizədi qəbul etməməsi ilə bağlıdır.
“Bu məsələ tezliklə həllini tapmalıdır. İranın Azərbaycandakı mümkün səfiri kimi Mədəniyyət və Kommunikasiya Təşkilatının sabiq rəhbəri və hazırda Bosniya və Herseqovinadakı səfir Əbuzər İbrahimi Türkmanın adı çəkilir”, - deyə sayt qeyd etmişdi. İran XİN sözçüsü Bəqainin prosedurları əsas göstərərək artıq təyin edilmiş səfirin məhz Əbuzər İbrahimi Türkman olub-olmadığı yəqin ki, yaxın günlərdə dəqiqləşəcək.
Politoloq Məhəmməd Əsədullazadə bu barədə “Yeni Müsavat”a şərhində bildirib ki, 1961-ci il Vyana Konvensiyasına əsasən, səfir təyin edilməsi onu göndərən ölkənin səlahiyyətində olan məsələdir və istədiyi şəxsin namizədliyini irəli sürə bilər. “Lakin praktikada beynəlxalq nəzakət qaydalarına riayət olunması nəzərdə alınır və səfir təyin etmək istəyən ölkə elə şəxsin namizədliyini irəli sürməlidir ki, qarşı tərəf ona aqreman versin. Aqreman verilməməsi isə belə olur ki, təyin edən ölkəyə imtina barədə heç nə deyilmir, sadəcə olaraq, müəyyən müddət razılıq verilmir və bu, imtina kimi başa düşülür. Təyin edən ölkə belə bir imtina cavabı ilə üzləşmək istəmirsə, elə bir şəxsin namizədliyini irəli sürməlidir ki, göndərildiyi ölkənin ona qarşı heç bir narazılığı olmasın və səfir kimi qəbul etməyə razılıq versin. İran Prezidenti Məsud Pezeşkianın ötən ay Bakıya səfərindən sonra həll edildiyinə böyük inam olan məsələlərdən biri də səfir təyinatı məsələsi idi. Artıq belə demək mümkündür ki, bu məsələ də həllini tapıb. Azərbaycanla İran arasında münasibətlərin normallaşması prosesi bu məsələdə lazımi addımların atılması və səfirin seçilməsi prosesini sürətləndirib. Təyinatın bu qədər yubadılması münasibətlərdə indiyə qədər olan problemlərdən qaynaqlanırdı. İran tərəfinin iddiasına görə, bundan əvvəl Azərbaycanda səfir təyin olunmağa göstərilən namizəd aqreman ala bilməyib. Azərbaycan həmin namizədə etiraz edib. İrandan verilən son açıqlama isə o deməkdir ki, artıq səfir təyinatı məsələsi həllini tapıb”.
Qeyd edək ki, İranın Azərbaycana yeni səfir təyinatının yaxınlarda reallaşacağı barədə iki həftə öncə məlumat vermişdik.
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk