Azərbaycanda ət yeyənlərin sayı artıb - Ən çox TOYLARDA YEYİLİR

Azərbaycan əhalisi əvvəlki illərlə müqayisədə daha çox ət yeyir.
"Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında əks olunub.
Azərbaycanda son 3 ildə ət və ət məhsullarının (2022,2023,2024) adambaşına illik istehlakı 42,1 kq-dan, 44,9 kq-ya yüksəlib.
İllər ərazində ət istehlakı artsa da, onunla bərabər qiymətlər də artıb. Bu gün mal əti 15-16 manata, qoyun əti isə 20-22 manata təklif olunur. İllik 44,9 kiloqram ət istehsalı isə ayda orta hesabla 3,7 kq, həftədə isə təxminən 1 kg ət deməkdir.
Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 1043,6 manat, minimum əmək haqqı isə 400 manat müəyyənləşib. 1 ailədə 4 nəfərin yaşadığını nəzərə alsaq, ayda 15 kiloqrama yaxın ət istehlakı olunduğunu söyləmək olar. Bu da, təxminən 225-330 manat edir.
Ət istehlakının artması minimum əmək haqqının yüksəlməsi ilə bir qədər bağlı olsa da, onunla yanaşı qiymətlər də artıb.
Minimum əmək haqqı ilə çalışan bir neçə vətəndaş bildirir ki, onlar hər ay iki dəfə ət ala bilirlər.
“Ailədə 3 nəfərik. Mən və yoldaşım çalışsaq da, ayda iki dəfə ət almağa gücümüz çatır. Qəssablar onu da sümüklə çəkirlər”.
Sakinlər mal, xüsusən qoyun ətinin bahalığından şikayətlənir, ətin ucuz olduğu vaxtlarda daha çox istehlak etdiklərini deyirlər.
“Hər il mal və qoyun ətinin qiyməti artır. Hər yerdə də, bir qiymətə satılır. Yayda ehtiyat etdiyimiz üçün də, güvəndiyimiz və yaxud biraz baha qiymətə satılan yerlərdən ət alırıq”.
Ət istehlakının ən yüksək olduğu məkanlardan biri toy süfrələridir.
“Ayıbdır, süfrə zəif olmasın” düşüncəsi ilə ailələr minlərlə manatı borca götürürüb, şad günlərində 5-7 növ ətli yeməklər təqdim edirlər. Amma çox zaman müşahidə edib görürük ki, toydan sonra həmin ailənin gündəlik süfrəsində ət yox, bəzən sadəcə makaron və kartof olur.
Digər tərəfdə isə şəhər restoranlarında ətlərlə zəngin italyan, fransız mətbəxlərinə dair yeməklər təqdim olunur. Sözsüz ki, həmin restoranları da gün ərzində dolu görmək mümkündür. Bu iki süfrə arasında bütövlükdə sinfi fərq dayanır.
Ət yeməyə meyilli xalq olsaq da, bəs “rifah göstəricisi” kimi qəbul olunan ətin sağlamlığımıza zərəri varmı? Xüsusən də isti aylarda.
Dietoloqların fikrincə, qırmızı ət istehsalı xolesterini artırır, ürək-damar xəstəlikləri, xərçəng və obezitə risklərini artırır.
Ət və ət məhsullarının əksinə paxlalı bitkilərin (noxud, mərcimək və s.) istehlakının 2022-ci ildə 3,1 kq-dan 2024-cü ildə 2,9 kq-a endiyini görürük. Halbuki bu məhsullar həm sağlamlıq baxımından faydalıdır, həm də daha ucuz protein mənbəyidir.
Bütün bu rəqəmlərə baxmayaraq, cəmiyyətin qida mədəniyyəti anlayışında ət hələ də “status” rəmzini daşıyır.
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
8-08-2026, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
8-08-2026, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
8-08-2026, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
8-08-2026, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
8-08-2026, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
8-08-2026, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
8-08-2026, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
8-08-2026, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
8-08-2026, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
8-08-2026, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
8-08-2026, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz