ADY Çin şirkəti ilə anlaşma imzaladı
iqtisadiyyat
Oxunub: 73
11 июл 2025 | 11:31


Azərbaycan Dəmir Yolları QSC (ADY) ilə Çinin “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb.

ADY nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində imzalanmış sənədə əsasən, ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb.

Tərəflər bu sənədlə dəmir yolu nəqliyyatı və tranzit sahəsində, eləcə də rəqəmsal layihələrin icrası istiqamətində yeni əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.

ADY sədri Rövşən Rüstəmov Sian şəhərinin meri Ye Niu Pin və Sian Limanının rəsmiləri ilə görüşdə Azərbaycan və Çin arasında tranzit daşımaları və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinin artıq günün tələbinə çevrildiyini, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfərinin və bu səfər çərçivəsində hərtərəfli strateji əlaqələrin inkişafı üçün imzalanmış birgə sənədin “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində birgə fəaliyyətə mühüm töhfə verdiyini qeyd edib.

ADY sədri son dövrdə Azərbaycan Dəmir Yolları və Sian Limanının rəhbərlikləri arasında baş tutmuş görüşləri xatırladaraq danışıqların artıq nəticə verdiyini və ortaq təşəbbüslərin icrasına başlanıldığını bildirib.

Rövşən Rüstəmov Anlaşma Memorandumunun imzalanmasını, bu sənəd çərçivəsində Sian Limanında ADY nümayəndəsinin təyin edilməsini və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılmasını, ADY nümayəndələrinin sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilməsini Orta Dəhlizin imkanlarının genişləndirilməsi və bu dəhlizlə yük axınlarının artırılması üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım adlandırıb.

ADY sədri həmçinin çinli tərəfdaşlara Bakı Beynəlxalq Dəniz Limanı barədə geniş məlumat verib. Qeyd olunub ki, Asiya və Avropa arasında yük axınının təmin edilməsində mühüm rol oynayan Bakı Beynəlxalq Dəniz Limanı bu yaxınlarda rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya edib və bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına, kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir.

“Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkətinin baş direktoru Yuan Syaodzyun ADY-nin Sian Limanında nümayəndəsinin təyini və konteyner meydançasının yaradılmasına dəstəyini ifadə edib. Bildirib ki, Siana təyin edilən ADY nümayəndəsi və konteyner meydançası əməkdaşlığın gücləndirilməsini, yük daşımalarının daha sürətli və səmərəli təşkili üçün operativ müzakirələrin aparılmasını, müvafiq addımların atılmasını təmin edəcək.

Eyni zamanda, ADY və “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner qatarlarının təşkili, Orta Dəhliz boyunca dəmir yolları, limanlar və Xəzər dənizi üzərindən daşımaların keçid qabiliyyətinin artırılması, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarının genişləndirilməsi, data əsaslı hərəkət qrafikinin hazırlanması ilə əlavə yük axınının cəlb edilməsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün ortaq fəaliyyət istiqamətlərini təsdiqləyiblər.

Həmçinin tərəflər rəqəmsallaşma sahəsində daha geniş əməkdaşlıq məqsədilə real vaxt rejimində yük daşımalarının izlənməsi və məlumatların elektron mübadiləsi sisteminin yaradılması istiqamətində birgə işləməyə razılaşıblar.

ADY-nin beynəlxalq əlaqələrini, xüsusilə Çinin Sian Limanı ilə mövcud əməkdaşlığını daha da genişləndirəcək bu mühüm sənəd Azərbaycanla Çin arasında dəmir yolu sahəsində iş birliyinin güclənməsinə və Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Orta Dəhlizlə Sian Limanından birinci konteyner blok-qatarı yola salınıb. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib. Ötən ilin noyabrında isə Azərbaycandan Çinin Sian Limanına ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner yola salınıb. Hazırda ayda iki blok-qatar Bakıdan Siana göndərilir. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb.
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı