“‘Uğur 777’ Estetik Mərkəzi ilə bağlı şok iddialar - Döyülən pasiyent, lisenziyasız əməliyyatlar - VİDEO
Bakı şəhəri, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi 176H ünvanında fəaliyyət göstərən “Uğur 777” Estetik Mərkəzi ilə bağlı redaksiyamıza ciddi və narahatedici iddialar daxil olub. Mərkəzin rəhbəri Xəyalə İsmayılova Aydın qızı və digər əməkdaşların adı bu iddialarda xüsusi olaraq hallanır.
Əldə etdiyimiz məlumata görə, estetik prosedur üçün klinikaya müraciət edən bir pasiyent əməliyyatdan sonra güzgüdə öz görünüşünü görəndə əməliyyatın qənaətbəxş olmadığını və nəticənin gözləntilərdən çox uzaq olduğunu bildirib. Hadisənin şokunu yaşayan pasiyent emosional vəziyyətini cilovlaya bilməyərək ətrafda olan suvenir əşyanı yerə çırparaq sındırıb.
İddiaya görə, bu zaman estetik mərkəzin rəhbəri Xəyalə İsmayılova həmin pasiyentə qarşı fiziki güc tətbiq edib – onun saçından tutaraq yerə yıxıb və döyməyə başlayıb. Ardınca klinikanın digər əməkdaşları da pasiyentin üzərinə hücum edib. Məlumata əsasən, yalnız bir-iki əməkdaş vəziyyəti sakitləşdirmək üçün müdaxilə edib.
Daha ağır iddia isə mərkəzin lisenziyasız fəaliyyət göstərməsi ilə bağlıdır. Məlumata görə, “Uğur 777” Estetik Mərkəzinin nə əməliyyat keçirmək üçün rəsmi icazəsi var, nə də rəhbərlik və tibbi heyət arasında əksər şəxslərin diplomu və peşə hazırlığı mövcuddur.
Əməliyyatlar zamanı anestezioloqun olmaması da iddialar arasındadır. Belə ki, pasiyentlərə Tramadol adlı narkotik tərkibli dərmanın vurulduğu bildirilir. İddialara görə, bu proses Rəsmiyyə adlı tibb bacısı tərəfindən həyata keçirilir və pasiyentlərə bu barədə əvvəlcədən məlumat verilmir. Daha sonra baş verə biləcək neqativ hallarda isə pasiyentlərə “qanında narkotik tapılar, polisə şikayət etsən narkoman kimi məsuliyyət daşıyarsan” kimi təhdidlər yönəldildiyi iddia olunur.
Digər diqqətçəkən məsələ isə mərkəzdə həkim kimi fəaliyyət göstərən Firuzə Əliyeva ilə bağlıdır. Verilən məlumata əsasən, o, əvvəllər başqa bir estetik klinikada təmizlikçi vəzifəsində çalışıb və orada əməliyyat otağında apardığı müşahidələr əsasında özünü həkim kimi təqdim edir və əməliyyatlara müdaxilə edir.
Mərkəzin rəhbəri Xəyalə İsmayılovanın həyat yoldaşı Rüstəm adlı şəxs barədə də narahatedici iddialar səsləndirilib. Məlumatlara əsasən, o, mərkəzə qarşı çıxan şəxsləri kriminal aləmlə təhdid edir, özü isə narkotik vasitələrdən istifadə edir. Bildirilir ki, Rüstəm son vaxtlar reabilitasiya mərkəzində müalicə alsa da, istifadəyə davam edir.
Patrulaz.az olaraq məsələni araşdırmaqda davam edirik və qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Bu məqalədə əks olunan məlumatlar iddia xarakterlidir və qarşı tərəfin mövqeyi öyrənildikdən sonra əlavə məlumatla yenilənəcək.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...