"Azər komissiyanın rədd cavabından sonra çökdü"

Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar "AStar" layihəsində qonaq olub.
axşam.az bildirir ki, o, Azərlə sosial mediada tanış olduqlarını bildirib:
"Azərlə sosial mediada tanış olduq. Tviterdə müəyyən statuslar paylaşırdıq. Daha sonra digər sosial şəbəkələrdən mənə dostluq atdı. Amma elə də əlaqəmiz yox idi. Bir sərgi var idi. Soruşdu ki, "siz də buraya gedəcəksiniz". Onda dəvətlər olanda sosial şəbəkədə kimlər gedir göstərirdi. Cavab verdim ki, "olacağam". Həmin gün onun rayonda çəkilişləri var idi. İcazə almışdı ki, axşam sərgiyə gəlsin. İlk real tanışlığımız belə oldu. Başladı mənə davamlı yazmağa. Aramızda elə bir şey olmadı ki, bəyənirsən, evlənək? Həyat bizi birləşdirdi. Çox oxşayırdıq.
Qızımızın adını qoyanda 2 ad arasında qalmışdıq. Züleyxa adı hər ikimizin nəslində yox idi. Elə ad istəyirdik ki, həm xarixi ölklərdə və vətənimizdə tanınan olsun. İlk siyahıya baxanda o da mənimlə razılaşdı.
Nigar vurğulayıb ki, onlar tanış olanda Azər xəstəliyi haqqında ona danışıb:
"Tanış olanda demişdi ki, 10 il əvvəl müalicə üçün İranda olunub. Uzun müddət müalicə ilə yaşadı, promlemi yox idi. Ailə qurandan 1 il sonra xəstəlik ciddiləşdi. Anası onun üçün ən yaxşısını edir, hər şeyinə diqqət edirdi. Amma siqaret çəkirdi. Ziyanı çox idi, az idi, bilmirəm. Amma hər dəfə söz verirdi ki, gələn aydan çəkməyəcək. Ola bilər laqeyid yanaşırdı, amma yaxşı bilirdi ki, özünə yaxşı baxmalıdır. Ona deyirdim ki, "bilirsən ki, nə çətinliklərdən keçmisən, bizim bir qızımız var". Son illərdə böyük bir stresi də olmayıb. Hətta qızı olmağını istəyirdi. Deyərdim ki, ən gözəl iləri idi".
Xanımı əlavə edib ki, Azər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən aldığı cavabdan sonra çöküb:
"Donor tapmışdıq. Komissiya buraxmadı. Azərlə çox kobud danışmışdılar. Komissiyadan çıxandan sonra psixoloji olaraq çox çökdü. Onu heç vaxt elə görməmişdim. Əsəbini içində çəkirdi. Komissiyadan sonra onun çökdüyü daha çox hiss olundu. O da böyrəyinə təsir etdi, insult keçirdi. Onun dünyasını dəyişəcəyini düşünmürdük. Ən pis halda aylarla, günlərlə yataqda yatacağını düşünürdük. Vəfat etməzdən bir neçə gün əvvəl virusa yoluxmuşduq deyə, Yeni İli onunla keçirmədik. Kaş keçirərdik. 13 yanvar, köhnə yeni ili birgə keçirməyi planlaşdırırdıq. Son danışığımızda Züleyxanın vidolarını ona atırdım. Hadisə baş verəndə bacısı, ana-atası, xalası yanında olublar. Gülüblər-danışblar və birdə gülən zaman bacısına deyib ki, səni iki nəfər görürəm. Təcili yardım gəlib xətəxanaya aparıb. Mənə gecə ilə yox, səhər deyiblər".
Qeyd edək ki, A.Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. Yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olan aktyorun ürəyi dayanıb, yanvarın 5-də vəfat edib. A.Baxşəliyev tamaşaçılara "Ağsaqqal" obrazı ilə tanışdır.
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq