"Sülh gəlsə, Cənubi Qafqaz pul yağışına düşəcək"

Son günlərdə həm regional, həm də beynəlxalq miqyasda baş verən hadisələr Cənubi Qafqazda yeni siyasi və iqtisadi mərhələnin başlandığını göstərir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişlər, eyni zamanda ABŞ-da Donald Trampın rəhbərliyə qayıtması ehtimalı regionun gələcəyi ilə bağlı strateji sualları gündəmə gətirir. ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz siyasətinə necə yanaşacağı, bölgədə sabitliyə hansı formada təsir göstərəcəyi geniş müzakirə mövzusudur.
Məsələyə münasibət bildirən iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin son görüşləri real nəticələrlə yadda qalıb. Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat yollarının açılması və qarşılıqlı etimadın bərpası istiqamətində əldə edilən razılaşmalar təkcə siyasi sabitlik üçün deyil, həm də iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır:
"Əgər sülh bərqərar olarsa, Azərbaycan Qarabağın bərpasını və Naxçıvanla əlaqəni daha sürətli şəkildə həyata keçirə bilər. Ermənistan isə təcriddən çıxaraq Türkiyə və Azərbaycanla iqtisadi münasibətlər qurmaq imkanı əldə edər.
Donald Trampın ABŞ-a yenidən rəhbərlik etməsi ilə Vaşinqtonun xarici siyasətində daha çox iqtisadi maraqlar və güc balansı önə çıxır. Tramp administrasiyası Cənubi Qafqazda sabitlik və əməkdaşlığı dəstəkləyərsə, regionda investisiya və ticarət imkanları genişlənə bilər.
Mümkün iqtisadi təsirlər bunlar ola bilər:
ABŞ sərmayələrinin artması, enerji və infrastruktur layihələrində Qərb şirkətlərinin iştirakı, Azərbaycan və Ermənistanın qlobal ticarətə inteqrasiyası.
İlk dəfədir ki, həm beynəlxalq dəstək, həm də tərəflər arasında qarşılıqlı razılaşma eyni vaxtda müşahidə olunur. Bu şəraitdən düzgün istifadə olunarsa, Cənubi Qafqaz gərginlik zonası deyil, əməkdaşlıq məkanı kimi tanına bilər,
gənclər üçün yeni iş yerləri, sərmayələr, turizm və ticarət canlanması reallaşa bilər.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etməsi, üstəlik ABŞ kimi böyük gücün regionda sabitliyi dəstəkləməsi, həm ölkələrimizin iqtisadi rifahı, həm də bölgədəki ümumi inkişaf üçün nadir fürsətdir. Sülh sadəcə siyasi qərar deyil, iqtisadi tərəqqiyə açılan qapıdır".
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk