“Rusiya, sənə ehtiyacımız var!..” - İrəvanda köhnə “hava” təzə “aranjiman”da
Erməni cəmiyyətində bu “ovqat” dəyişikliyi nə dərəcədə güclənə və Paşinyana təhlükə yarada bilər? - iki baxış
“Ermənistan üçün Rusiyanın real addım atmaması bizə daha ciddi təhlükə vəd edir. Çünki güclənmiş Azərbaycan Moskvanın Ukrayna ilə məşğul olmasından və xarici təhdidlərə cavab vermək məcburiyyətində olmasından istifadə edərək, qərb və şərq sərhədlərimizdə daha sərbəst hərəkət edəcək. Yəni Bakının dövlətimizə qarşı şantajı artıracaq”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sitat Armenianreport.com-dakı “Rusiya, sənə ehtiyacımız var!” başlıqlı redaksiya məqaləsindəndir.
Azərbaycana qarşı böhtanla dolu məqalədə Ağ Evdəki məlum anlaşmalardan sonra Moskvaya təzədən ifrat məxsusi yaltaqlıq diqqət çəkir.
Məqalədə bu fikirlər yer alır: “Ukraynada müharibənin tezliklə başa çatması təkcə Rusiyanın deyil, həm də Ermənistanı indiki hakimiyyətin gətirdiyi biabırçılıqdan hələ də xilas etməyə qadir ağıllı qüvvələrin marağındadır. Bu gün ləngliyin qiyməti çox yüksəkdir: söhbət bütöv dövlətlərin taleyindən və regional güc balansının gələcəyindən gedir. Ermənistanın Rusiyaya həmişəkindən çox ehtiyacı var. Çünki ölkəmizin Azərbaycanla biabırçı sülh müqaviləsi imzalamasına bir addım qalıb”.
Bəs nə oldu, deyirdiniz Rusiya erməni xalqına xəyanət edib? Ermənistanda bu “ovqat” dəyişikliyi nə dərəcədə güclənə və Paşinyan hakimiyyətinə təhlükə yarada bilər?
Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Cənubi Qafqaz artıq yeni dövrə keçid edib və regiondakı güc balansı dəyişib: “Azərbaycanın formalaşdırdığı yeni geosiyasi konfiqurasiya Ermənistan üçün də yeni fürsətlər və perspektivlər yaradır. Lakin bu situasiya hər kəs tərəfindən birmənalı qarşılanmır, xüsusilə Kreml tərəfindən.
Armenianreport. com xəbər portalında “Rusiya sənə ehtiyacımız var” adlı məqalənin yayımlanması Ermənistan cəmiyyətində Azərbaycanla başlanan normallaşma prosesinə qarşı çaşqınlıq və ziddiyyətli ovqat yaratmağa hesablanıb. Rusiyanın Azərbaycana qarşı təzyiq vasitələri demək olar ki, yox səviyyəsində olsa da, Ermənistan üçün eyni sözləri demək hələ ki mümkün deyil. Rusiyanın Ermənistanda hərbi bazası, erməni ordusuna yerləşdirdikləri kadrları və bütövlükdə, bir çox sferada özlərinin maraqlarına xidmət edən şəxsləri mövcuddur. Belə olduğu təqdirdə, rəsmi Moskvanın məhz Vaşinqton görüşünün nəticələrinə mane olmaq üçün həmin qüvvələri səfərbər edəcəyi istisna deyil və biz bunun şahidi oluruq. Bütün bunlara baxmayaraq, Azərbaycan öz gücünə, qətiyyətinə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir. Vətən müharibəsində əldə etdiyimiz Zəfər, 23 saatlıq antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpası, ardınca sərhədlərin delimitasiya və demarkasiyası, habelə Vaşinqtonda imzalanmış tarixi birgə bəyannamə Azərbaycanın bölgədə həlledici rolunu bir daha təsdiq etdi. Bu reallığı heç bir qüvvə dəyişdirə bilməz. Ermənistanın xilas yolu nə Moskvadan, nə də başqa paytaxtlardan keçir, yeganə yol qonşularla normal münasibətlər qurmaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaqdır. Ona görə də bu gün Ermənistanda bəzi siyasi dairələrin yenidən “Rusiyaya sarılmaq” çağırışları əslində Paşinyan hakimiyyətinə qarşı daxili təzyiq vasitəsidir. Bu təzyiqlərin Ermənistanı daha da dərin uçuruma aparacağı da şübhə altındadır. Yeni geosiyasi reallıqlar şəraitində Azərbaycan regionun əsas söz sahibidir və heç bir qüvvə xalqımızın iradəsini, dövlətimizin gücünü şübhə altına ala bilməz. Ermənistan cəmiyyətində “köhnə havanın təzə ifası” Paşinyan hökumətinə müəyyən risklər yaratsa da, bu, nəticə etibarilə Ermənistan dövlətçiliyinin zəifləməsinə xidmət edir. Azərbaycan isə öz möhkəm iradəsi ilə regionda sülhün, sabitliyin və inkişafın qarantıdır".
Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, ermənilərin tarix boyu xəyanətkar və satqın olduğunu sübut etməyə ehtiyac yoxdur: “Ermənilər uzun müddət idi ki, Rusiyadan istifadə edərək Azərbaycan dövlətinə qarşı yararlanırdılar, bəhrələnirdilər. Bizim tarixi torpaqlarda Rusiyanın dəstəyi ilə özlərinin dövlətini də qura bilmişdilər. Daha sonra SSRİ zamanında bir çox ərazilərimizi, o cümlədən Zəngəzuru 1920-ci ilin noyabrında öz ərazilərinə qatmışdı. SSRİ dağıldıqdan sonra yenə də Yeltsinin və Qərbin dəstəyi ilə Azərbaycanın 20% torpaqlarını işğal etdilər. Belə bir vəziyyətdə Ermənistan qudurğanlıq edərək, Rusiyaya xəyanət etdi. Ermənilər düşünmürdülər ki, etdikləri xəyanət onlara baha başa gələ bilər. Fikirləşdilər ki, Rusiyadan aldıqlarını alıblar və bundan artığını ala bilməyəcəklər. Ona görə də Qərb və ABŞ-dən qazanmaq lazımdır və buna görə Rusiya Azərbaycanın haqlı mövqeyində bitərəf kimi qalmayacaq. Rusiya Azərbaycan dövlətinin, xüsusən İlham Əliyevin Rusiyaya qarşı ikitərəfli, bərabərhüquqlu, qarşılıqlı və etimadlı münasibəti səbəbi ilə torpaqlarımızın azad olunması və suverenliyimizin tap bərpası prosesində neytral qaldı. 1993-cü ildəki kimi öz ordusu ilə Ermənistan tərəfindən döyüşərək Azərbaycanın torpaqlarını işğal etmədi. Bakı Ermənistana qarşı heç vaxt şantaj yolunu tutmayıb. Biz yalnız beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində öz ərazimizi qorumuşuq. Ermənilər indi Rusiya ilə 1993-cü il vəziyyətinə qayıtmaq üçün hər cür saxta bəyanatlar verirlər. Ancaq unudurlar ki, bu gün Azərbaycan 1993-cü ilin Azərbaycanı deyil. Həmçinin də Putin də çox yaxşı bilir ki, xəyanətkar və satqın Ermənistana görə Rusiyanın ən yaxın müttəfiqindən biri olan Azərbaycanı itirməyə dəyməz. Azərbaycan bu gün Rusiya üçün olduqca önəmli bir dövlətdir. Həmçinin Putin də çox yaxşı bilir ki, Azərbaycanla münasibətləri pozmaq, paralel olaraq Türkiyə ilə də münasibətlərin pozulması deməkdir. Bu, Putinə heç sərf etməz. Təsadüfi deyil ki, bir neçə gün bundan qabaq Aleksey Overçukla Şahin Mustafayevin Moskvada planlaşdırılan görüşü gündəmə gəlib. Məhz Rusiya tərəfinin yaydığı məlumata görə, hökumətlərarası komissiyanın iclası keçiriləcək. Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulması ilə əlaqədar Azərbaycanın haqlı tələblərini yerinə yetirməməsi, Yekaterinburqda soydaşlarımızın işgəncələrlə öldürülməsi, zorakılığa məruz qalması səbəbindən ölkələrimiz arasında müəyyən gərginlik yaşanır və sadə insanlar bundan əziyyət çəkir. Bu tipli görüşlərdə bizi narahat edən bütün məsələlər müzakirə olunmalı, gərginliyin azaldılmasına, etimadlı münasibətlərin bərpasına yol açılmalıdır. Hər şey Rusiyanın necə davranacağından asılıdır. Azərbaycan həmişə region dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi çıxış edib”.
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
8-08-2026, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
8-08-2026, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
8-08-2026, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
8-08-2026, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
8-08-2026, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
8-08-2026, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
8-08-2026, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
8-08-2026, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
8-08-2026, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
8-08-2026, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
8-08-2026, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk