Fransada “sarı jiletlilər” geri qayıdır?

Fransada sentyabrın 10-da keçirilməsi planlaşdırılan böyük etiraz aksiyasından əvvəl sarı jiletlilər öz şəbəkələrini yenidən aktivləşdirir. Sosial şəbəkələrdə yayılan “ölkəni bloklamaq” çağırışları 2018-ci ildə başlanan ilk “sarı jilet” hərəkatını xatırladır və artıq bir çox tanınmış simalar yenidən səhnəyə qayıdır.
Fransada 10 sentyabr yeni bir xalq hərəkatının başlanğıcı kimi gözlənilir. “Bu, bir doğuluş deyil, bu, bir qəzəbin yenidən doğulmasıdır”, - deyə 2019-cu ildə polis tərəfindən gözünü itirmiş Jerom Rodrige bildirir. Onun sözlərinə görə, artıq ilk addımlar atılıb, avqustun 24-də Valence-Sud ödəniş məntəqəsinin açılması ilə başlayan hərəkatlar, rəsmi olmasa da, 2018-ci ilin ruhunu daşıyır. “Bir dəfə sarı jiletli oldunsa, həmişə sarı jiletlisən”, – deyə o vurğulayıb.
Hərəkatın əsas çağırışı sentyabrın 10-da ölkə üzrə tam blokada yaratmaqdır: bank kartlarının istifadəsindən imtina, yol kəsişmələrinin tutulması və ictimai həyatın iflic edilməsi.
“Facebook” və “Telegram” üzərindən 20-dən çox şəhərdə ümumi yığıncaqlar təşkil olunub. Hesabatlarda vurğulanır ki, iştirakçılar əsasən əvvəlki sarı jiletlilər olub. İnsanlar bunun sistemə qarşı bir qəzəb dalğası, əvvəlki qəzəbin hələ də yerində və indi bəlkə də daha dərin olduğunu deyirlər.
Fəalların çoxu bu hərəkatın partiyalardan kənar (transpartizan) qalmasını istəyir. Lakin artıq bir sıra siyasi partiyalar, eləcə də “Əyilməz Fransa” (La France insoumise-LFİ) hərəkatının lideri Jan-Lük Melanşon “Hər şeyi bloklayaq” çağırışını dəstəklədiyini bəyan edib.
Bu isə bir çox sarı jiletlilərin narazılığına səbəb olub. 2018-ci ildə bu hərəkatın gücünün apolitik olduğunu bildirərək, indi sol partiyaların onu ələ keçirmək istədiyini və belə olan təqdirdə insanların küçəyə çıxmaq istəməyəcəyini deyirlər. Hərəkatın siyasi müdaxilə ilə zəifləyəcəyindən narahatlıq qeyd edilir. Bildirilir ki, əgər bu, həmkarlar ittifaqının aksiyasına çevrilərsə, təsiri məhdud olacaq. Amma əgər xalq hərəkatı şəklini alarsa, bu, uzunmüddətli dalğa ola bilər.
“Franceinfo”nun məlumatına görə, hərəkat əsasən daxili sosial narazılıqlardan qaynaqlanır. Həmçinin bu hərəkatın sosial ədalətsizliyə qarşı xalqın cavabı olduğu və etirazın kökünün dəyişmədiyi vurğulanır.
Sentyabrın 10-da nə baş verəcəyini demək hələ tezdir. Amma bəllidir ki, Fransada sosial narazılıq təkrar alovlanır. Sarı jiletlilər artıq adla yox, amma ruh və simvol olaraq yenidən gündəmdədir.
“Biz, sarı jiletlilər kimi xalqın gündəlik həyatındakı ədalətsizliyə qarşı ayağa qalxırıq. Bu, yeni bir mərhələnin başlanğıcı ola bilər”, - deyə “Indignons-nous!” teleqram qrupu yazıb.(Publika.az)
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk