Azərbaycan bu ölkəyə meyvə-tərəvəz ixrac edəcək - Çinin ən böyük bazarı ilə razılaşma
iqtisadiyyat
Oxunub: 80
4 сен 2025 | 14:02
Azərbaycan bu ölkəyə meyvə-tərəvəz ixrac edəcək - Çinin ən böyük bazarı ilə razılaşma


Azərbaycanın şimal bölgəsində yerləşən, bir pəncərə sistemi ilə idarə olunan çoxfunksiyalı logistik hab olan "Food City Agrocomplex" ilə Çinin iri meyvə bazarı “Jiaxing Fruit Market” arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, əməkdaşlığın əsas məqsədi tərəflərin qarşılıqlı tərəfdaş kimi tanınması, Azərbaycan məhsullarının, xüsusilə də yaş meyvə və tərəvəzlərin Çinə ixracının təşviqi, eyni zamanda Çin məhsullarının Azərbaycan üzərindən Avropaya çıxışı üçün regional tranzit və multimodal daşıma imkanlarının yaradılmasıdır.

İmzalanan memorandum Azərbaycanın aqrar ixrac potensialının gücləndirilməsinə, məhsulların yeni bazarlara çıxışına, fermerlərin məhsullarının əlavə dəyər qazanmasına və ölkənin regional tranzit-logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

"Food City Agrocomplex"in 11.71 hektarlıq infrastrukturu: soyuducu anbarlar, terminal sahələri, çeşidləmə və qablaşdırma avadanlıqları, həmçinin gündəlik 24 test və 400-dən artıq analiz imkanı olan laboratoriyası məhsulların beynəlxalq bazarlara çıxışında dəyər zəncirinin formalaşmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradır. Kompleksin illik 750,000 ton yükaşırma potensialı isə Azərbaycanın ixrac imkanlarını daha da genişləndirir.

Qeyd edək ki, “Jiaxing Fruit Market”in illik dövriyyəsi təxminən 10 milyard ABŞ dolları (17 milyard manat), illik məhsul satışı isə 4 milyon ton civarındadır. Yerli və beynəlxalq ticarət şirkətləri ilə istehsal mərkəzləri arasında mühüm mövqeyə malik olan şirkət həm daxili istehlak bazarında, həm də Avropa, Rusiya və digər Asiya ölkələrinə ixrac istiqamətində aparıcı oyunçulardan biridir.

Food City Agrocomplex, bir pəncərə prinsipi ilə idarə olunan çoxfunksiyalı logistik hab olaraq, Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz üzərindəki unikal coğrafi üstünlüyündən strateji şəkildə faydalanır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yanaşı, mərkəz yalnız yerli məhsulların ixrac potensialının artırılmasına deyil, həm də regional tranzit və multimodal daşımaların səmərəli idarə olunmasına xidmət edən beynəlxalq əməkdaşlıq platformalarının qurulmasını hədəfləyir.

Bu məqsədlə "Food City Agrocomplex" BƏƏ, Özbəkistan və digər ölkələrin aparıcı şirkətləri ilə işgüzar görüşlər keçirərək strateji tərəfdaşlıq imkanlarını müzakirə edir.





Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq