İstanbulda baş verən etiraza - Rəsmi münasibət

Türkiyədə məhkəmənin sabiq deputat Gürsel Tekini Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Təşkilatına müvəqqəti sədr təyin etməsi və siyasətçinin “Bazarertəsi təşkilatın sədrliyində olacağam” sözləri ciddi müzakirələrə səbəb olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda olan CHP sədri Özgür Özel də həmin qərara sərt münasibət bildirərək “Mənim nümayəndəm Özgür Çelikdir və o öz vəzifəsinin başındadır” deyib, bununla da qərarı qəbul etmədiklərini açıqlayıb.
Daha sonra CHP-nin 81 vilayət üzrə bütün sədrləri İstanbul Təşkilatı binasına gələrək, mətbuata birgə bəyanatla Özgür Çelikə dəstək olduqlarını bildiriblər.
Özgür Özel
.jpg)
Binanı tərk etməyən Özgür Çeliyə dəstək ziyarətləri davam etdiyi bir vaxtda, Gürsel Tekin ötən gün saat 12:00-da binaya gələcəyini açıqlayıb.
Tekin sosial mediada paylaşdığı videoda Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət müvəqqəti heyəti “Aslan dostlarım” kimi təqdim edib. Lakin videonun paylaşılmasından dərhal sonra H. Babacan və M. Gürbüz heyətdən ayrıldıqlarını bildiriblər.
Özgür Çelik

G. Tekin isə mətbuata açıqlamasında “Tək qalsam da, bazarertəsi saat 12-də binaya gəlib o kresloda oturacaq və vəzifəyə başlayacağam” deyib.
Bu hadisələrdən sonra diqqət İstanbul Təşkilat binasına yönəlib. Belə ki, dünən axşam saatlarında bina çevik polis dəstələri tərəfindən mühasirəyə alınıb, CHP millət vəkilləri də daxil olmaqla heç kimin binaya girməsinə icazə verilməyib. Bundan əlavə, İstanbul Valiliyi Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında 3 gün müddətinə toplantı, mitinq, mətbuat açıqlaması, yürüş, anım mərasimləri kimi tədbirləri qadağan edib.
Gürsel Tekin
.png)
Daxili işlər naziri Ali Yerlikaya isə sosial mediada paylaşdığı açıqlamada Özgür Özelin CHP üzvlərini İstanbul Təşkilatı binasına çağırmasını tənqid edib: “Məhkəmə qərarlarını saymamaq, xalqı küçəyə çıxarmağa çalışmaq açıq şəkildə qanuna meydan oxumaqdır. Heç kim qanunların fövqündə deyil. Dövlət qanunsuz hər cəhdə qarşı qətiyyətlə lazımi addımları atacaq. Küçə çağırışları ilə ictimai asayişin, millətimizin hüzurunun pozulmasına, küçələrin təxribatına əsla icazə verməyəcəyik”.

Qeyd edək ki, İstanbul 45-ci Asliye Hüquq Məhkəməsinin aldığı qərarla CHP-nin 38-ci İstanbul Təşkilat Qurultayı ləğv edilib. Qərarla birlikdə Təşkilatın sədri Özgür Çelik, İdarə Heyətinin əsas və ehtiyat üzvləri, eləcə də 196 nəfərdən ibarət Yuxarı Qurultay nümayəndələri vəzifələrindən müvəqqəti olaraq uzaqlaşdırılıblar. Məhkəmə bundan əvvəl isə keçmiş millət vəkili Gürsel Tekin, eləcə də Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət müvəqqəti idarə heyətini təyin etmişdi.
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk