“İlk 5 dəqiqədə yardım göstərilsəydi, Cabir yaşaya bilərdi” – Kardioloqdan aktyorun ölümü ilə bağlı ŞOK açıqlama
medeniyyet
Oxunub: 167
30 сен 2025 | 15:30
“İlk 5 dəqiqədə yardım göstərilsəydi, Cabir yaşaya bilərdi” – Kardioloqdan aktyorun ölümü ilə bağlı ŞOK açıqlama[/center]

Xəbər verdiyimiz kimi, Əməkdar artist, tanınmış aktyor Cabir İmanov dünyasını dəyişib. O, ötən gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında məşq zamanı qəfil infarkt keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum sənətçi ilə vida mərasimi bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.

Əməkdar artistin qəfil vəfatı ictimaiyyətdə böyük üzüntü ilə qarşılanıb. Sənət yoldaşları onunla bağlı xatirələrini paylaşaraq kədərlərini ifadə ediblər.

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova isə hadisə ilə bağlı idman zallarında mövcud olan qeyri-peşəkar şəraitin və tibbi nəzarətin zəifliyinə diqqət çəkib.

O, həmçinin aktyorun səhhətinə gec müdaxilə olunmasının faciəli nəticəyə gətirib çıxardığını vurğulayıb.

Musavat.com kardioloqla müsahibəni təqdim edir:



- Günay xanım, bildirirsiniz ki, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır. Bu, Azərbaycanda nə dərəcədə mümkün olar?

- Bununla bağlı ötən gün sosial şəbəkədə paylaşım etdim, Avropada yaşayan həkim dostlarım etiraz etdilər. Dedilər ki, dünyanın heç bir yerində idmana başlayan şəxsdən sağlamlıq haqqında arayış tələb olunmur. Onlara bildirdim ki, bu, Azərbaycana aid məsələlərdir. Çünki ölkəmizdə hər şey dünyadakı kimi baş vermir. Bizim məşqçilərin əksəriyyəti təlim görmüş və peşəkar deyillər. Sadəcə olaraq bədənlərini şişirdib, özlərini treyner elan edirlər. Digər məsələ isə onların idmana başlayanlara yazdığı reseptlərlə bağlıdır. İdman zallarında mənşəyi məlum olmayan hormonal dərmanlar satılır. Belə halları daha çox inkişaf etmiş ölkələrdə müşahidə edə bilmərsiniz. Ona görə də Azərbaycanda idmana başlayan şəxslər kardioloq müayinəsindən keçməlidirlər.

- Bu dərmanlar insan səhhəti üçün zərərlidirmi? Axı istifadəsi qadağan olunmayıb...

- Əlbəttə, zərərlidir. Revmatologiyada istifadə edilən “prednol” adlı bir dərman var. Bu dərmanın dozası həkim nəzarəti ilə artırılır. Treynerlər isə birdən-birə iynələri bədənə yükləyirlər ki, effektini tez görsünlər. Bu da ürəkdə aritmiya yaradır və insanı ölümə aparır. Cabirin idman zalında ölümü ilk hal deyil, bundan öncə də zallarda ölüm halı baş verib. Onların əksəriyyəti əzələlərə nəzarətsiz vurulan stereoidlərlə bağlıdır.

- Azərbaycanda təhsilli, kurslarda iştirak etmiş məşqçilər varmı? Onlar hansı tibb təhsilinə əsaslanıb reseptlər yazırlar... Onların belə ixtiyarı varmı?

- Bu barədə bir neçə dəfə yazmışam və danışmışam. Həmişə də idmançılar tərəfindən buna görə linç olunmuşam. Treynerlərin əksəriyyətinin bu istiqamətdə təhsili yoxdur. Onların ancaq bir məqsədi var: tez nəticə almaq. Buna görə də orqanizmi ciddi şəkildə yükləyirlər.

Biz həkimlərdən 5 ildən bir sertifikasiya tələb olunur, araşdırılırıq. Belə olan halda saxta treynerlər niyə araşdırılmır? İdman zallarında ilkin tibbi yardım üçün heç nə yoxdur. “Naşatır spirti”, “korvalol” ilkin tibbi yardım üçün yetərli deyil. Tibbi çantada nələrin olmalı olduğunu belə bilmirlər. Məşqçilərin ilkin tibbi yardım kursları ilə bağlı heç bir beynəlxalq sertifikatı yoxdur. Hansı treyner gedib o təlimlərdə iştirak edib?!

Mən bir neçə dəfə idman zalında halı pisləşən insanlara yaxınlaşıb ilkin tibbi yardım göstərmişəm. Treyner isə yanımda durub və qorxa-qorxa baxıb. Cabir yıxılanda da neçə dəqiqə durub baxdılar, ilkin yardım göstərmədilər. Halbuki yerə yıxıldığı saniyədən artıb müdaxilə edilməli idi. İlk 5 dəqiqə ürək üçün ən önəmli zamandır. 5 dəqiqə keçəndən sonra bir saat ürəyi masaj etsən də, onu geri qaytara bilməyəcəksən. Həmin dəqiqədən sonra beyin hüceyrələri ölür. Videonu izlədim, 3 dəqiqə insanlar Cabirin başına yığışıb, heç nə etmədən sadəcə baxırdılar. Boyun nəbzini yoxlayıb, ürəyi dayanmadan masaj etməyə başlamalı idilər. 32 dəfə döş qəfəsinə basdıqdan sonra süni nəfəs vermək olardı. Ürəyə edilən bu masaj Cabiri həyata qaytara bilərdi. Digər şəxslər isə təcili yardım arxasınca getməliydilər. İdman zalının yaxınlığında xəstəxana var.

İdman zallarına defibrilyator aparatı qoyulmalıdır. Ani ölümlərdə ürək sürətlə vurmağa başlayır, sonra isə yavaşlayır. Sürətli döyüntü zamanı defibrilyatordan istifadə etdikdə ürəyin döyüntüsünü normala qaytarmaq olur.

- İdmanla məşğul olanlara nə məsləhət verərdiniz. Doğrudanmı treynerlərin təklif etdikləri dərmanlardan imtina etsinlər?

- Mən öz yaxınlarıma o iynələri vurmaram. Ən əsası idmana başlamazdan öncə kardioloq müayinəsindən keçsinlər.
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq