Kürəkən Avropanı “satın alır”: Yaxta şirkəti, klinika, pansionat, otellər...
gundem / sosial
Oxunub: 50
30 сен 2025 | 09:38


Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazır ki, Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədri olan Əli Həsənovun kürəkəni Elman Allahverdiyev xaricdə yeni bizneslər qurur.
Onun araşdırmasına görə, Almaniyanın Hamburq şəhərində yaşayan Allahverdiyev bu ilin yanvarında Londonda OPAL YACHTING LTD adlı şirkət təsis edib. Araşdırmaya əsasən, şirkət hələ ki “dormant” – yəni fəaliyyətsiz statusda olsa da, bu addım gələcəkdə yaxta biznesinə başlamaq üçün hüquqi baza və platforma yaratmaq məqsədi daşıya bilər. C.Həsənli qeyd edir ki, bu cür şirkətlər vasitəsilə sahibkarlar bank hesabı aça, viza və oturum icazəsi üçün əsas yarada və investor cəlb edə bilirlər.

KONKRET.az xəbər verir ki, Cavanşir Həsənli xatırladır ki, Elman Allahverdiyev Almaniyada da bir sıra şirkətlərin sahibidir. O, Hamburqda LOHIMEX GmbH şirkətini təsis edib, “AuK Hotel GmbH”-nı alaraq “Glorious Hotels & Resorts GmbH” adı ilə yenidən qeydiyyatdan keçirib. Bu şirkətlər vaxtilə Bad Bevensen şəhərində satın alınmış “Kieferneck” otelində qeydiyyatdadır.

Jurnalist bildirir ki, Allahverdiyevin Bad Bevensendə aldığı başqa otellər də var. 2014-cü ildə şəhərin Bergstraße küçəsində “Heidekrug” otelini alıb, lakin 5 il istifadəsiz saxladıqdan sonra 2019-cu ildə “Manfred Preuss” adlı şəxsə dəyər-dəyməzinə satıb. Yeni sahibi otel otaqlarını 15 mənzilə çevirərək satışa çıxarıb.

Eyni ildə Elman Allahverdiyev Bad Bevensendə sahəsi 14 770 kv.m olan keçmiş “Diabet Klinikası”nı da alıb. Burada vaxtilə Almaniya Diabet Muzeyi yerləşirdi. 2019-cu ildə klinika binası sökülüb, həmin ərazi isə bu günədək xarabalığı xatırladır. Bundan başqa, Allahverdiyev kurort şəhərinin Haberkamp küçəsində yerləşən “Grüning Hotel”, eləcə də “Nicolas” pansionatını da alıb.

Beləliklə, Cavanşir Həsənlinin təqdim etdiyi siyahıya görə, Əli Həsənovun kürəkəni yalnız Bad Bevensen şəhərində 4 otel, 1 pansionat və 1 klinika binasına sahib olub.

C.Həsənli əlavə edir ki, Elman Allahverdiyevin adı ictimaiyyətə daha çox oğlu Nail Allahverdiyevin 2017-ci ildə törətdiyi ağır yol qəzası ilə bağlı tanışdır. Həmin ilin avqustunda Nail Allahverdiyev “Mercedes-Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edərək iki nəfərin ölümünə, daha ikisinin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdu. Araşdırmaçı jurnalistin iddiasına görə, məhz bu hadisədən dərhal sonra Elman Allahverdiyev Azərbaycandan külli miqdarda vəsait çıxararaq Almaniyada milyonlarla avro dəyərində otellər və klinika binası alıb.

Xatırladaq ki, Əli Həsənov 1998–2019-cu illərdə Baş nazirin müavini, 1998-2018-ci illərdə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.









Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...