Bu hərbçilərə mənzillər veriləcək? - AÇIQLAMA
sosial
Oxunub: 68
7 окт 2025 | 09:38
Bu hərbçilərə mənzillər veriləcək? - AÇIQLAMA


Azərbaycanda bir çox hərbçilər mənzil növbəsinə dayanaraq ev alsalar da, bəzi kateqoriyadan olan hərbi qulluqçular bu xidmətdən yararlanmaq hüququndan məhrumdurlar. Bəs görəsən, bu kateqoriyadan olan hərbçilərə gələcəkdə mənzil ayrılması mümkündürmü?

Mövzu ilə bağlı konkret.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, həmin sənədi hazırlayan şəxslər görünür ki, peşəkarlıq göstərməyiblər. Əgər Silahlı Qüvvələr anlayışı varsa, bu, bütün hərbi qulluqçulara şamil olunmalıdır.

Ekspertin sözlərinə görə, bəzi strukturların, xüsusilə Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların şəxsi heyəti mənzil təminatı ilə bağlı daha ciddi problemlərlə üzləşir:

“Müdafiə Nazirliyinin hərbi qulluqçularına mənzil verilir. Amma Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarda xidmət edənlər bu sahədə çətinliklərlə qarşılaşırlar. Halbuki, hamısı Vətən qarşısında eyni məsuliyyəti daşıyır”.

Üzeyir Cəfərov həmçinin qeyd edib ki, qanunvericilikdəki dəyişikliklər də hərbi qulluqçuların sosial təminatına mənfi təsir göstərib:

“Əvvəllər “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunda bütün hərbi qulluqçular eyni anlayışda nəzərdə tutulurdu. Sonradan “əmək pensiyası” anlayışı tətbiq edildi. Amma “əmək” və “hərbi xidmət” anlayışları fərqlidir. Hərbi qulluqçu müqavilə ilə yox, Vətənə borcunu yerinə yetirir”.

Ekspert əlavə edib ki, hərbi qulluqçuların ailə üzvlərinə dəstək mexanizmləri də zəiflədilib:

“Əvvəllər hərbi qulluqçu xidmətdə həlak olardısa, onun maaşının 80 faizi həyat yoldaşına və ailə üzvlərinə verilirdi. İndi isə həyat yoldaşının həmin məbləği ala bilməsi üçün 65 yaşa çatması tələb olunur. Bu, anormal vəziyyətdir”.

Cəfərov hesab edir ki, dövlət bu sahədə mövcud fərqləri aradan qaldırmalı və bütün hərbi qulluqçulara bərabər sosial təminat yaratmalıdır.
Сегодня, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Сегодня, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Сегодня, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Сегодня, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
Сегодня, 13:37
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Сегодня, 13:36
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Сегодня, 13:36
Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
Сегодня, 13:35
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
Сегодня, 13:35
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Сегодня, 13:19
İlham Hüseynov – Etibarlı İdarəçilik və Məsuliyyət Prinsiplərini Fəaliyyətində Yaşadan Rəhbər
Сегодня, 09:00
Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir
Вчера, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır