Vanqa mifi – milyonlarla insan hələ də saxta “öncəgörən”in kəramətinə inanır
Bu günlərdə saytlarda yenə Vanqanın “dəhşətli proqnozları”a dair yazılar dərc olunmuşdu. Oxuyanlar yəqin ki, yenə heyrətə gəliblər.
Ancaq çox adam bilmir ki, bolqar qadın Vanqanın ərtarında yaradılmış mif dünyanın ən böyük fırıldaqçılığından biridir. O qadında elə bir fövqəltəbii güc, Tanrı vergisi-filanı olmayıb, barəsində deyilənlərin hamısı falsifikasiyadır.
Əsl adı Vanqeliya Pandeva Quşterova olan, əsasən “Vanqa nənə” kimi tanınan qadın 1911-ci ildə Osmanlı imperiyasına daxil olan Bolqarıstanda doğulub, ömrünün çox hissəsini üç ölkənin (Bolqarıstan, Yunanıstan, Şimali Makedoniya) sərhədinin qovşağında yerləşən Petriç şəhərində yaşayıb, həyatının son iyirmi ilini Rupite kəndində müştəri-ziyarətçi qəbul etməklə keçirib və 1996-cı ildə vəfat edib.
Onun barəsində ən sanballı əsəri məşhur rusiyalı kriminalist, yüzlərlə mürəkkəb cinayətin üstünü öz elmi, intuisiyası, istedadı ilə açan Nikolay Kitayev yazıb.
Elə bolqar alimlər də Vanqanın “vergi”sini hər zaman şübhə altına alıblar, amma dövlət onların çoxunu susdurub və Vanqanı Bolqarıstanın brendinə çevirib. Onu da qeyd edək ki, bu qadının “öncəgörmə”lərinə Bolqarıstanın özündə yox, əsasən postsovet məkanında maraq göstərirlər.
Ölümündən 30 il keçməsinə baxmayaraq, Vanqanın “dəhşətli proqnozları”nın davam etməsi isə “sarı media” jurnalistlərinin xidmətidir. Onlar sırf tiraj üçün, bu “proqnozlar”a sarsılmaz ictimai maraqları bildiklərinə görə “müdhiş öncəgörmələr”i istehsal etməkdə davam edirlər.
Onu da qeyd edək ki, Vanqa haqqında əfsanələr hələ sağlığında tirajlanmağa başlayıb. Bir ara skeptiklər diqqət ediblər ki, “Vanqanın proqnozları” adətən hansısa qlobal hadisə baş verəndən sonra yayılır. Məsələn, SSRİ dağılır, ondan bir az sonra məlum olur ki, Vanqa bunu illər öncə deyibmiş. Əslində əksinə olmalıydı. Məsələn, Vanqa SSRİ-nin dağılacağını 1980-ci ildə deməliydi, bu, tirajlanmalıydı, 1991-ci ildə SSRİ dağılanda ortaya qəzet yazısı, video-filan qoyulmalıydı ki, baxın, nənə bunu demişdi.
Bolqar alimlər ötən əsrin 90-cı illərinin əvvəlində Vanqanı “peyğəmbər” elan edənlərə təklif ediblər ki, gəlin eksperiment keçirək, Vanqa nənə bundan sonrakı yarım il ərzində baş verəcək qlobal hadisələri desin, yazaq, 6 aydan sonra tutuşduraq, görək, hansı proqnozları düz çıxıb, hansıları yanlış. Qarşı tərəfdən bu təklifə reaksiya verilməyib, miflər uçuşmaqda davam edib.
Rusiya Krımı işğal edəndən sonra mediada belə bir xəbər yayılmışdı ki, guya Vanqa hələ 30+ il əvvəl belə bir proqnoz verib: "Krım bir sahildən qopacaq və digər sahilə yapışacaq...”. Daha sonra aydınlaşdı ki, bunu rus jurnalistlər uydurub.
Bəs bu qadının “öncəgörənliyi” hansı şəraitdə ortaya çıxıb?
N.Kitayevin yazdığına görə, 1923-cü ilin yayında qasırğaya düşən və gözünə qum dolması nəticəsində başlanan proqressiv iltihab üzündən kor qalan qız II dünya müharibəsində tam yetim qalandan sonra kiçik bacılarını dolandırmaq üçün falçılıq etməyə başlayıb. O, almanlar tərəfindən işğal edilən Strumitsa sakinlərinin gələcəyini proqnozlaşdıraraq çörəkpulu qazanb. O vaxt şəhərdəki bütün kişilər səfərbər edilmiş və ya Almaniyada məcburi əməyə aparılmış olub. Hər kəs öz əzizlərinin başına nə gəldiyini, onların sağ olub-olmadığını, nə vaxt qayıdacaqlarını bilmək istəyib. Vanqa insanların içindəki xəbər yanğısından istifadə edib və getdikcə şöhrət qazanıb. Çünki insanların mistikaya aludə olmaqdan başqa variantı olmayıb.
Ancaq sonralar Vanqanın qohumları onun “qabiliyyət”indən bisnes məqsədi ilə geniş istifadə etməyə başlayıblar. Vanqanın qəbuluna düşməyin qiyməti 20 dollar olub. Hər gün növbədə onlarla adam gözləyirmiş. Bolqarıstandan, sosialist düşərgəsi ölkələrindən, digər Avropa ölkələrindən gələnlər günlərlə çadırlarda, kirayə evlərdə, yaxınlıqdakı otellərdə gecələyirmişlər. Gələnlərin arasında alimlər, jurnalistlər, siyasətçilər, artistlər də olurmuş
Dövlət görəndə ki, Vanqanın biznesi istənilən müəssisədən daha çox gəlir gətirir, onun qazancına şərik olub, Vanqanın “ofis”ində mühasibatlıq, kassa sistemi yaradıb. Ziyarətçilərin adları xüsusi jurnala ona görə qeyd olunurmuş ki, mənimsəmə halları olmasın. Şəhər rəhbərliyi Vanqanın “vergi”si ilə turizm sektorunu maksimuma qədər inkişaf etdirib. Turistlərin yerləşdirilməsi üçün Petriç şəhərində otel də tikilib.
Xüsusi xidmət orqanları Vanqanın köməkçiləri ilə əlaqəyə girərək ondan informasiya toplamaq üçün istifadə ediblər (adamlar gəlib bütün sirlərini Vanqaya danışırmışlar). Onlar, eləcə də oteldəki xidmətçilər, taksi sürücüləri gələn qonaqlar haqqında informasiyalar toplayır, Vanqaya ötürürmüşlər, o da qəbul zamanı onlar barədə bəzi detalları deyərək ziyarətçiləri təəccübləndirirmiş. Bütöv bir sistem Vanqaya işləyirmiş, Vanqanın komandası isə sistemə.
1985-ci ildə bir rusiyalı qadın jurnalist Vanqa ilə görüşmək üçün Bolqarıstana gedir, yerli jurnalist Ventsislav Zaşevin köməyi ilə kahin qadının qəbuluna düşür, bir azda o, qanıqara halda çıxır, yaxın adamına etiraf edir ki, Vanqa nənəyə ailə qurmaq, uşaq sahibi olmaq istədiyini deyib, amma “öncəgörən nənə” ona deyib ki, sənin qismətində belə şey yoxdur. Jurnalist qadın kor-peşman ölkəsinə qayıdıb, amma elə həmin il ərə gedib və bir ildən sonra qızı doğulub.
1991-ci ildə sovet jurnalistləri Viktor Nogin və Gennadi Kurinnoy müharibənin viran qoyduğu Yuqoslaviyada yoxa çıxanda yaxınları onların taleyini öyrənmək üçün Vanqaya müraciət edirlər. Nənə jurnalistlərin sağ olduğunu deyir, amma sonra məlum olur ki, jurnalistlər Xorvatiya casusu kimi edam ediliblər.
Anatoli Stroyevin "Vanqa haqqında həqiqət" kitabında qeyd olunur ki, Vanqanın bacısının qızı Krasimira Stoyanova aktyor Vyaçeslav Tixonovun (“Ştirlits” rolunun ifaçısı) Vanqanı görməyə gəldiyindən danışıb. Guya kor qadın Tixonova deyib ki, niyə ən yaxın dostun Yuri Qaqarinin arzusunu yerinə yetirmədin? “Son uçuşundan əvvəl o, sənin evinə gəlib demişdi ki, vaxtım yoxdur, zəngli saat al və masanın üstündə saxla. Qoy bu zəngli saat sənə məni xatırlatsın". Guya Vanqa belə deyəndə Tixonov özündən gedib, onu birtəhər ayıldıblar.
Nəhayət, 1990-cı ildə Vyaçeslav Tixonov jurnalistlərin israrlı müraciətlərindən sonra bildirib: "Bir kəlmə ilə deyə bilərəmmi? Yalandır! Xahiş edirəm, eləcə də yazın: belə bir şey olmayıb. Mən Qaqarinə heç vaxt zəngli saat vəd etməmişəm! Bundan əlavə, biz heç vaxt bir-birimizi tanımamışıq. Onu yalnız rəsmi tədbirlərdə uzaqdan görürdüm, başqa heç nə".
SSRİ rəhbəri Mixail Qorbaçovin Vanqa ilə görüşdüyü barədə deyilənlər də əfsanədən başqa bir şey deyil. Bunu, eləcə də çar Borislə, Stalinlə, başqa məşhur adamlarla görüşdüyünü köməkçilər uydurub - nənənin mötəbərliliyini artırmaq üçün. Qorbaçov özü deyib ki, Vanqa ilə heç vaxt görüşməyib, mistikaya inanmır.
Sırf qazanc məqsədilə mifləşdirilmiş, bütləşdirilmiş bu qadının haqqında uydurulan əfsanələrin gerçəkliyi dəfələrlə təkzib olunsa da, saxtakarlıqlar faş olsa da, faydası yoxdur, insanlar hələ də onun kahinliyinə inanır, “proqnoz”larına heyrətlənirlər. Görünür, insanların içində mistikaya aclıq var, həqiqətlərdən çox şirin yalanlara inanırlar.
Buradan çıxış edərək, əminliklə söyləmək olar ki, özünə “ekstrasensəm”, “öncəgörənəm” deyən bütün insanlar istisnasız olaraq fırıldaqçıdırlar. Dünyada sağalmaz xəstəlikləri dua ilə sağaldan, müşkülləri həll edən, itkinlərdən xəbər verən xüsusi istedad sahibləri olmayıb və ola bilməz.
Bütün proqnozlar elmə əsaslanmalıdır. Futurist alimlərin 100 il, 200 il öncəni görməsi anlaşılandır, onlarınkı elmi proqnozdur. Məsələn, insanın Aya enəcəyini hələ ötən əsrin 20-ci illərində fantast yazıçılar yazıblar. Lazer şüasının kəşf ediləcəyi də ondan 40-50 il əvvəl proqnozlaşdırılın. İnsanların bir-birini telefonda görə-görə danışacaqları barədə proqnozlar hələ 1980-ci illərdə elmi jurnallarda dərc edilirdi. Bunlar başqadır.
Bir də rutin proqnozlar var: Ərəbistanda qum fırtınası olacaq, Hindistanda musson yağışı yağacaq, Sibirdə qarın qalınlığı 2 metrə çatacaq, Yaponiya və Türkiyədə zəlzələ olacaq, İslandiya və İtaliyada vulkan püskürəcək. Bu proqnozları hamı verə bilər. Çünki min illərdir dövr edən təbiət hadisəsidir.musavat.com
Uzun sözün kəsəsi, qoy bəzi həmkarlarımız oxucuları Vanqanın, Nostradamusun, bir də yeni çıxan fırıldaqçı ekstrasenslərin “proqnozlar”ı aldatmağı dayandırsınlar.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...