ABŞ və Qərb "nüvə savaşı"nı tam real ssenari elan etdi: NATO Moskvanın yer üzündən silinəcəyi ilə bağlı açıq mesaj verdi
dunya
Oxunub: 72
3 ноя 2025 | 09:17
ABŞ və Qərb "nüvə savaşı"nı tam real ssenari elan etdi: NATO Moskvanın yer üzündən silinəcəyi ilə bağlı açıq mesaj verdi


ABŞ və Qərb ilə Rusiya “siyasi-psixoloji qarşıdurma”dan artıq qarşılıqlı nüvə təhdidləri mərhələsinə keçiblər, bunun qlobal nəticələri nəzarətdən çıxmaq üzrədir... Bu baxımdan, indi müasir dünyanın gələcək taleyini fəlakətə düçar edə biləcək hər hansı bir səhv qərar üçün zaman saatlar, yaxud dəqiqələrlə deyil, məhz saniyələrlə ölçülür...
Qlobal hərbi-siyasi məkandakı mövcud gərginlik daha çox “soyuq müharibə” dövründə olan vəziyyəti xatırladır. ABŞ və Rusiya arasında uzun müddətdir ki, davam edən hərbi-strateji qarşıdurma indi tədricən qarşılıqlı nüvə təhdidləri mərhələsinə daxil olur. Son vaxtlar baş verən hadisələr, xüsusilə də, Belçikada nüvə silahının saxlandığı hərbi bazalar üzərində naməlum PUA-ların müşahidə olunması, Rusiyanın “Xabarovsk” adlı yeni nüvə sualtı qayığının istifadəyə verilməsi, Pentaqonun Ukraynaya “Tomahauvk” raketlərini vermək qərarı qətiyyən təsadüfi deyil. Və NATO daxilində “Rusiya ilə savaş qaçılmazdır” fikrinin güclənməsi gərginliyin inkişaf istiqamətlərini daha aydın şəkildə göstərir.

Məsələ ondadır ki, Qərb mediasının məlumatına görə, Belçikada ABŞ-ın nüvə silahlarının da saxlandığı hərbi baza üzərində bir neçə naməlum PUA-nın görünməsi NATO daxilində ciddi narahatlıq yaradıb. Bu hadisə həm kəşfiyyat və ya hərbi-psixoloji əməliyyat xarakterli mesaj, həm də qarşı tərəfin reaksiyasını ölçməyə yönəlik sınaq cəhdi kimi dəyərləndirilir. Və buna Qərb hərbi-siyasi dairələrinin sərt reaksiyası özünü çox gözlətməyib.

Belə ki, Belçikanın müdafiə naziri Teo Franken bu insidentdən sonra dərhal açıq şəkildə xəbərdarlıq edib. Onun fikrincə, prezident Vladimir Putin bilir ki, əgər, Rusiya nüvə silahı işlətsə, NATO Moskvanı yer üzündən siləcək və o zaman dünyanın sonu da çox yaxın olacaq. Bu bəyanat bir tərəfdən, Rusiyaya yönəlik təhdid xarakteri daşıyır, digər tərəfdən isə qarşılıqlı ritorikanın təhlükəli şəkildə sərtləşdiyini göstərir. Və bu baxımdan, nüvə təhdidlərinin "normal siyasi diskussiya"ya çevrilməsi beynəlxalq təhlükəsizlik sisteminin təməlini ciddi şəkildə sarsıdır.

Onu da qeyd etmək lazımdır ki, məhz həmin ərəfədə Rusiya Müdafiə Nazirliyi yeni “Xabarovsk” nüvə sualtı qayığını suya endirib. Müdafiə Nazirliyindən bildirilib ki, bu gəmi “sualtı silah və robot sistemləri daşıyıcısı kimi Rusiyanın okeanlardakı maraqlarını qorumaq qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Bu, Rusiyanin ABŞ və NATO-ya məxsus raket müdafiə sistemlərini aşmaq üçün yaradılmış dərin dəniz nüvə silahı platformasıdır. Və Kreml bu addımla, həm texnoloji güc nümayiş etdirir, həm də ABŞ-a “strateji balansın dəyişməz qaldığı” barədə açıq mesaj verir.

Böyük ehtimalla Kremlin bu hərbi manevrinin arxasında Ağ Evin "Tomahauvk" raketləri ilə bağlı mümkün qərarına və prezident Donald Trampın nüvə ritorikasına qarşı qabaqlayıcı xəbərdarlıq niyyəti gizlənir. Belə ki, Pentaqon Ukraynaya “Tomahauvk” uzaqmənzilli raketlərinin verilməsini təsdiqləyib. Ancaq bu qərarın hüquqi qüvvəyə minməsi üçün prezident Donald Trampın rəsmi razılığı tələb olunur. Digər tərəfdən, Ağ Ev sahibi son vaxtlar nüvə silahı ilə bağlı mövzuları da daha açıq şəkildə gündəmə gətirir. Hətta ABŞ prezidenti bir müddət öncə Pentaqona nüvə təlimlərinin bərpası barədə göstəriş verdiyini açıqlamışdı.

Əslində, bütün bunlar ABŞ-ın hərbi-strateji mesajlarının əsas istiqamətlərini müəyyən etməyə imkan verir. Belə ki, Ağ Ev bir tərəfdən, Rusiyaya qarşı siyasi-psixoloji və hərbi təzyiqlərin artırılmasına çalışır. Digər tərəfdən isə kollektiv Qərbin daxilində hökm sürən “qorxu balansı”nın yenidən formalaşdırılmasına cəhd göstərir. "Tomahauvk" nüvədaşıyıcı raketlərinin Ukraynaya verilməsi ilə bağlı qərar isə faktiki olaraq, ABŞ və Rusiya arasında birbaşa toqquşma riskini də artırır. Çünki Kremlin həmin raketlərlə Ukraynanın Rusiya ərazisinə dərinlik zərbələri endirmək imkanlarının daha da artırmasına reaksiyasız qalacağını düşünmək sadəlövhlük olardı.

Almaniyanın "Welt" nəşrinin yazdığına görə isə NATO hərbi dairələrində Rusiya ilə silahlı toqquşmanın “qaçılmaz” olması barədə inam getdikcə güclənir. Yəni, bu, artıq ekspertlər səviyyəsindən çıxaraq, yüksək hərbi rəhbərlikdə də səsləndirilir və alyans daxilində “Rusiya ilə qarşıdurmanın sıfır mərhələsi” ifadəsi işlədilir. NATO hərbi dairələrində hesab edirlər ki, Ukrayna savaşından sonra belə, Rusiyanın Avropa istiqamətində hücum təhlükəsi azalmayacaq, əksinə, daha da artacaq. Və bu, NATO-nun hərbi rəhbərliyində "soyuq müharibə"dən üzü bəri ən təhlükəli dönüş nöqtəsi sayılır.

Bununla belə, indiki situasiya klassik nüvə müharibəsi ehtimalını artırmasa da, hər halda, “qırmızı xətt”lərin getdikcə, daha çox açıldığını göstərir. Qlobal strateji balans mexanizmləri — nüvə silahlarına dair müqavilələr, təmas xətləri, inam yaratma kanalları son illərdə ya pozulub, ya da işləkliyini artıq itirib. Ona görə də, indiki mərhələdə kiçik miqyaslı taktiki nüvə silahından istifadə ehtimalı aşağı, regional toqquşmaların genişlənmə ehtimalı yüksək, qlobal nüvə müharibəsi ilə bağlı ehtimal isə hələlik qeyri-müəyyən hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, hazırda Rusiya ilə ABŞ və Qərb arasında siyasi-diplomatik dialoq kanallarının zəifləməsi ən böyük risk faktoru sayılır. Bu baxımdan, qarşıduran tərəflər arasında istənilən ehtiyatsız davranış və yanlış qərar qısa müddətdə bəşəri fəlakətə çevrilə bilər. Yəni, Qərb-Rusiya qarşıdurmanda “nüvə təhdidləri” tədricən real eskalasiyaya çevrilsə, bu, bütün planet üçün həyatın mövcud olub-olmayacağı ilə bağlı ciddi kataklizm problemlərinə yol açar.

Belə anlaşılır ki, ABŞ və Qərb ilə Rusiya artıq “siyasi-psixoloji qarşıdurma”dan qarşılıqlı nüvə təhdidləri mərhələsinə keçib. Hər iki tərəf “güc və qorxusuzluq” nümayiş etdirməyə çalışsa da, bu qarşıdurmanın qlobal nəticələri artıq nəzarətdən çıxmaq üzrədir. Və bu baxımdan, indi müasir dünyanın gələcək taleyini fəlakətə düçar edə biləcək hər hansı bir səhv qərar üçün zaman saatlar, yaxud dəqiqələrlə deyil, məhz saniyələrlə ölçülür.(musavat.com)
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk