Ermənilər gəlir - İrəvandan anons, Bakıda hazırlıq
siyaset
Oxunub: 46
6 ноя 2025 | 09:35


Cənubi Qafqazda sülh danışıqları yeni mərhələyə qədəm qoyur. İrəvan və Bakı xəttində intensiv diplomatik və ictimai təmaslar diqqət mərkəzinə çevrilib. Son həftələrdə tərəflər təkcə hökumətlərarası səviyyədə deyil, həm də ictimai platformalarda bir-birinə yaxınlaşmaq üçün addımlar atırlar.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə verdiyi açıqlamada bildirib ki, avqustun 8-dən etibarən İrəvan və Bakı “indiyədək əldə edilmiş tərəqqinin möhkəmləndirilməsi və dialoqun dərinləşdirilməsi üçün məqsədyönlü səylər göstərir”.

Qriqoryan konkret nümunələr də çəkib: “Oktyabrın 21-22-də ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana səfər edib və ikitərəfli dəyirmi masada iştirak edib. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin də Azərbaycana səfəri gözlənilir”.

Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan noyabrın 4-də İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” forumunda bildirib ki, tədbirdə Azərbaycan və Türkiyədən vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı regionda yeni reallığın formalaşdığını göstərir.

Forumun ardından Karnegi Berlin Mərkəzinin elmi işçisi Zaur Şiriyev də jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın gözləntilərini açıqlayıb: “Azərbaycan ümid edir ki, ABŞ ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz keçidin təşkilinə yardım göstərmək məsuliyyətini öz üzərinə götürəcək”.

Erməni nümayəndələrin Bakıya səfəri həm rəsmi, həm də ictimai səviyyədə maraq doğurur. Məsələ təkcə “təmas”dan ibarət deyil - bu, iki xalq arasında uzun illər davam edən düşmənçiliyin fonunda inam testidir. Bakı yaxın günlərdə İrəvandan gələcək nümayəndələri qəbul etməyə hazırlaşır. Bu, son iki əsrlik qarşıdurma tarixində nadir bir epizod olacaq - “ermənilər Bakıya gəlir” ifadəsi ilk dəfə olaraq təkcə xəbər yox, həm də siyasi sınaq mənası daşıyır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dialoqlar öz faydasını verəcək, lakin əsas siyasi qərarlardır: “Avqustun 8-dəVaşinqtonda baş tutan görüşün davamı kimi sülh quruculuğunun inkişafı, əlbəttə, vacibdir. Amma Ermənistandan başqa addımlar da tələb olunur. İlk olaraq konstitusiya dəyişməlidir. Zəngəzur dəhlizi ilə bağlı nəhayət ki, tikintiyə başlamalıdırlar. Əsas siyasi qərarların reallaşması vacibdir. Amma bunlarla paralel olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqu da faydalıdır. Bu görüşlər ağır keçə bilər. Çünki 100 il ərzində o qədər qətliamlar, savaşlar oldu, ermənilər bizə arxadan o qədər zərbələr vurdular ki, əlbəttə, bunlar asanlıqla unudulmayacaq. Bütün bunlara baxmayaraq bu tədbirlərin də öz faydası olacaq.

İşğal dövründə ermənilərlə görüşdə mən də iştirak etmişdim. Həmin görüşlərdə hansısa nəticə əldə etmək mümkün olmadı, çünki işğal hələ davam edirdi. Hətta ermənilərlə Finlandiyanın bir adasında görüşüb fikir mübadiləsi aparmışdıq. Lakin ermənilər işğaldan vaz keçmirdilər. İndi isə vəziyyət dəyişib və siyasi qərarlar verilib. Bundan sonra dialoqun faydası olcaq. Bir şərtlə ki, bu görüşlərdə revanşist qüvvələr iştirak etməsinlər. Daşnaklarla heç bir dialoq fayda verməz".

Politoloq Qulamhüseyn Əlibəylinin fikrincə, bu cür görüşlər Azərbaycan və Ermənistan cəmiyyətləri arasında bir etimad yaratmağa xidmət edir: “Dövlətlər müəyyən məsələlər barədə razılığa gəliblər. Hətta sülh müqaviləsi imzalanır. Lakin hər iki cəmiyyətdə bir-birinə qarşı nifrət var. Erməni hücumları nəticəsində yaxınlarını itirmiş azərbaycanlıların qəzəbi hələ də davam edir. Bunu aradan qaldırmaq üçün uzunmüddətli fəaliyyət lazımdır. Buna görə də cəmiyyət üzvlərinin bir-biri ilə təmasları olmalıdır.

Bundan əvvəl də xalq diplomatiyası adı altında görüşlər olub, lakin onlar uğurla nəticələnməyib. Çünki Ermənistan hakimiyyəti həmin vaxt münasibətlərin normallaşmasını istəmirdi. İndi isə sülh müqaviləsinin imzalanması ərəfəsindəyik. Ona görə də hər iki cəmiyyət arasında qarşılıqlı münasibət yaratmaq lazımdır. Elə bir mühit yaradılmalıdır ki, həm ermənilər, həm də azərbaycanlılar bir-birilərini qəbul etsinlər. Lakin nəzərə almaq lazımdır ki, erməni xisləti bir çox hallarda müəyyən problemlər yaratmağa qadirdir".

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyir ki, bu cür təmaslar barışıq yolunda ilk addımlardır: “Gələcəkdə etibarlı sülh müqaviləsinin imzalanmasını istəyiriksə, təmaslar olmalıdır. Azərbaycan öz ərazisindən Ermənistana yük daşınması üçün istifadə edilməsinə icazə verdi. Sonsuzadək düşmən olmaq mümkün deyil. Nə ermənilər, nə də azərbaycanlılar regiondan çıxıb getməyəcəklər. Bu görüşlər düşmənçilik ritorikasını azaldır. Getdikcə revanşistlərin mövqeyi zəifləyir və qarşılıqlı etimad gözlənilir. Bu baxımdan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri ancaq fayda gətirəcək

1992-ci ildə biz Ermənistan yazıçıları ilə Qazaxda görüşmüşdük. Onda da bildirmişdik ki, bu müharibə heç bir xalqa xeyir gətirməyəcək".
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk