Bütün şəhərlərdə içməli su layihələri icra edilir
Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir. Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.Qaldı ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
8-08-2026, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
8-08-2026, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
8-08-2026, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
8-08-2026, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
8-08-2026, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
8-08-2026, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
8-08-2026, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
8-08-2026, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
8-08-2026, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
8-08-2026, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
8-08-2026, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
