Xaricdə təhsil şirkətindən ŞİKAYƏT: "Pulumu alıb, lakin xidmət göstərməyib"

Bakı şəhər sakini "Pilgrim Education" xaricdə təhsil şirkətindən şikayətçidir.
Oxu.az-a şikayət ünvanlayan Nicat Vahidov (ad-soyad şərtidir - red.) bildirib ki, Böyük Britaniyada yerləşən Mançester Universitetinə qəbul almaq üçün ödəniş etsə də, qarşılığında xidmət görməyib.
O, məsələ ilə bağlı polisə müraciət etdiyini qeyd edib:
"Mən "Pilgrim Education" xaricdə təhsil şirkətinə xaricdə təhsil almaq üçün müraciət etmişdim. Şirkət mənə Böyük Britaniyada yerləşən Mançester Universitetindən qəbul alacaqlarını dedi. Öncə 3 000 manat məbləğində məndən ödəniş istədi. Şirkət birinci ödəniş alır, daha sonra xaricdən qəbul əldə edibmiş kimi məktub hazırlayır, reklam edir, lakin işi sona çatdırmadan yarımçıq saxlayır. Aldığı ödənişi isə geri qaytarmır. İki ay öncə verdiyim puldan 500 manat geri qaytarıb, lakin yerdə qalanını vermir. Hər dəfə bu gün-sabah qaytaracağam deyərək yubadır. Hətta akt da imzalayıb ki, ödənişi qaytaracaq. Oktyabrın sonuna qədər borcun tam ödəniləcəyi deyilmişdi, lakin heç bir nəticə yoxdur. Avqust ayından bizi belə yubadırlar, pulumuzu qaytarmırlar.
Hətta guya qəbul alıblarmış kimi videonu da sosial media hesablarında paylaşıblar. Ofisdə qəbul məktubunu çərçivəyə salıb divara asıblar ki, müştərilər görüb aldansınlar. Tək mən yox, bir neçə vətəndaşa qəbul alacaqlarına dair söz verib, ödəniş alıb, lakin daha sonra işi icra etməyiblər".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı polisə vətəndaşın müraciəti daxil olub:
"Müraciət əsasında müvafiq qaydada araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
"Pilgrim Education" xaricdə təhsil şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, daha öncə də sözügedən şirkətə müraciət edən valideynlərdən biri redaksiyamıza şikayət ünvanlayaraq bildirib ki, şirkət ödəniş alıb, lakin yeddi aydır ki, verdiyi vədi yerinə yetirməyib.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...