Restoranda qiymət yenilənir, amma menyu köhnədir - Müştəri nə etməlidir?

Bəzən bəzi ictimai iaşə və satış məntəqələrində faktiki qiymətlərlə təqdim olunan menyu və ya elanlardakı qiymətlər arasında fərqlər müşahidə olunur. Müştəri bir qiymət görür, amma kassada başqa məbləğ tələb olunur və buna səbəb kimi “yenilənmiş qiymət” göstərilir. Məsələn, menyu və ya vitrində qiymət 5 manat göstərildiyi halda kassada 6 manat çıxır.
Müştəri irad bildirəndə isə deyilir ki, yeni qiymətimiz budur, məhsulu ancaq bu qiymətlə təqdim edə bilərik. Bu hallar müştərini çaşdırır, narazılığa səbəb olur. Bu kimi situasiyalarda müştəri nə etməlidir? Müştəri menyuda gördüyü qiymətə əsasən ödəniş tələb edə bilərmi? Restoran, kafe və digər satış obyektləri müştəriyə təqdim etdikləri menyu, lövhə, sosial şəbəkə paylaşımı və ya digər elanlarda göstərilən qiyməti sonradan kassada dəyişdirmək hüququna malikdirmi?
marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirdi ki, marketinq baxımından qiymət şəffaflığı brendlərin ən vacib etibar elementlərindəndir: “Ümumiyətlə, iaşə obyektlərində menyudakı qiymətlərlə kassadakı məbləğ arasında uyğunsuzluqların müşahidə olunması isə həm müştəri məmnuniyyətinə, həm də markanın imicinə birbaşa zərər vurur".
Onun sözlərinə görə, qanunvericilik bu məsələni açıq şəkildə müəyyənləşdirir: “Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanununun 3-cü maddəsinə əsasən, istehlakçı aldığı xidmət və məhsul barədə dolğun və düzgün məlumat almaq hüququna malikdir. Buna qiymət də daxildir - yəni menyuda göstərilən rəqəm satıcının rəsmi təklifidir”.
S.Mehdiyev deyir ki, şirkətlər qiymət dəyişiklikləri edə bilər, lakin bu dəyişikliklər müştəriyə dəqiq, vaxtında və hər platformada eyni şəkildə təqdim olunmalıdır: “Əks halda, müəssisə həm hüquqi məsuliyyətlə, həm də itirilmiş etibar və mənfi reputasiya ilə üzləşə bilər. Bu gün bazar rəqabəti yalnız məhsula görə deyil, şəffaflıq və dürüstlüyə görə gedir. Qiymət dəqiqliyi isə bu etibar zəncirinin ən görünən halqasıdır”.
S.Mehdiyev deyir ki, menyuda fərqli qiymət yazılıb, müştəridən kassada özlərinin dediyi fərqli qiyməti tələb edirlərsə, müştəri gördüyü qiymətlə ödəniş edə bilər: “Əgər israrçılıq halları olarsa, müştəri əlindəki sübutlarla lazımi qurumlara şikayətini bildirə bilər".
Marketoloq son olaraq qeyd etdi ki, son zamanlar iaşə obyektlərində menyudakı qiymətlərdən əlavə "Servis haqqı" əlavə edilir və bu bir çox hallarda sonradan bildirilir: “Bu da istehlakçı hüququnun pozulmasıdır. Bütün məlumatlar öncədən və dəqiq formada təqdim edilməlidir”.
Сегодня, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Сегодня, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Сегодня, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Сегодня, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Сегодня, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Сегодня, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Сегодня, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Сегодня, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Сегодня, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Сегодня, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Сегодня, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Сегодня, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Сегодня, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Сегодня, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Сегодня, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Сегодня, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Сегодня, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Сегодня, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Сегодня, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Сегодня, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Сегодня, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Сегодня, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Сегодня, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb