SENSASİYA: Avropa Çin modelinə keçir

Avropa İttifaqı sənaye siyasətində radikal dönüşə hazırlaşır. Brüsselin yeni planı xarici şirkətlərin Avropa bazarına daxil olması üçün ciddi məhdudiyyətlər nəzərdə tutur və ekspertlərin fikrincə, bu siyasət Çinin illər əvvəl tətbiq etdiyi modelə bənzəyir.
“Politico” saytının jurnalistləri Cordin Dal, Françeska Miçeletti və Od van den Hovun yazdığı analitik məqaləyə görə, Avropa Komissiyası yeni “Sənaye Sürətləndirici Aktı” vasitəsilə xarici investorları yerli şirkətlərlə məcburi əməkdaşlığa cəlb etmək niyyətindədir.
Məqsəd Avropa sənayesini yenidən gücləndirmək və qlobal rəqabətdə Çinlə ABŞ-nin gerisində qalmamaqdır.
Çin 1970–1980-ci illərdən başlayaraq xarici şirkətləri yerli tərəfdaşlarla işləməyə məcbur edərək sənaye gücünü artırmışdı. Avtomobil istehsalçıları və texnologiya şirkətləri Çin bazarına girmək üçün yerli firmalarla ortaq müəssisələr yaratmalı olmuşdu.
İndi isə oxşar model Avropada tətbiq olunmaq üzrədir.
Yeni layihəyə əsasən, Avropa bazarına daxil olmaq istəyən iri xarici şirkətlər yerli tərəfdaşlarla birgə müəssisə qurmalı, texnologiyalarını paylaşmalı və istehsalın əsas hissəsini Avropada həyata keçirməlidir.
Sızdırılan sənədə görə, “strateji əhəmiyyətli sahələrə” 100 milyon avrodan artıq sərmayə yatıran xarici şirkətlər ciddi dövlət yoxlamasından keçəcək.
Bundan başqa, xarici investorların Avropa şirkətlərində payı maksimum 49 faizlə məhdudlaşdırılacaq.
Yeni qaydalar əsasən batareyalar, günəş panelləri, elektromobillər, enerji texnologiyaları və avtomobil sənayesini əhatə edəcək.
Şirkətlər həmçinin gəlirlərinin ən azı 1 faizini Avropada elmi-tədqiqat işlərinə xərcləməli və məhsullarının 50 faizini Aİ daxilində istehsal etməlidirlər.
Ekspertlər bu siyasətin Avropanın illərlə müdafiə etdiyi “açıq bazar” prinsipinə zidd olduğunu bildirirlər.
“Bruegel” analitik mərkəzinin eksperti Niklas Poitiers qeyd edir:
“İllərlə Çini məcburi ortaq müəssisələrə görə tənqid edirdik. İndi isə eyni yolu özümüz gedirik”.
Hüquqşünas Falk Şöning isə bu qaydaların Çin və körfəz ölkələrinin köhnə modelini xatırlatdığını vurğulayır.
Avropa şirkətləri vaxtilə Çin bazarına girmək üçün böyük güzəştlərə getmişdi. Məsələn, “Volkswagen” uzun illər satışlarının yarısını Çindən əldə edirdi.
Lakin bu asılılıq sonradan Avropanın zəif nöqtəsinə çevrildi.
Analitik Aqata Kats bildirir:
“Avropa öz istəyi ilə Çinlə dərin asılılıq yaratdı. İndi bunun nəticələrini yaşayırıq”.
Yeni qanun layihəsi Brüsseldə də ciddi mübahisələrə səbəb olub. Bir çox üzv ölkə sərmayələrin nəzarətinin milli hökumətlərin səlahiyyətində qalmasını istəyir.
İsveç artıq layihəyə açıq şəkildə etiraz edib və bildirib ki, mövcud mexanizmlər kifayət qədərdir.
Ekspertlər hesab edir ki, layihə Avropa Şurasında ciddi müqavimətlə üzləşə bilər.
Hüquqşünas Andreas fon Bonin xəbərdarlıq edir ki, həddindən artıq bürokratiya investorları qorxuda bilər:
“Belə qaydalar yalnız çox cəlbedici bazarlarda işləyir. Avropanın iqtisadi artımı zəifdirsə, bu, risklidir”.
Analitiklər bildirir ki, Çin şirkətləri bu qədər sərt şərtlər altında Avropaya investisiya qoymağa maraqlı olmaya bilər.
Baxmayaraq ki, Aİ Çin elektromobillərinə qarşı 35 faizə qədər rüsum tətbiq edib, Çin şirkətləri hələ də Avropa bazarında qazanc əldə edə bilir.
Məqalədə vurğulanır ki, Avropa İttifaqı sənayeni gücləndirmək istəyərkən əksinə, sərmayə mühitini zəiflətmək riski ilə üz-üzədir.
Ekspertlərin fikrincə, Brüsselin “Çin modeli”nə keçidi Avropanı qısa müddətdə qorusa da, uzunmüddətli perspektivdə iqtisadi problemlər yarada bilər.
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Вчера, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Вчера, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Вчера, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Вчера, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Вчера, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Вчера, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Вчера, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Вчера, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Вчера, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
6-08-2026, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
6-08-2026, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
6-08-2026, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi