Ərdoğan-Tramp gizli anlaşması Kremli bloklayır: ABŞ-Türkiyə tandemi Rusiyanı Suriyadan tam çıxarır
Rusiya Suriya üzərindən hələ də Yaxın Şərqin yenidən dizayn olunması ilə bağlı “müzakirə masası”ndadır, ancaq Kremli heç kim dinləmədiyindən yalnız “passiv oyunçu” statusu ilə barışmağa məcbur qalıb... Suriyanın gələcək taleyinin həll edilməsində isə məhz Ağ Ev-Ankara-Dəməşq üçbucağı əsas siyasi iradə mərkəzi rolunu oynayır, ABŞ prosesi pərdəarxasından idarə edir, Türkiyə isə bu regionda əsas təhlükəsizlik təminatçısına çevrilir...
Suriya Yaxın Şərqin yenidən dizayn olunmasında önəmli geopolitik faktora çevrilməyə başlayıb. Xüsusilə də, səhnəarxası ABŞ-Türkiyə anlaşmalarına paralel olaraq, Rusiyanın Suriyadan sıxışdırılmasına yönəlik proses bu regionun gələcək taleyi baxımından, geopolitik önəm daşıyır. Və bu prosesin daha genişmiqyaslı inkişaf ehtimalı Yaxın Şərqdə ABŞ-Türkiyə-Rusiya üçbucağı üzrə qarşıdurma təhlükəsi yaradır.
Məsələ ondadır ki, Suriyada son vaxtlar baş verən hadisələr onu göstərir ki, bu ərəb ölkəsi artıq sadəcə, regional qarşıdurmaların poliqonu deyil, həm də qlobal güc balansının yenidən bölüşdürüldüyü strateji platformaya da çevrilib. Belə ki, Suriya lideri Əhməd Əl Şaraanın Rusiyaya səfərinin Kreml tərəfindən iki ölkə arasında münasibətlərin “inkişaf etdirilməsi” ilə izah olunması qətiyyən təsadüfi deyil. Halbuki, Suriya lideri Rusiyaya üz tutmaqdan öncə ABŞ prezidenti Donald Tramp ilə telefonla fikir mübadiləsi aparmışdı. Və Ağ Ev sahibi Suriya ilə bağlı geopolitik proseslər barədə nikbin mesajlar vermişdi.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın son vaxtlar Suriya siyasətinə gözlənilmədən ciddi dəyişikliklər etdiyi də açıq-aşkar nəzərə çarpır. Belə ki, Ağ Ev Suriyadakı “əsas müttəfiqi” PKK/YPG-ni əvvəlki kimi dəstəkləmək niyyətindən geri çəkildiyini biruzə verməyə başlayıb. Yəni, ABŞ-ın “kürd layihəsi”ndən faktiki olaraq, imtina etdiyi müşahidə olunur. Əslində, bütün bunlar ABŞ və Türkiyə arasında səhnəarxası anlaşmanın doğurduğu ortaq geopolitik planın tərkib hissəsi kimi görünür. Və həmin planın mərkəzində isə Suriyada, eləcə də, Yaxın Şərqdə Rusiya təsirinin mərhələli şəkildə neytrallaşdırılmasının dayandığı qətiyyən istisna deyil..
Maraqlıdır ki, Kremldə də Rusiyanın Suriyada faktiki olaraq, məğlub duruma düşdüyünü anlayırlar. Ancaq bu reallığı etiraf etmək istəməyən Kreml Rusiyanın biabırçı Suriya məğlubiyyətini diplomatiya izah edərək, ört-basdır etməyə cəhd göstərir. Yəni, prezident Vladimir Putinin Suriya lideri Əhməd Əl Şaraa ilə görüşü Kreml tərəfindən “iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi” kimi təqdim edilsə də, əslində, reallıq tamamilə fərqli məzmun daşıyır. Çünki Rusiya artıq Suriyada ənənəvi hərbi üstünlüyünü itirib, siyasi qərarverici statusundan məhrum olub və müttəfiq rəsmi Dəməşq üzərində əvvəlki nəzarət mexanizmlərinə malik deyil.
Belə anlaşılır ki, Ukraynadakı “savaş bataqlığı” Rusiyanın bütün hərbi-siyasi resurslarını “udduğu” bir vəziyyətdə Kreml Suriyada da ikinci dərəcəli, formal oyunçuya çevrilib. Rusiya üçün Suriya artıq böyük ölçüdə ekspansiya meydanı yox, məhz itkilərin minimallaşdırılması zonasına bənzəyir. Ona görə də, Kremlin “münasibətləri inkişaf etdirəcəyik” mesajı əslində, Rusiyanın Suriyadakı hərbi bazalarının gələcək taleyinə yönəlik narahatlığın, ABŞ-Türkiyə-Suriya xətti üzrə başladılmış həlledici proseslərdən kənarda qalmaq qorxusunun, eləcə də, Rusiyanın Yaxın Şərq regionundan tamamilə sıxışdırılmasının dolayısı etirafıdır. Və bu baxımdan, Rusiyanın indiki Suriya siyasəti güc nümayişindən daha çox, geopolitik müdafiə refleksinə uyğun gəlir.
Maraqlıdır ki, Suriya poliqonunda son baş verənlər Rusiyanın mövqelərini daha da zəiflətməklə yanaşı, həm də ABŞ və Türkiyə arasında gizli anlaşmalar üzrə cərəyan etdiyini göstərir. Belə ki, Ağ Ev rəsmi Ankara tərəfindən, Türkiyənin milli təhlükəsizlik problemi hesab olunan terrorçu PKK/YPG-yə ənənəvi dəstəyini artıq tədricən geri çəkməyə başlayıb. Yəni, vaxtilə bu terrorçu təşkilatı maliyyələşdirən və silahlandıran ABŞ indi Türkiyənin israrlı tələblərinə qarşılıq olaraq, “kürd kartı”ndan imtina etməyə üstünlük verir.
Ona görə də, hesab etmək olar ki, indi Ağ Evin terrorçu PKK/YPG təşkilatı ilə bağlı mövqeyi artıq qətiyyən qeyri-müəyyən xarakter daşımır. Yəni, Tramp administrasiyası “kürd muxtariyyəti layihəsi” demək olar ki, bağlayıb. Üstəlıik, ABŞ rəsmilərinin son vaxtlar dilə gətirdikləri ardıcıl açıqlamalar da onu göstərir ki, bu barədə verilmiş hərbi-siyasi qərar taktiki deyil, məhz strateji xarakter daşıyır. Və ABŞ-ın Yaxın Şərq üzrə yeni regional geopolitik planları Türkiyənin təhlükəsizlik prioritetləri ilə böyük ölçüdə uzlaşır.
Məsələ ondadır ki, Ağ Ev rəsmi Ankaranın PKK/YPG ilə bağlı tələblərini Yaxın Şərqdə yaranmış həssas situasiyanı da nəzərə almaqla, qəbul etməyə məcburdur. Digər tərəfdən, Tramp administrasiyası ABŞ üçün Türkiyənin NATO üzrə əvəzedilməz hərbi-siyasi müttəfiq olduğunu da diqqəti alır. Çünki ABŞ-ın Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqazdakı maraqları Türkiyənin geopolitik ortaqlığı və ciddi dəstəyi olmadan təmin edilə bilməz.
Beləliklə, səhnəarxası ABŞ-Türkiyə anlaşması Suriyada faktiki olaraq, Rusiyanın əleyhinə yönəlmiş strateji konsensus təsiri bağışlayır. Əsəd rejiminin devrilməsindən sonra rəsmi Dəməşq də öz xarici siyasət kursunu Rusiyadan Qərbə doğru dəyişməyə başlayıb. Əhməd Əl Şaraa hökuməti açıq şəkildə mesaj verir ki, Rusiya artıq Suriya üçün yeganə tərəfdaş deyil. Və indi rəsmi Dəməşq ABŞ-la dolayı da olsa, yaxınlaşmağa çalışır, Türkiyə ilə təhlükəsizlik problemlərini koordinasiya etməyə hazırdır.Yeni Müsavat
Göründüyü kimi, Rusiya Suriya üzərindən hələ də Yaxın Şərqin yenidən dizayn olunması ilə bağlı “müzakirə masası”ndadır. Ancaq həmin “masa”dakılar artıq Rusiyanın dinləmədiyindən Kreml Yaxın Şərqdə və Suriyada yalnız “passiv oyunçu” statusu ilə barışmaq məcburiyyətində qalıb. Suriyanın gələcək taleyinin həll edilməsində isə məhz Ağ Ev-Ankara-Dəməşq üçbucağı əsas siyasi iradə mərkəzi rolunu oynayır. ABŞ prosesi pərdəarxasından idarə edir, Türkiyə bu regionda əsas təhlükəsizlik təminatçısına çevrilir. Və bu, Rusiya üçün son 20 ildə Yaxın Şərqdə aldığı ən ağır geopolitik zərbə hesab olunur.
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk