Azərbaycanda toy qaydaları dəyişir - MÜHÜM YENİLİK

Son günlər qızılın qiymətinin sürətlə bahalaşması toy və nişan mərasimlərinə hazırlıq görən ailələr üçün ciddi narahatlıq yaradıb. Toyun təməlində dayanan əsas amillərdən biri qızıl-zinət aksesuarları olduğundan, bəziləri düşünür ki, qəfil bahalaşma ailələri mərasimi təxirə salmağa və ya gözləməyə vadar edə bilər.
Qızılın bahalaşması toy industriyasına hansı təsiri göstərəcək? Ailələr bu şəraitdə toy planlarını necə qurmalı olacaqlar?
Globalinfo.az-a danışan iqtisadçı və Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov deyib ki, qiymətlər yüksəldikdə eyni həcmdə zərgərlik məmulatı əldə etmək üçün daha çox vəsait tələb olunur və bu, toy xərclərinin ümumi bölgüsünə təsir edir:
“Nəticədə ailələr büdcəni yenidən hesablayır və xərcləri daha real imkanlara uyğunlaşdırırlar. Amma qızılın qəfil və kəskin bahalaşması toya hazırlaşan ailələri gözləməyə və ya mərasimi təxirə salmağa vadar etməyəcək, belə ehtimal azdır. Qiymətlərin qısa müddətdə kəskin artması bəzi ailələrin qərarvermə prosesinə təsir göstərə bilər. Bu halda daha əlçatan seçimlərə üstünlük verilməsi, zinət alışının mərhələli şəkildə aparılması və ya xərclərin yenidən planlaşdırılması müşahidə oluna bilər. Praktikada daha çox xərclərin yenidən bölgüsü və mərasimin formatının optimallaşdırılması üstünlük təşkil edir”.
Ekspert bildirib ki, qızılın qiyməti yüksəldikcə zinət xərclərinin büdcədə payı artır:
“Bu, digər istiqamətlər üzrə xərclərin daha diqqətlə planlaşdırılmasını zəruri edir. Nəticədə daha yüksək büdcəli seçimlərdən daha münasib qiymət-keyfiyyət balansına malik variantlara keçid güclənir və toy planlamasında prioritetlər yenidən müəyyənləşdirilir. Qızılın bahalaşması toy sənayesində müəyyən dəyişikliklər yarada bilər. Zərgərlik sektorunda daha yüngül çəkili və daha əlçatan qiymət seqmentində olan məhsullara marağın artması mümkündür. Toy xidmətləri bazarında isə premium paketlərə tələbin müəyyən qədər zəifləməsi, orta büdcəli paketlərə marağın artması ehtimalı var. Bu, ümumi bazar aktivliyinin azalmasından daha çox, tələbin strukturunda dəyişiklik kimi qiymətləndirilə bilər”.
İqtisadçının sözlərinə görə, ailələr əsasən zinət alışını optimallaşdırmağa və xərcləri mərhələli şəkildə planlaşdırmağa çalışırlar:
“Daha yüngül çəkili zinət seçimləri, alışın bir neçə mərhələyə bölünməsi, mövcud zinət əşyalarının yenilənməsi və ya dəyişdirilməsi kimi həllər daha çox tətbiq olunur. Eyni zamanda digər toy xərcləri üzrə də daha qənaətli qərarlar verilir. Bu yanaşma həm mərasimin təşkilini mümkün edir, həm də büdcə risklərini azaldır. Gözlənilən təsir toyların sayının azalmasından daha çox, onların planlaşdırılma modelinin dəyişməsi ilə əlaqədar olacaq. Yəni toyların sayında kəskin azalma gözlənilmir, lakin xərclərin optimallaşdırılması, zinət seçimlərinin yenilənməsi və toy xidmətləri bazarında daha çevik təkliflərin formalaşması tendensiyası güclənə bilər. Bu, bazarın mövcud iqtisadi şərtlərə uyğunlaşmasını sürətləndirən amillərdən biri kimi dəyərləndirilir”.
Sosioloq Mail Yaqub qeyd edib ki, Azərbaycanda toyların azalmasının əsas səbəbi təkcə qızılın bahalaşması deyil:
“Toyların azalması səbəblərindən biri boşanmaların sayının çox olmasıdır. Bu, ailə qurmaq istəyən gənclərdə tərəddüd yaradır və onların evlənmək qərarına təsir göstərir. Bundan başqa, qızılın bahalaşmasından çox şadlıq evlərindəki yüksək qiymətlər və toy xərclərinin çoxluğu da ailələrin planlarına mənfi təsir edir. Bu, ailə qurmaq istəyən gənclərin qərarına zərbə vurur və sözügedən tendensiyanın qarşısını almaq lazımdır. Yalnız qızılın qiyməti ilə iş həll olunmur, burada yüzlərlə xərclər var. Kasıb ailə bu xərcləri necə qarşılasın, necə ailə qursun?! Bunu kapitalizmlə, rəqabətlə əlaqələndirənlər var. Amma təkcə bu fikri bildirib dayanmaq olmaz. Bu gün kapitalizmin ən çox yayıldığı ölkələrdə belə, iqtisadiyyatla məşğul olan alimlər həyəcan təbili çalır, dövlətin müdaxilə etməli olduğunu bildirirlər”.
Sosioloq vurğulayıb ki, ölkəmizdə əhalinin artım tempi də qənaətbəxş deyil:
“Azərbaycanda 1991-ci ildə müstəqillik əldə edildikdən sonra qeydə alınan ən aşağı doğum göstəricisi 2025-ci ildə müşahidə olunub. Bu, ciddi həyəcan təbilidir. Ölkəmizdə əhali sayı onsuz da azdır. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Az xərclə evlənməyi mədəniyyətə çevirmək lazımdır”.
Сегодня, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Сегодня, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Сегодня, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Сегодня, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Сегодня, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Сегодня, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Сегодня, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Сегодня, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Сегодня, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Сегодня, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Сегодня, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Сегодня, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Сегодня, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Сегодня, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Сегодня, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Сегодня, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Сегодня, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Сегодня, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Сегодня, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Сегодня, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Сегодня, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Сегодня, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Сегодня, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb