Yeni BAHALAŞMA gəlir: Nə olacaq?

Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% aşağıdır. Yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.
Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib. Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl = 10 litr ) meyvə şirələri, 11 min 433,5 ton meyvə-tərəvəz konservləri, 6,4 min ton qida duzu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq, 44,5%, 8,2%, və 11,1% azdır. Qeyd edək ki, 2025-ci ildə ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.
O da məlum olub ki, bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib. 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya 30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb. Ötən il ölkəyə 33 milyon 51.71 min ABŞ dolları dəyərində 306 591 baş diri qoyun, 91 milyon 457.62 min ABŞ dolları dəyərində 115 301 baş diri iribuynuzlu heyvanlar idxal edilib.
İqtisadçı Vüsalə Əhmədovanın fikrincə, otlaq sahələrinin azalması və yemçilik problemləri ilə bağlı Azərbaycanda son illərdə heyvan sayında azalma müşahidə olunur. Musavat.com-a açıqlamasında o, bildirib ki, yüksək yem xərcləri, aşağı süd məhsuldarlığı fermerləri daha sərfəli sahələrə keçməyə vadar edir:
“Əlbəttə, heyvan sayının azalması kərə yağının istehsal həcminə müəyyən dərəcədə təsir edib, ancaq birbaşa təklifi məhdudlaşdıra biləcəyini düşünmürəm. 2023-cü illə müqayisədə 2024-cü ildə iribuynuzlu heyvan sayında təxminən 4,4%-lik azalma yaşanmışdı (təqribən 115.635 baş azalmadan söhbət gedir). Buna baxmayaraq, 2023-cü ildə kərə yağının istehsal həcmi 27.000 ton səviyyəsində olduğu halda, 2024-cü ildə 28.975 ton həcmdə istehsal həyata keçirilib. Bu da 2023-cü il ilə müqayisədə 1.988 ton və ya təqribən 7,4% artım deməkdir. Bu səbəbdən kərə yağı istehsalındakı durğunluğu yalnız heyvan sayının azalması ilə əlaqələndirmək doğru olmaz. İstehsal həcmi daha mürəkkəb faktorlarla müəyyənləşir, məsələn, məhsuldarlıq, texnologiya, südlük mal istehsalının səviyyəsi, yüksək istehsal dəyəri və bazar tendensiyaları”.
V.Əhmədovanın sözlərinə görə, Azərbaycan üçün ərzaq təhlükəsizliyinin hələ tam təmin olunduğunu demək olmaz:
“Məhsuldarlıq beynəlxalq səviyyələrdən çox aşağıdır və idxaldan tam asılılıq aradan qalxmayıb. Bu baxımdan idxal-ixrac dinamikaları hər zaman diqqət mərkəzində olmalıdır. Məsələn, 2024-cü ilin əvvəlində Azərbaycandan Rusiyaya 940-960 ton kərə yağı ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə çox yüksəkdir. 2025-ci ilin yanvar-mart aylarında isə təxminən 12,6 milyon ABŞ dolları dəyərində kərə yağı ixracı həyata keçirilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78% artım deməkdir (dəyər ifadəsində). Beynəlxalq trendlər göstərir ki, dünya bazarında südlük məhsulların qiymətində volatillik davam edir. Bəzi regionlarda qiymətlər aşağı səviyyədə olsa da, kərə yağının qiyməti yüksək qalan bazarlar daha çoxdur. FAO kimi beynəlxalq təşkilatlar göstərir ki, qida qiymətləri indeksində taxıl, ət və süd məhsullarının qiymətləri hər zaman artmaya meylli olub. Bu səbəbdən də hər üç məhsulda qida təhlükəsizliyi tam təmin olunmalıdır və daha sonra ixracın artırılmasından söhbət gedə bilər”.
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...