Tiflisə “ikinci Qarabağ”ın “həlli” təklifi - Moskva yeni vasitəçi roluna girməyə çalışır
Rusiya Gürcüstanla separatçı “respublikaları” - Cənubi Osetiya və Abxaziya nümayəndələrini görüşdürmək üçün yeni təkliflə çıxış edib. Bu barədə xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya verdiyi açıqlamada bildirib. Diplomat vurğulayıb ki, “lakin Rusiya dialoqun İsveçrədən kənara çıxarılmasının tərəfdarıdır”.
Bildirilir ki, BƏƏ, Səudiyyə Ərəbistanı və ya Belarus bu danışıqlar üçün daha uyğun məkan ola bilər. Yeni məsləhətləşmələr raundu 18-19 mart tarixlərində keçiriləcək. Qeyd edək ki, Cenevrə müzakirələri 2008-ci ilin avqustunda 5 günlük müharibədən sonra başlayıb. Bu formatda Abxaziya, Gürcüstan, Cənubi Osetiya, Rusiya və ABŞ, eləcə də Avropa Birliyi, BMT və ATƏT nümayəndələrinin iştirakı ilə aparılır. Lakin Tiflis qondarma respublikaları “tanımaq və tam hüquqlu münasibətlər qurmaq” niyyətində deyil. Gürcüstan rəsmiləri Abxaziya və Cənubi Osetiyan ölkənin sərhədləri daxilində görür. Rəsmi Tiflis ölkənin birləşməsi (mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduğunu dəfələrlə bəyan edib. Amma Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa etdikdən sonra Moskvaya xeyli “qınaqlar” var. Hesab edilir ki, Azərbaycana torpaqlarını geri almağa ciddi maneə olmalıydı və s. O səbəbdən, Rusiyanın tezliklə Gürcüstanda “eyni zəifliyi” göstərə biləcəyi o qədər də real görünmür...
Cənubi Qafqazda iki ölkəyə təsir rıçağı kimi istifadə etdiyi Qarabağ kartı Rusiyanın əlindən çıxıb və belə görünür ki, Moskva “bu kartın əldən çıxmasına imkan verməməliydim” düşüncəsindədir. İndi isə işğal etdiyi Cənubi Osetiya və Abxaziyanın guya Gürcüstanla anlaşması üçün Rusiya vasitəçilik etmək istəyir? Rusiyanın bu vasitəçiliyi müsbət nəticə verə bilərmi? Yoxsa 30 ilə yaxın Qarabağ məsələsində olduğu kimi “vasitəçilik” etmək istəyir?
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Cənubi Osetiya və Abxaziya ilə Gürcüstan arasında vasitəçilik iddiası ironiya doğurur. Çünki adıçəkilən bu iki bölgəni elə Rusiyanın özü işğal edib və Gürcüstandan ayırıb: “Rusiya bu bölgələr vasitəsilə Gürcüstanı təsir altında saxlamağa çalışır. 1990-cı illərin əvvəllərindən məhz Rusiyanın dəstəyi ilə bu separatçı bölgələr faktiki olaraq Gürcüstanın nəzarətindən çıxıb və 2008-ci ildə 5 günlük müharibədən sonra Rusiya bu separatçı bölgələri işğal eləyərək onların hətta "müstəqilliyini" tanıyıb. Sual olunur ki, Rusiyanın özünün müstəqilliyini tanıdığı Cənubi Osetiya, Abxaziya ilə Gürcüstan arasında münasibətləri Moskva necə tənzimləyəcək. Rusiya həmin separatçı bölgələri Gürcüstanla bərabərhüquqlu tərəflər kimi, yoxsa bu bölgələri Gürcüstanın ərazisi olmaqla Tiflislə danışıqlara cəlb edəcək? Bu cür açıq suallar var ki, Rusiya öncə buna cavab verməlidir. Bu məsələyə aydınlıq gəlmədən Gürcüstana Rusiyanın vasitəçiliyinin heç bir faydası olası deyil. Rusiya real və ədalətli vasitəçilik etmək istəyirsə, ilk növbədə Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanımaqla bağlı qəbul etdiyi qərarları ləğv etməlidir və Gürcüstanın ərazi bütövlüyünün tanınması ilə bağlı rəsmən bildirilməlidir. Məhz bundan sonra danışıqlar üçün müəyyən zəmin yarana bilər. Əks halda, Rusiya tərəfindən verilən son bəyanatlar hamısı, sadəcə olaraq, manipulyasiyadır".
Politoloq hesab edir ki, Rusiya bu məsələni qabartmaqla Gürcüstan üzərindən Cənubi Qafqazda öz mövqelərini yenidən gücləndirməyə çalışır: “Bu təşəbbüsün nəticə verəcəyi inandırıcı deyil. Çünki mən düşünmürəm ki, Gürcüstan Rusiya tərəfindən hiyləgərcəsinə qurulmuş bu tələyə düşə və onun fitvasına gedə. Ona görə ki, bu, perspektivsiz danışıqlar vədidir əslində. Necə ki, 30 ilə yaxın Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə perspektivsiz, nəticəsisz danışıqlar aparıldı. İndi də Rusiya eyni siyasəti Gürcüstan və məlum separatçı bölgələrlə bağlı həyata keçirmək istəyir”.
Сегодня, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri