Saleh Məmmədovun bağ evində gizli toplantı iddiası - "Hamınız həbs olunacaqsınız!"
gundem / sosial
Oxunub: 100
28 фев 2026 | 10:12


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) illərlə toxunulmaz görünən sistemin çökməsi ilə bağlı sensasion iddialar gündəmi silkələyir. Qurumun uzun illər rəhbəri olmuş Saleh Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra Agentlikdə genişmiqyaslı maliyyə yoxlamalarının başladığı və yüz milyonlarla manat büdcə vəsaitinin talan edilməsi ilə bağlı faktların üzə çıxdığı bildirilir.

Musavat.com-a daxil olan məlumatlara görə, artıq AAYDA-nın bir sıra struktur bölmələrinin vəzifəli şəxsləri barəsində araşdırmalar başlanıb. Araşdırmaların əsas istiqaməti dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smeta sənədləri, formal podrat müqavilələri və yol tikintisi-təmir layihələri adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır.

Saleh Məmmədovun vəzifədən azad edilməsi AAYDA-da faktiki olaraq domino effektinə səbəb olub. Onun rəhbərlik etdiyi dövrdə ölkənin müxtəlif bölgələrində yol tikintisi və təmiri üçün milyardlarla manat vəsait ayrılmışdı. İndi isə həmin layihələrin bir hissəsi üzrə sənədlərin yenidən yoxlanıldığı, real xərclərlə rəsmi aktlar arasında ciddi fərqlərin aşkarlandığı bildirilir.

Məlumatlara görə, araşdırmalar çərçivəsində regional yol istismar idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi diqqət mərkəzindədir.

Yaranmış vəziyyət fonunda Gununsesi.info-ya daxil olan məlumat isə qalmaqalın miqyasını daha da genişləndirib. İddialara görə, Saleh Məmmədov vəzifədən kənarlaşdırıldıqdan sonra özünə yaxın hesab etdiyi regional yol idarələrinin rəhbərlərini bağ evinə toplayaraq vəziyyətdən çıxış yollarını müzakirə edib.

Toplantıda iştirak etdiyi bildirilən şəxslər arasında Şükür Astanov, Məzahir Səlimov, İlham Əzimov, Zahid Nuriyev, Arif Abbasov, Nizami Çıraqov, Məhəmməd Musayev, Şahin İsmayılov, Azad Muradov, Azadəli Azadəliyev, Zaur Həmzəyev, Allahverdi Dəmirov, Fazil Musayev, Əflatun Qasımov, maliyyə idarəsinin rəisi Müseyib Həmzəyev və aparat rəhbəri İlqar Əhmədovun adları çəkilir.

Mənbənin iddiasına görə, keçmiş sədr yoxlamalar zamanı aşkar edilən maliyyə çatışmazlıqlarının büdcəyə qaytarılmasının zəruri olduğunu bildirərək, əks halda həbslərin qaçılmaz olacağını deyib. Onun “mən özüm vəziyyətdən çıxacağam, amma siz zərəri bağlamasanız, hamınız həbs olunacaqsınız” məzmununda xəbərdarlıq etdiyi iddia olunur.

Qeyd edək ki, AAYDA-nın regional yol istismar idarələri ölkənin müxtəlif rayon və magistral yollarında tikinti, əsaslı təmir və saxlanma işlərinə cavabdehdir. Dövlət büdcəsindən ayrılan böyük həcmli vəsaitlərin əsas hissəsi məhz bu idarələr vasitəsilə xərclənir.

Ekspertlərin fikrincə, bu qurumlarda illər boyu formalaşmış maliyyə mexanizmlərinin araşdırılması daha geniş korrupsiya zəncirini üzə çıxaracağı və AAYDA-nın vəzifəli şəxslərini əhatə edəcəyi istisna olunmur.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...