İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
dunya
Oxunub: 54
4 мар 2026 | 14:00
İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu


Yaxın Şərqdə hərbi və siyasi gərginlik fonunda İran rəhbərliyi ilə bağlı iddialar və sərt bəyanatlar gündəmi daha da qızışdırıb.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İranı ələ keçirən və ya ali rəhbər postuna gələn hər hansı yeni lider “qeyd-şərtsiz məhv edilmə hədəfi” olacaq. O bu açıqlamanı İsrail mediası və "Iran International"ın yaydığı xəbər fonunda verib. Belə ki, onlar Əli Xameneinin oğlu Müctəba Xameneinin ali lider seçildiyini bildirib. Lakin İran rəsmiləri bu məlumatı təsdiqləməyib.

Hazırkı vəziyyətdə İranda ali lider seçilməsi və bunun bəyan edilməsi yeni ölkə rəhbərini zərbə altında qoya bilər. Mümkündür ki, mövcud müharibə şəraitində ali rəhbər postuna gələn istənilən şəxs avtomatik olaraq hədəf olduğundan İran hələlik rəsmi açıqlama vermir. İsrail və ABŞ qarşısına qoyduğu məqsəddən geri çəkilmək fikrində görünmür. Ali lider postu İranın ən yüksək vəzifəsi sayılsa da, arzuolunan "səltənət" hesab edilmir. Buraya gələn istənilən şəxs hazırda bu iki ölkənin silahlı qüvvələrinin hədəfidir.

ABŞ Prezidenti Donald Tramp isə deyib ki, İran üçün ən pis ssenari “bunu etdikdən sonra əvvəlki kimi pis birinin hakimiyyəti ələ keçirməsidir”.

“Ən pis ssenari, yəqin ki, bundan keçmək və sonra beş il ərzində daha yaxşı olmayan birini təyin etdiyimizi anlamaqdır. Bəli, bu, çox güman ki, baş verə bilər”, – deyə Tramp vurğulayıb.

“The New York Times” qəzetinin məlumatına görə, İranda kimi hakimiyyətdə görmək istədiyi soruşulduqda isə Tramp belə cavab verib: “Nəzərə aldığımız insanların əksəriyyəti artıq ölüb.”

Beləliklə, həm İsrailin açıq hədəf mesajı, həm də Vaşinqtonun ehtiyatlı, lakin skeptik yanaşması göstərir ki, məsələ təkcə konkret ad üzərində qurulmur. Əsas sual açıq qalır: mümkün hakimiyyət dəyişikliyi İranın siyasi kursunu dəyişəcəkmi, yoxsa sistem daxilində eyni xətt davam edəcək? Mövcud ritorika isə ikinci ehtimalın daha real sayıldığını göstərir. Hərbi qarşıdurma isə davam edir. Müharibənin genişlənəcəyi və regional çevrədən çıxacağı da istisna edilmir.

Yada salaq ki, amerikalı tədqiqatçı və İsrail üzrə mütəxəssis Maykl Rubin deyib ki, keçmiş prezidentlər Məhəmməd Xəttami və Həsən Ruhani, eləcə də Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani bəlkə hakimiyyətə gətirildi. Onun sözlərinə görə, əgər Tramp bu üç nəfərdən birini Venesuela kimi keçid hökumətinə rəhbər təyin etməyə çalışarsa, ABŞ və İsrail məyus olacaq. “Hatəmi İran daxilində olduğundan daha çox xaricində məşhurdur. Ruhani rejimə sadiq bir fiqurdur və Trampın sona çatdırmaq istədiyi İranın nüvə proqramına əsasən cavabdehdir. Laricani Xameneinin sağ əli olmasa da, müşaviri idi. Bu inqilabı başladan İran xalqı köhnə rejimin liderlərinə etibar etməyəcək və hətta onlara tabe olmayacaq”, - deyə o bildirib.
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...