Makronun planı suya düşdü: Ermənistandan Türkiyəyə getmək istəyi Bakıdan keçmədi

Son günlər regionumuzda olduqca diqqətəlayiq proseslərin şahidi oluruq. Sözsüz ki, bu mənada İrəvanda baş tutan sammiti də gözardı etmək mümkün deyil.
Ümumən sammitdə regionun gələcəyi və təməlləri atılan sülh üçün müsbət çağırışların şahidi olsaq da, təbii ki, mövcud geosiyasi vəziyyətdən özünə fayda çıxarmağa çalışanları da müşahidə edirik.
Hazırda Cənubi Qafqazda Azərbaycan və Türkiyənin öndərliyi ilə yeni reallıqlar hökm sürür və regionun gələcəkdə sülh içində yaşaması üçün başladılmış prosesin birbaşa təşəbbüskarı, əsas aktorları da məhz bu iki ölkədir. Döyüş meydanında parlaq zəfəri siyasi müstəvidə də davam etdirən Azərbaycan böyük humanistlik nümunəsi kimi rəsmi İrəvana sülh əlini uzatdı və bu fonda bir neçə ildir davam edən proseslər hazırda formalaşmış şəraitin yaranması ilə nəticələndi.
Bir sözlə sülhün formalaşdırılmasının və bu yolda addımlar atılmasının əsas amili rəsmi Bakının qətiyyəti və Ankaranın bu yolda ona sarsılmaz dəstəyidir. Regiondakı dövlətlərin hər biri bu vəziyyətdən faydalanır və artıq formalaşmaqda olan sabitlik bütün region ölkələri üçün əlverişlidir.
Qısası regionda baş verən dəyişikliklərin memarı Azərbaycan və Türkiyənin öndərliyində elə region ölkələridir. Lakin yuxarıda qeyd etdiyimiz kimi bu prosesdən hansısa siyasi qazanc əldə etmək, özünə pay çıxarmağa çalışan qüvvələr də mövcuddur. Məsələn, Fransa...
I Qarabağ münaqişəsindən tutmuş, 44 günlük müharibəyə və sonrasında baş vermiş proseslərin hər birində özünün destruktiv və tərəfli mövqeyi ilə seçilən rəsmi Parisi hazırda regionda əldə edilmiş uğurların heç birində heç bir şəkildə pay sahibi kimi görmək və qəbul etmək mümkün deyil. Görünür bu faktın danılmazlığı qarşısında İrəvanda keçirilən sammit Fransa üçün ələ düşmüş fürsət kimi qiymətləndirilib.
Belə ki, Fransa Prezidenti Emmanuel Makron tarixə düşmək və 30 ildən artıq müddətdir bağlı olan Türkiyə-Ermənistan quru sərhədini keçərək Türkiyəyə səfər etmək niyyətinə düşüb. Təsəvvür edin, illərdir bağlı olan sərhəd Makronun üzünə açılır və o birdən-birə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ən böyük iştirakçısına, simvoluna çevrilir. Fransa tərəfinin bu planı isə sarsılmaz Azərbaycan-Türkiyə birliyi sayəsində elə sadəcə plan olaraq qalır. Məsələ Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qarşısında qaldırıldıqda strateji müttəfiqi Azərbaycanla müzakirələrdən sonra o, Makrona rədd cavabı verib.
Bu qərar eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması prosesini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən ayırmağa çalışanlara olduqca sərt və tutarlı bir cavab oldu.
Bütün dünya bir daha şahid oldu ki, regionumuzda məsələlərin həllində Azərbaycan Prezidenti İlham Əliyevin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın mövqeyi əsas rol oynayır və necə deyərlər, son sözü hər zaman biz deyirik.
Təbii ki, Fransa Ermənistan-Türkiyə normallaşması və sərhədlərin açılması prosesini Ermənistan-Azərbaycan normallaşmasından ayırmağa çalışan ilk və son tərəf deyil. Fransa hələ "Sürix protokolları" imzalanarkən də bu məsələdə böyük canfəşanlıq göstərmişdi. Sözügedən protokollar 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyə arasında imzalıb. Müqavilələr iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanmasını nəzərdə tutub. Sonradan nəticəsiz qalan müqavilə ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə imzalanıb.
O zaman Bakının maraqlarından kənar Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasını dəstəkləyən, təşviq edən qüvvələr necə uğursuzluğa düçar olmuşdusa, bu gün də həmin qüvvələrin cəhdləri eyni uğursuzluqla üzləşir. Çünki Cənubi Qafqazın söz sahibi Azərbaycandır və Türkiyə ilə aramızdakı sarsılmaz birlik və bağlar bu cür riyakar planların çox fövqündə dayanır.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi bu prosesdə mühüm rol oynayır. Fransa lideri və eləcə də istənilən digər aktorun regional məsələlərə ölkəmizin maraqlarına zidd şəkildə təsir göstərmək, yön vermək cəhdləri məhz Prezident İlham Əliyev tərəfindən bloklanır. Azərbaycanın siyasi gücü, qətiyyətli mövqeyi, atdığı addımlar və görülən tədbirlər bütün dünyaya göstərir ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın, sabitliyin ən böyük amili məhz elə rəsmi Bakıdır.
Türkiyə ilə qurulmuş möhkəm bağlar da bu prosesdə Azərbaycanın ən böyük dəstəyidir. Türkiyə-Azərbaycan münasibətləri xarici müdaxilələrin və Makron nümunəsində olduğu kimi üzdə olduqca məsum görünən planların ifşası və zərərsizləşdirilməsi üçün olduqca güclüdür.(oxu.az)
Сегодня, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Вчера, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
Вчера, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
Вчера, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
Вчера, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
Вчера, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
Вчера, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
Вчера, 10:39
Əli Əsədov yeni qərar imzaladı
Вчера, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Вчера, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
Вчера, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
Вчера, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
Вчера, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
Вчера, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
Вчера, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
Вчера, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
Вчера, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Вчера, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
3-08-2026, 13:49
İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
3-08-2026, 13:08
Rəsmi Bakı Pakistana başsağlığı verdi
3-08-2026, 12:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
3-08-2026, 12:50
Prezident açılışda - Fotolar
3-08-2026, 12:14
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi