Gizli görüşlər, strateji addımlar: İran danışıqlarında gizli aktyor kimdir?

İran ilə ABŞ arasında danışıqlarda vasitəçi rolunu Pakistan yerinə yetirir. İslamabad bu prosesdə yalnız sülh deyil, enerji layihələrindən regional nüfuza qədər uzanan mühüm qazanclar əldə etməyə çalışır. Prosesin əsas fiquru isə Pakistan Silahlı Qüvvələrinin rəhbəri, marşal Asim Munirdir.
ABŞ-İsrail-İran müharibəsindən sonra sülh danışıqlarının ilk mərhələsi 11 aprel tarixində Pakistanın paytaxtı İslamabadda keçirilib.
Görüşlərin əsas fiquru olan Asim Munir üçün ABŞ Prezidenti Donald Tramp "ən sevdiyim marşal” ifadəsini işlədib. İran-Pakistan münasibətləri isə ümumilikdə sabit olmaqla yanaşı, zaman-zaman gərginliklər yaşayıb. Regionda sülhün bərqərar olması bütün tərəflərin ümumi istəyi kimi görünür, lakin Pakistanın bu prosesdən gözləntilərinin olması da istisna edilmir. Ən önəmli məsələ isə İslamabad üçün nüfuz artımıdır.
Pakistan vasitəçilikdən nə qazanmaq istəyir?
Sülh danışıqlarının müsbət nəticələnməsi, 900 kilometrlik sərhədə malik İran və Pakistan arasında Bəlucistan bölgəsində də sabitliyin yaranmasına yol aça bilər.
İranın xarici işlər naziri Abbas Əraqçi son günlərdə ABŞ ilə danışıqların ikinci raundunun uğursuzluqla nəticələnməsindən sonra İslamabaddan ayrılıb, lakin 24 saat içində yenidən şəhərə qayıdıb. Bu dəfə onun görüşmək istədiyi şəxs Baş nazir Şahbaz Şərif deyil, birbaşa marşal Asim Munir olub. Munir Tehran ilə Vaşinqton arasında mesaj ötürə bilən əsas fiqur kimi qiymətləndirilir.
Danışıqlar İran ilə ABŞ arasında diplomatik kanalların açılması üçün bir fürsət kimi dəyərləndirilsə də, eyni zamanda Pakistanın güc strukturlarının rolunu da ön plana çıxarır. 2008-ci ildə Pərviz Müşərrəfin sivil hakimiyyətə keçidindən sonra ordu ölkədə "kölgə hakimiyyət” rolunu qorumaqda davam edir.
Asim Munir açıq siyasi çıxışlar etmir, lakin Donald Tramp və Abbas Əraqçi kimi liderlərlə qapalı görüşlər keçirir.
Pakistanlı sabiq maliyyə naziri Miftah İsmayıl bildirib ki, Tramp Munirin adını baş nazirin adından əvvəl çəkir, bu isə ölkədə real güc balansını göstərir.
Enerji layihələri və boru xətti planı
Müzakirələrin mərkəzində yalnız diplomatiya deyil, həm də enerji maraqları dayanır. ABŞ sanksiyaları səbəbindən İran-Pakistan qaz boru kəməri layihəsi illərdir dayandırılıb. İran öz ərazisində 1100 kilometrlik hissəni tamamlayıb, lakin Pakistan öz payına düşən 700 kilometrlik hissəyə başlamayıb. Tehran 18 milyard dollar təzminat tələb edir. Müşahidəçilərə görə, Munirin əsas məqsədlərindən biri bu layihə üzrə sanksiyaların yumşaldılmasıdır.
Diplomatik baxımdan, sülh prosesi yenidən başlamasa belə, Pakistan artıq müəyyən nailiyyətlər əldə edib. Muftah İsmayıl Pakistanın beynəlxalq münasibətlərdəki mərkəzi rolunun psixoloji cəhətdən əhəmiyyətli olduğunu qeyd edərək, bu prosesin qlobal mediada Pakistanı əsasən "terrorizm" prizmasından təsvir edən narrativi dəyişdirdiyini qeyd edib. O, həmçinin Hindistanın "əsas düşməni" olan "Pakistanı təcrid etmək" kimi əsas xarici siyasət məqsədinə mane ola bildiyini bildirdib.
Yeni ittifaqlar və regional balans
Asim Munirin Səudiyyə Ərəbistanı ilə imzaladığı qarşılıqlı müdafiə sazişi "İslami NATO” müzakirələrinə səbəb olub. Bu addım Pakistanın beynəlxalq nüfuzunu artırsa da, Körfəz ölkələri arasında yeni narahatlıqlar yaradıb.
Birləşmiş Ərəb Əmirliklərinin Pakistanın kreditlərinin geri qaytarılmasını tələb etməsi də bölgədəki rəqabətin artdığını göstərir.
Bəzi analitiklər isə Pakistanın vasitəçilik rolunun ABŞ sanksiyalarını yumşaltmaq üçün istifadə edildiyini iddia etsə də, rəsmi İslamabad bu iddiaları rədd edir.
Bəlucistan faktoru və regional sabitlik
Pakistan və İran arasında Bəlucistan bölgəsi uzun illərdir gərginlik mənbəyidir. Son illərdə qarşılıqlı raket zərbələrinə baxmayaraq, iki ölkə genişmiqyaslı müharibədən qaçmağı bacarıb.
Mütəxəssislərə görə, hazırkı danışıqların uğuru bu bölgədə uzunmüddətli sabitlik yarada bilər.(qaynarinfo)
Сегодня, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Вчера, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
Вчера, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
Вчера, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
Вчера, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
Вчера, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
Вчера, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
Вчера, 10:39
Əli Əsədov yeni qərar imzaladı
Вчера, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Вчера, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
Вчера, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
Вчера, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
Вчера, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
Вчера, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
Вчера, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
Вчера, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
Вчера, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Вчера, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
3-08-2026, 13:49
İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
3-08-2026, 13:08
Rəsmi Bakı Pakistana başsağlığı verdi
3-08-2026, 12:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
3-08-2026, 12:50
Prezident açılışda - Fotolar
3-08-2026, 12:14
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi