ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı

"Amerika Birləşmiş Ştatlarında həbs edilən Venesuela lideri Nikolas Maduro hazırda 18 nəfərin yerləşdiyi olduqca sıx bir kamerada qalır".
Bunu onun oğlu, eyni zamanda, Venesuela Milli Assambleyasının deputatı olan Nikolas Maduro Gerra "Der Spiegel" nəşrinə müsahibəsində deyib.
"İlkin mərhələdə təcridxanada tək qalarkən o, hər səhər bir saatını idmana ayırırdı. Daha sonra isə düşüncələrini qeyd etdiyi bir gündəlik tutmağa başladı. 5 apreldə qeyd edilən Pasxa bayramından etibarən isə atam 18 nəfərlik ümumi kameraya köçürülüb. Həmin şəxslərin təxminən yarısı ispandillidir. Atam onlarla danışır, televizora baxır və ingilis dilini öyrənməyə çalışır", - deyə o bildirib.
O, həmçinin əlavə edib ki, tanınmış ABŞ-li reper Tekashi 6ix9ine da qısa müddət ərzində Maduro ilə eyni kameranı paylaşıb. Maduro Gerra atasının həbsindən bir neçə gün sonra ona təhvil verilən telefonda göndərilməmiş bir səsyazısı tapdığını da diqqətə çatdırıb. Həmin mesajda qeyd olunurdu: "Bombalar yağır, Venesuela vətəndaşları müqaviməti dayandırmamalıdırlar".
Oğlunun sözlərinə görə, "ölkəmiz heç vaxt müstəmləkə olmayacaq" ifadəsinin yer aldığı bu səsyazısı, əslində, bir vida müraciəti idi.
Bütün bunlarla yanaşı, o, ABŞ-nin keçirdiyi əməliyyatın onlar üçün gözlənilməz olduğunu etiraf edib:
"Onların tətbiq etdiyi texnologiyalar bizim üçün tamamilə yeni idi. Nikolas Ernesto olaraq həm onların gücünü zəif hesab etdim, həm də özümüzünkünü həddindən artıq böyütdüm. Ehtimal olunan hücum zamanı səmada nəzarəti əldə saxlaya bilməyəcəyimizi nəzəri cəhətdən dərk etmək başqa, bunu reallıqda yaşamaq isə tamamilə başqa bir şeydir. Atamın təhlükəsizliyini təmin etmək üçün daha artıq səy göstərməli idik, lakin bu məsələdə məğlub olduq".
Xatırladaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuela ərazisindəki hərbi və mülki obyektlərə zərbələr endirərək prezident Nikolas Maduronu, eləcə də onun xanımı Siliya Floresi saxlayıb ölkədən çıxarıblar. Yanvarın 5-də cütlük Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsi qarşısına çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılan Maduro və xanımı bu ittihamları rədd edərək təqsirsiz olduqlarını vurğulayıblar. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun hakimiyyəti dövründə vitse-prezident olan Delsi Rodriges həyata keçirir.(oxu.az)
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...