“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
hadise
Oxunub: 14
4 июн 2026 | 09:38
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş


“64 ailənin yaşadığı 4 ümumi yaşayış binası 2022-ci ilin dekabrından sökülüb. 2 ilə başa çatmalı olan yeni tikinti prosesi isə “Xəmsə” şirkəti tərəfindən artıq 4 ildir ki, yubadılır”.

Bu şikayətlə “Qafqazinfo”ya Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan vətəndaş Əlisafa Salmanov müraciət edib.

O bildirib ki, razılaşmaya əsasən, sakinlər iki il müddətinə tikiləcək 9 mərtəbəli binada mənzillərlə təmin olunmalı idilər: “Ancaq hələ də ortada heç nə yoxdur. “Xəmsə” şirkəti təkcə binanın bünövrəsini qoymaqla kifayətlənir. Bu müddət ərzində evlərimizin tikintisi üçün dəfələrlə aidiyyəti üzrə narahatlığımızı bildirmişik, ancaq bizə deyirlər ki, “yaxın vaxtlarda tikinti işləri davam etdiriləcək”. Təbii ki, bütün işlər sadəcə sözdədir...”



Evlərinin sökülməsi səbəbindən uzun müddətdir kirayədə qalan şikayətçinin sözlərinə görə, kirayə haqqı məsul şirkət tərəfindən ödənilməli olsa da, son aylarda bu ödənişlərin verilməsi ciddi problemə çevrilib: “Sadəcə bir il müddətində məbləği vaxtında ala bilmişik. Ondan sonra hər ayın sonunda pulu almaq mümkünsüz olub. Bununla bağlı dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciətlər edilir və orada baxılır. Hətta bəzi ailələrin 3-5 aylıq kirayə haqqı yığılıb qalıb. Bir sözlə, kim daha çox qapı döyürsə, onun səsini məcbur olub eşidirlər. Tək mən yox, bütün sakinlər bu problemlərdən əziyyət çəkir. İstəyirik ki, “Xəmsə” şirkəti razılaşmada qeyd olunduğu kimi evlərimizin tikintisini tez müddətdə başa çatdırsın”.



Məsələ ilə bağlı “Xəmsə” şirkətinin nümayəndəsi olduğu deyilən, Sənan adlı şəxslə əlaqə saxladıq. Lakin o, iddiaları səsləndirən şəxsi tanımadığını və Cəlilabadla heç bir əlaqəsi olmadığını bildirib.

Vətəndaşların kirayə haqqının ödənilməməsi ittihamları ilə əlaqədar isə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, şirkətin rəhbəri Araz Ağalarov may ayının 26-da Cəlilabad şəhərində olub: “Kirayədə yaşayan sakinlərlə görüş baş tutub. Görüşdən sonra sakinlərə kirayə haqqlarının verilməsinə başlanılıb. Həmçinin şirkət tərəfindən bu gün ödənişlərin qalan hissəsi də veriləcək”.

Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Вчера, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Вчера, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Вчера, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Вчера, 10:47
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Вчера, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Вчера, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Вчера, 09:39
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Вчера, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Вчера, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı