İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
gundem / siyaset
Oxunub: 17
19 июн 2026 | 12:55
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Rusiyanın Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona "Dostluq" ordenini təqdim edib.

Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

- Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.

Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum Səid Camaloviç ilə unudulmaz görüşləri həmişə xatırlayıram. Əlbəttə, biz Sizinlə Səid Camaloviçin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu ilə dostluğunu yaxşı xatırlayırıq. Onların yaxın, səmimi münasibətləri dostluq və qardaşlıq nümunəsi idi. Azərbaycan üçün ağır zamanlarda da biz dağıstanlı qardaşlarımızın dəstəyini daim hiss edirdik.

Xatırlayırsınız, mən Prezident olanda Səid Camaloviç ilə dəfələrlə görüşmüşdük, bax, elə bu otaqda, mükafatlar təqdim etmişik. Bütün bunlar yaddaşımızdadır, bu, ortaq tarixdir. Bizi ortaq tariximiz və Azərbaycan ilə Dağıstanı bütövlükdə həm ümumi tarix, həm də sıx qohumluq bağları, ortaq coğrafiya və əminəm ki, ümumi gələcək birləşdirir. Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir.

Həm Səid Camaloviç, həm də onun layiqli davamçısı olan Siz xalqlarımızı daha da yaxınlaşdırmaq, ümumi təhlükəsizlik və sabitlik sisteminin vacib amili olan regionlarımızın iqtisadi inkişafına və ümumilikdə insanlar arasında münasibətlərə ardıcıl töhfə vermək üçün həmişə çox iş görmüsünüz və görürsünüz.

Ağsaqqallardan söz düşmüşkən, Dağıstan və dağıstanlılar üçün çətin vaxtlarda – Böyük Vətən müharibəsi illərində respublikaya başçılıq edən və Şimali Qafqazın başqa xalqlarından fərqli olaraq dağıstanlıların repressiyalara və deportasiyalara məruz qalmaması naminə çox iş görən mənim babam Əziz Əliyevi xatırlamaya bilmərəm. Bilirəm ki, Əziz Əliyevin xatirəsi Dağıstanda çox əziz tutulur və onun inkişafa verdiyi töhfələr, ən əsası isə müharibənin çox çətin dövründə respublikaya rəhbərlik etməsi və xoş izlər qoyması, əlbəttə ki, bizim üçün və onun nəvəsi kimi mənim üçün qürur mənbəyidir.

Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır.

Bu gün Sizi şəxsən təbrik etməyimə çox şadam, artıq öz təbriklərimi çatdırmışam və Sizin yüksək dövlət mükafatı – "Dostluq" ordeni ilə təltif olunmağınız barədə Sərəncam imzalamışam. İndi həmin ordeni Sizə şəxsən təqdim etmək istəyirəm.

X X X

Dövlət başçısı ordeni Qurban Qurbanova təqdim edib.

X X X

Qurban Qurbanov deyib: "İlham Heydər oğlu, diqqətinizdən və ilk növbədə atama, qardaşıma və indi də mənə verdiyiniz yüksək mükafatdan çox təsirləndim. Haqlı olaraq qeyd etdiyiniz kimi, Heydər Əlirza oğlu ilə Səid Camaloviç arasında olan səmimi dostluğu həmişə qiymətləndirəcək və qoruyub saxlayacağıq".

Qurban Qurbanov atası ilə Ulu Öndərin səmimi münasibətlərinin Azərbaycanla Rusiya və Dağıstan arasında dostluğun möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığını deyib. O, Dağıstanda tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsinin böyük rəğbətlə anıldığını qeyd etdi.

Qurban Qurbanov deyib: "Bilirsiniz, dağıstanlılar Əziz Əliyevi çox hörmətlə anır və xatırlayırlar. Mahaçqalada Əziz Əliyevin gözəl, yaxşı və möhtəşəm bir abidəsi var. Onun adını daşıyan çoxlu küçələr var. Bu, bir tarixdir, hamı onun haqqında həmişə açıq danışır və bununla fəxr edir".

Qonaq özünün və atasının Ümummilli Liderlə və dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırladı. Dağıstanda Ulu Öndərin xatirəsinə daim dərin hörmətin bəslənildiyini vurğulayan Qurban Qurbanov dahi şəxsiyyətin adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışdı, bu xüsusda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının nəzdində Heydər Əliyev Mərkəzinin açılışını və bu tədbirdə Dağıstan rəhbərliyinin iştirakını qeyd edib.

Xatırladaq ki, iyunun 1-i Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanovun "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Сегодня, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Сегодня, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Сегодня, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Сегодня, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Сегодня, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Сегодня, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Сегодня, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Сегодня, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Сегодня, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Сегодня, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Сегодня, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Сегодня, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Сегодня, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Сегодня, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Сегодня, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Сегодня, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Сегодня, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Сегодня, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Сегодня, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Сегодня, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Сегодня, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir