Ağ Ev TRİPP ilə Rusiyanın maraqlarını alt-üst edir: ABŞ Cənubi Qafqaza sülh gətirir, yoxsa, yeni savaş...

Cənubi Qafqaza yerləşməyə cəhd göstərən ABŞ, regionda əsasən güc faktoruna dayaqlanan Rusiyadan tamamilə fərqli metod seçib... Belə ki, Ağ Ev Cənubi Qafqazda investisiya, logistika və iqtisadi inteqrasiya vasitəsilə uzunmüddətli təsir mexanizmləri yaratmağa çalışır...
Cənubi Qafqazda son illərin ən önəmli geopolitik proseslərindən biri yalnız hərbi və siyasi-diplomatik müstəvidə deyil, həm də nəqliyyat-kommunikasiya və infrastruktur layihələri üzərindən formalaşır. Çünki Ağ Evin bölgədə yeni geoiqtisadi təşəbbüslərlə ABŞ-ın geopolitik mövqelərini gücləndirməsi isə artıq regionda ənənəvi güc balansının dəyişməsi ehtimalını ciddi şəkildə artırır. Çünki ABŞ Cənubi Qafqaza yeni infrastruktur layihələri ilə ilə daxil olmağa cəhd göstərir. Və Ağ Evin geostrateji dəhliz planı mövcud geopolitik reallıqları tamamilə dəyişə bilər.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) ABŞ-Ermənistan birgə təşəbbüsü çərçivəsində TRİPP layihəsini dəstəkləməsi məhz bu prosesin önəmli mərhələlərindən biri kimi qəbul olunur. Bu layihə çərçivəsində Ermənistan ərazisindən keçəcək nəqliyyat-kommunikasiya dəhlizi yaradılacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə təmin olunacaq. Eyni zamanda, TRİPP layihəsi sayəsində dəmir yollarının, avtomobil magistralının, enerji və rəqəmsal kommunikasiya xətlərinin qurulması nəzərdə tutulur.
Ona görə də, ilk baxışdan bu layihə regional nəqliyyat-kommunikasiya təşəbbüsü kimi təqdim olunsa da, əslində, onun geopolitik nəticələri daha geniş çərçivədə qiymətləndirilir. Çünki Cənubi Qafqaz ənənəvi olaraq, həmişə Rusiyanin təsir dairəsində olan regionlardan biri kimi xarakterizə edilir. İndi isə ABŞ geoiqtisadi və infrastruktur mexanizmləri vasitəsilə bu regionda daha uzunmüddətli geopolitik mövqelər qazanmağa çalışır.
Məsələ ondadır ki, TRİPP-in əsas xüsusiyyətlərindən biri də məhz ABŞ şirkətlərinin bu layihədə idarəetmə və investisiya rolunun yüksək olması ilə bağlıdır. Belə ki, müxtəlif açıqlamalara görə, ilkin mərhələdə ABŞ-ın bu layihədə birmənalı şəkildə dominant paya sahib olması nəzərdə tutulur. Yəni, Ağ Ev maliyyə, texnologiya və idarəçilik imkanları təqdim edir. Ermənistan isə ərazi və hüquqi çərçivəni təmin edən iştirakçı tərəfə çevrilmiş olacaq.
Maraqlıdır ki, əslində, bu mexanizm klassik geopolitik təsir modelindən ciddi şəkildə fərqlənir. Belə ki, ABŞ Cənubi Qafqaza hərbi baza və ya birbaşa təhlükəsizlik strukturu vasitəsilə deyil, məhz geoiqtisadi asılılıq və logistika şəbəkəsi üzərindən daxil olmaq niyyətindədir. Və müasir dövrdə nəqliyyat-kommunikasiya dəhlizlərinə birbaşa nəzarət mexanizmləri faktiki olaraq, həm də geopolitik təsir faktorlarına çevrilir.
Onu da qeyd etmək lazımdır ki, TRİPP layihəsi Ermənistan üçün də iqtisadi baxımdan, geniş imkanlar yarada bilər. Çünki Ermənistan, onilliklər boyu rəsmi İrəvanın günahı ucbatından, qonşu ölkələr ilə mövcud olan gərgin münasibətlərlə bağlı blokada vəziyyətində qalmaqdadır. Və indi yeni tranzit xətti Ermənistanı Cənubi Qafqazın nəqliyyat-kommunikasiya xəritəsində daha aktiv iştirakçıya çevirə bilər.
Eyni zamanda, bu proses Ermənistanın Rusiya ilə ənənəvi təhlükəsizlik asılılığından uzaqlaşma siyasətinin geoiqtisadi davamı kimi də görünür. Çünki rəsmi İrəvan son illərdə ABŞ və Qərblə münasibətləri genişləndirməyə çalışır, yeni infrastruktur layihələri isə bu strategiyanın önəmli tərkib hissəsinə çevrilir. Və bu, bir tərəfdən, rəsmi İrəvanın Kremllə münasibətlərini gərginləşdirir, digər tərəfdən isə Ermənistana yeni inkişaf perspektivləri vəd edir.
Təbii ki, Azərbaycanın maraqları baxımından isə əsas məsələ Naxçıvanla quru əlaqəsinin daha stabil və təhlükəsiz şəkildə təmin olunmasıdır. Bu, yalnız nəqliyyat-kommunikasiya məsələsi deyil, həm də Azərbaycanın regional iqtisadi inteqrasiya strategiyasının vacib tərkib hissəsidir. Və yeni logistika xətti Azərbaycan üçün həm daxili kommunikasiya imkanlarını genişləndirə, həm də Şərq-Qərb tranzit marşrutlarında ölkənin rolunu daha da gücləndirə bilər.
Ancaq ABŞ üçün isə TRİPP layihəsinin əhəmiyyəti daha genişmiqyaslı geostrateji çərçivəyə malikdir. Belə ki, Ağ Ev bu layihə vasitə ilə bir tərəfdən Cənubi Qafqazı Avropa və Orta Asiya arasında yeni bağlantı xəttinə çevirmək niyyətindədir. Digər tərəfdən isə həm Rusiya və İranın regional təsir imkanlarını məhdudlaşdırmaq, həm də qlobal təchizat zəncirlərində alternativ marşrutları daha da gücləndirmək istəyir.
Bu baxımdan, xüsusilə də, Transxəzər nəqliyyat marşrutunun inkişafına paralel olaraq, bu layihə indi daha böyük əhəmiyyət qazanmış kimi görünür. Çünki Çin və Rusiyadan asılı olmayan ticarət yollarının yaradılması ABŞ və Qərbin uzunmüddətli geoiqtisadi prioritetlərindən biri sayılır. Və bu baxımdan, yaxın gələcəkdə Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurmasının daha da intensivləşə biləcəyi qətiyyən istisna deyil.
Eyni zamanda, bu prosesin qarşısında digər ciddi hərbi-siyasi risklər də mövcuddur. Çünki ilk növbədə, Azərbaycan və Ermənistan arasında davamlı sülh və qarşılıqlı etimad olmadan belə böyük infrastruktur layihələrinin tam reallaşması bir qədər çətin görünür. Bu baxımdan, suverenlik, təhlükəsizlik mexanizmləri və hüquqi təminatlar əsas müzakirə mövzuları olaraq qalmaqdadır.
Onu da nəzərə almaq lazımdır ki, TRİPP layihəsinin reallaşmasına Kreml üçün olduqca ciddi problemlər vəd edir. Çünki bu layihə Rusiyanın Cənubi Qafqazda uzun illər ərzində davam edən vasitəçi və təhlükəsizlik təminatçısı rolunu tədricən zəiflədə bilər. Və ona görə də, bu regiona ənənəvi təsir modeli əsasən hərbi-siyasi mexanizmlərə söykənən Rusiya, ABŞ-ın avanqard mövqeyi ilə TRİPP layihəsinin reallaşmasına müqavimət göstərməyə çalışır.
Göründüyü kimi, Cənubi Qafqaza yerləşməyə cəhd göstərən ABŞ isə Rusiyadan tamamilə fərqli metod seçib. Yəni, Ağ Ev Kremldən fərqli olaraq, regionda investisiya, logistika və iqtisadi inteqrasiya vasitəsilə uzunmüddətli təsir mexanizmləri yaratmağa çalışır. Və ona görə də, əgər, TRIPP layihəsi nəzərdə tutulduğu kimi həyata keçirilərsə, Cənubi Qafqazda yeni geopolitik mərhələnin başlanması qaçılmaz ola bilər.
Belə anlaşılır ki, Cənubi Qafqaz yaxın gələcəkdə Rusiyanın təsir dairəsindəki məkan olmaqdan çıxaraq, ABŞ, Avropa və Orta Asiya arasında geostrateji bağlantı qovşağına çevrilmək imkanlarına malikdir. Çünki Cənubi Qafqazın gələcək geopolitik və geoiqtisadi arxitekturasının yenidən qurulmasına başlanılıb. Bu prosesin nəticəsi isə yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiyada geopolitik güc balansını tamamilə dəyişə bilər.musavat.com
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq